Bu gün birlik və həmrəyliyin qorunmasına böyük ehtiyac var
13.10.2026 [18:30]
Nazirlər Kabinetinin ümumtəhsil müəssisələrində vahid geyim formasına kedid edilməsini hədəfləyən qərarının tətbiqi ilə bağlı sosial şəbəkələrdə izlənilən ajiotaj, həmçinin bəzi şəxslərin qeyri-qanuni hərəkətlərə yol vermələri ictimai qınağa səbəb olub. Bununla bağlı redaksiyamıza çoxlu sayda rəylər daxil olmaqdadır. Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, dövlətin vahid məktəbli forması müəyyənləşdirməsi və onun tətbiqinə nəzarət etməsi təhsil prosesinin təşkili ilə bağlı səlahiyyətlərindən irəli gəlir. “Bu gün söhbət məktəblərdə geyim qayda-qanununun tənzimlənməsindən gedir. Burada konkret olaraq söhbət geyimlərin dünyəvilik prinsipinə əsaslanmasından və bərabərliyin, , aidliyin təmin olunmasından və eyni zamanda ayrı-seçkiliyin aradan qaldırılmasından gedir”, – deyə millət vəkili bildirib.
Uşaqlar məktəbdə bir-birini ailəsinin maddi vəziyyətinə və ya dünyagörüşünə görə deyil, insan kimi tanımağı öyrənməlidirlər. Onları birləşdirən əsas amillər ortaq təhsil məqsədləri, biliklərə maraq, əməkdaşlıq və gələcəyə dair ümidlər olmalıdır. Məktəbin dünyəvi xarakteri məhz belə bir bərabərlik mühitinin qorunmasına xidmət edir. Vahid məktəbli forması şagirdlərdə məktəb kollektivinə aidlik hissini gücləndirə, ümumi qaydalara əməl etmək vərdişinin formalaşmasına kömək göstərə bilər. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumlarının, təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin birgə fəaliyyəti vacibdir.
Millət vəkili bildirib ki, Azərbaycan yüzilliklər boyunca xalqımızın bağlı olduğu İslam dəyərlərinə böyük önəm verən dövlətdir. Ölkə boyunca məscidlərin təmiri, yenilərinin tikilməsi, dini qurumlara maliyyə dəstəyinin göstərilməsi, müsəlman dünyası ilə həmrəyliyin gücləndirilməsi, İslam Əməkdaşlıq Təşkilatında fəal təmsilçilik və s. bunun əyani təsdiqidir. Kimsə deyə bilməz ki, Azərbaycanda hansısa bir dinə qarşı ayrı-seçkiçilik edilir və yaxud bu sahədə hansısa bir məhdudiyyət var. Belə bir şey yoxdur. Respublikamızda vicdan azadlığı yüksək səviyyədə təmin olunur, dini bayramlarımız dövlət səviyyəsində qeyd olunur.
Deputat bildirib ki, hökumət ölkədə gedən prosesləri, yeni çağırışları və imkanları nəzərə almaqla müəyyən qərarlar verir və tənzimləyici tədbirlər görür. “Dövlət müxtəlif amilləri nəzərə alaraq müəyyən məhdudlaşdırıcı qərarlar qəbul edə bilər. Ona görə də dinlə bağlı məsələlərə yalnız bir nöqteyi-nəzərdən deyil, həm də dövlət maraqları baxımından yanaşmağın vacibliyini hər zaman xüsusi vurğulayıram. Zaman-zaman təhlükəsizliklə bağlı müxtəlif addımların atılmasının və qərarların qəbul edilməsinin hansı zərurətdən irəli gəldiyini ən dolğun şəkildə dövlətin müvafiq qurumları qiymətləndirə bilər. Vətəndaşlar proseslərin bütün təfərrüatlarına bələd olmadıqları və mümkün təhlükələri tam görmədikləri üçün məsələyə fərqli prizmadan yanaşa bilərlər. Bu da təbiidir”, - deyə Ceyhun Məmmədov qeyd edib.
Ceyhun Məmmədov hicab məsələsinə xüsusi diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən millət vəkili vurğulayıb: “Qərarın mətninə diqqət yetirdikdə görünür ki, sənəddə hicabla bağlı ayrıca və konkret qadağa nəzərdə tutulmayıb. Qərarla həm təhsilalanlar, həm də təhsilverənlər üçün geyim normaları müəyyənləşdirilir. Eyni zamanda, məktəbə hicabla yanaşı, idman üslubunda və açıq-saçıq geyimdə gəlməyə də məhdudiyyət qoyulur.
Başqa sözlə, həm şagirdlər, həm də müəllimlər məktəbə müəyyən edilmiş geyim tələblərinə uyğun gəlməlidirlər. Hər bir müəssisənin olduğu kimi, məktəbin də özünəməxsus geyim qaydalarının olması təbiidir. Bununla belə, həmin qaydaların tətbiqi qüvvədə olan qanunvericiliyə və vətəndaşların konstitusion hüquqlarına uyğun şəkildə həyata keçirilməlidir.
Sonda isə hər kəsə demək istəyirəm ki, bu gün Azərbaycan xalqı tarixinin ən şanlı və şərəfli dövrlərindən birini yaşayır. Torpaqlarımız Prezidentin rəhbərliyi, xalqımızın birliyi və həmrəyliyi, qəhrəman şəhidlərimizin qanı bahasına azad olunub.
Hazırda dünyamız ciddi təlatümlər içindədir. Heç vaxt olmadığı qədər təhlükə və sınaqlarla üz-üzəyik. Belə bir şəraitdə birlik və həmrəyliyimizi qorumağa daha çox ehtiyacımız var.”
Mübariz Feyizli
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

