Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Quba rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti müşavirə keçirilib

YAP Quba rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş növbəti müşavirə keçirilib

13.10.2026 [16:41]

Yeni Azərbaycan Partiyası (YAP) Quba rayon təşkilatının “Quba şəhəri, Heydər Əliyev prospekti 165” ünvanında yerləşən (Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyi) ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş müşavirə keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, ərazi partiya təşkilatının sədri Saməddin Nəsirov müşavirənin əhəmiyyətindən danışaraq VIII Qurultayın partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rolunu vurğulayıb.

YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova çıxışında VIII Qurultayın Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işlərin təkmilləşdirilməsi və qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi və ideoloji irsinə əsaslanan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət siyasətinin reallaşdırılmasında, milli maraqların qorunmasında və cəmiyyətin inkişafında fəal iştirak edir.

Fidan Hüseynova, həmçinin partiya üzvlərinin üzərinə düşən məsuliyyətdən bəhs edərək, əhali ilə mütəmadi görüşlərin keçirilməsinin, partiyanın məqsəd və məramının geniş təbliğinin, xüsusilə gənclərin ictimai-siyasi proseslərdə fəallığının artırılmasının vacibliyini diqqətə çatdırıb. O, qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsi istiqamətində rayon təşkilatının və ərazi partiya təşkilatlarının fəaliyyətinin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirib.

Qurultay nümayəndələri Sevinc Səlimova və Tahirəxanım Rzayeva da çıxışlarında VIII Qurultayın əhəmiyyətinə toxunaraq partiyanın qarşısında duran vəzifələr, əldə olunan nailiyyətlər və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüblər.

Paylaş:
Baxılıb: 60 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31