Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

Gürcüstan və Özbəkistan rəsmiləri Orta Dəhlizin perspektivlərini müzakirə ediblər

13.10.2026 [18:17]

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstan-Özbəkistan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclası çərçivəsində ölkədə səfərdə olan Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Laziz Kudratov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti müzakirə olunub.

Görüşdə ticarət, investisiya, turizm və işgüzar əlaqələrin inkişaf perspektivlərinə, həmçinin nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Söhbət zamanı Orta Dəhlizin əsas tranzit və logistika əlaqələrindən biri kimi rolu və regional əlaqələrin gücləndirilməsinə xidmət edən nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş irimiqyaslı layihələrin əhəmiyyəti vurğulanıb.

Paylaş:
Baxılıb: 55 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31