Hicab mövzusu niyə gündəmə çevrilib?
13.10.2026 [11:50]
Son günlərdə Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasının tətbiqi ilə bağlı qərarı sosial şəbəkələrdə əsas müzakirə mövzularından birinə çevrilib. Müxtəlif yaş qruplarından olan milyonlarla insanın qoşulduğu sosial şəbəkələrdə təhsillə bağlı müzakirələrin genişlənməsi təqdir oluna bilərdi.
Ancaq təəssüf ki, müzakirələrin ölkəmizdə təhsilin inkişafını hədəflədiyini söyləmək mümkün deyil. Elm, təhsil, şagirdlərin biliklərə təşviq olunması qalıb kənarda, vahid məktəbli geyminə keçid edilməsi ideoloji müstəviyə çıxarılıb. Hicab mövzusu qabardılır. Qərara əsasən, təhsilalanların müəyyən edilmiş geyim formasının vahidliyini pozan, habelə ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərindən istifadə edilməsinə yol verilmir. Sosial şəbəkələrdə geniş vüsət alan müzakirələrdə isə qərarın gerçək mahiyyəti kənara qoyulmaqla yanlış təsəvvürlərin formalaşmasına cəhdlər göstərilir, hətta bir çoxları təxribat xarakterli fikirlər ifadə etməkdən belə çəkinmirlər.
Hökumətin qərarının gerçək mahiyyəti
Yeni qaydalar məktəbli formasının tədris prosesinə, yaş xüsusiyyətlərinə uyğunluğu, rahat və praktik istifadə prinsipləri əsasında müəyyən edilib. Məktəb mühitində ən vacib prinsiplərdən biri bərabərlikdir. Sosial statusdan, ailənin maddi imkanlarından, etnik və ya dini mənşəyindən asılı olmayaraq hər bir uşağın eyni şərtlərdə təhsil alması, eyni fürsətlərə malik olması təhsilin keyfiyyət göstəricilərinin yüksəldilməsi nöqteyi-nəzərindən çox vacibdir. Heç bir halda yol vermək olmaz ki, məktəb şagirdin öz valideynlərinin imkanlarını və sərvətlərini nümayiş etdirdiyi bir məkana çevrilsin. Bu halda sosial bərabərsizlik yaranar ki, bu da mütləq qaydada şagirdlərin psixologiyasında özünü göstərər. Eyni zamanda, hansısa bir şagirdin məktəbə dəbdəbəli geyimdə gəlməsi və yaxud bahalı bəzək əşyaları taxması diqqəti əsas məqsəddən - təhsildən yayındırar.
Burada şagirdlərarası münasibətlər kimi vacib faktoru da diqqətdən qaçırmaq olmaz. Uşaqların eyni parta arxasında oturarkən bir-birindən seçilməməsi onların münasibətində də mühüm rol oynayır, eyni zamanda şagirdlər arasında sosial-iqtisadi fərqlərin qarşısını almağa, həmçinin ayrı-seçkilik risklərini azaltmağa imkan yaradır.
Məktəbli geyiminin ideoloji müstəvidə təqdim olunmasının heç bir məntiqi əsası yoxdur
Vahid məktəbli geyim formasına keçid edilməsinin ideoloji müstəviyə çıxarılmasının, bunun dinlə əlaqələndirilməsinin, hicab mövzusuna xüsusi vurğu edilməsinin heç bir məntiqi əsası yoxdur. Əvvəla, XXI yüzillikdə - dünyanın elm və təhsillə dəyişdiyi bir dönəmdə din, hicab mövzusunun məktəbə daşınması nə dərəcədə düzgündür? Sizcə, övladlarımız məktəb partaları arxasında innovativ layihələr barədə düşünmək əvəzinə, hicabı necə geyinmək, onun hansı ölçüdə və yaxud hansı rəngdə olması barədə mübahisələr açmalıdırlar? Məktəb təhsil almaq, uşağı gələcəyə, Vətənə, xalqa layiqli övlad olmağa hazırlamaq məkanıdırsa, burada onların diqqətini fərqli geyimlərlə yayındırmağa lüzum yoxdur. Qərarda hicabın ölkədə qadağan edilməsindən bəhs olunmur, vahid məktəbli geyminin tətbiqinə keçid edilməsi isə zəruri sayılır. Azərbaycanın dövlət quruluşu dünyəvidir və bu, Konstitusiya ilə təsbit olunub. Təbii ki, Azərbaycan dünyəvi dövlətdirsə, ölkədə təhsil sistemi də dünyəvi xarakterli olmalıdır. Bu, təhsilin məzmununda olduğu kimi, şagirdlərin geyimində də öz əksini tapmalıdır. Burada heç bir halda vicdan azadlığının pozulmasından və yaxud dinlər arasında hansısa bir fərq qoyulmasından söhbət belə gedə bilməz. Azərbaycanda bütün insan və vətəndaş hüquq və azadlıqları təmin olunub. O cümlədən respublikamız tolerant mühiti ilə fərqlənir. Burada bütün xalqların və etiqadların nümayəndələri eyni hüquqlara malikdirlər. Həmçinin məktəbli geyiminə verilən tələblər digər icmaların nümayəndələrinə də aiddir. Söhbət ölkəmizdə təhsil müəssisələrinin dünyəvi xarakter daşımasından gedir və qaydalar da milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq bütün şagirdlərə aiddir. Yeni qaydalara keçid edilməsi dövlət ümumi təhsil müəssisələrində vahid məktəb mühitinin təmin olunmasına xidmət edir. Yeri gəlmişkən, respublikamızda dini təhsil ocaqları da fəaliyyət göstərir. Həmin təhsil müəssisələrində hicabdan və digər dini atributlardan istifadə edilməsinə heç bir məhdudiyyət qoyulmur.
Digər tərəfdən, fərqli təhsil müəssisələrində fərqli vahid geyimlərdən istifadə olunması praktikası dünyada geniş yayılıb. Tarixən dini və dünyəvi təhsil müəssisələrinin fərqli geyim formaları olub, dənizçilik, musiqi məktəblərinin geyimləri digərlərindən fərqlənib və s. Vahid məktəbli geyimi fərqləndirici bir amildir. Məsələn, insanlar ziyafət paltarlarını əsasən təntənəli tədbirlərdə geyinirlər. Bu və ya digər sahələrdə çalışanların fərqli geyim formaları olur. Vahid məktəbli formasına keçid edilməsinə də həm də məhz bu prizmadan yanaşılmalıdır.
Başqa bir önəmli məqam isə ondan ibarətdir ki, aşağı siniflərdə belə bəzi şagirdlər məktəbə hicabla gəlirdilər. Bunu uşağın öz seçimi kimi qəbul etmək absurddur. Aydındır ki, şagirdə hicab geyinməyi valideyn təlqin və yaxud məcbur edib. Təsadüfi deyildir ki, gənclərin bir çoxu sərbəst həyata atıldıqda hicabdan imtina edirlər. Ancaq təbii ki, 10-11 il ərzində hicab geyinməyə məcbur edilmələri onların psixologiyasında öz izini buraxır. Gözləmək lazımdır ki, uşaq böyüsün və müvafiq yaşa çatanda özünün ideoloji seçimini özü sərbəst şəkildə müəyyən etsin.
Ayıq-sayıq olaq - təxribatçılar iş başındadırlar
Azərbaycanın müstəqilliyi xalqımızın ən böyük tarixi nailiyyətidir və şübhə yoxdur ki, vətəndaşlarımızın mütləq əksəriyyəti müstəqilliyimizi çox yüksək dəyərləndirir. O da bəllidir ki, müstəqilliyimiz, suverenliyimiz son otuz ildə çox çətin dönəmlərdən keçib. Təhdidlərin bu gün də tam aradan qalxdığını söyləmək mümkün deyil. Uzaq Qərb dünyasında da, qonşularımız arasında da Azərbaycanın bütövlüyünü, müstəqilliyinin möhkəmlənməsini, regionda və dünyada söz sahibinə çevrilməsini sinirə bilməyən qüvvələr var. Həmin qüvvələr Vətənimizi yaralamaq, ölkəmizə hansısa bir formada xələl vurmaq üçün məqam gözləyirlər.
Bax, indi təxribatçılar, düşmənlərimiz iş başındadırlar. Vahid məktəbli geyim formasına keçid edilməsi ətrafında ajiotaj yaratmaq, hicab məsələsini dövlət-din müstəvisinə daşımaq istəyənlər də məhz onlardırlar. Fətvanın şər qüvvələr tərəfindən verildiyinin fərqində olmalıyıq, ayıq-sayıqlığımızı itirməməliyik. Həmin qüvvələri bizim övladlarımızın taleyi əsla maraqlandırmır, onlar ideoloji təxribatlara əl atmaqla ölkəmizdəki sabitliyi pozmaq və inkişafımıza əngəl yaratmaq istəyirlər.
Vahid məktəbli formasına keçid edilməsini respublikamızda İslam dininə hücum anlamında təqdim edilməsinin başqa izahı yoxdur. Yüz illər boyunca xalqımızın həyat tərzi, mədəniyyətimiz İslam dini ilə sıx bağlı olub. Biz hətta ideoloji qadağalar dönəmində də müqəddəs dinimizə sadiq qalmışıq, dini ənənələrimizi, bayramlarımızı yaşatmışıq. Eyni zamanda, bu gün ölkəmizdə dini bayramlar dövlət səviyyəsində qeyd olunur. Ölkəmizin hər yerində məscidlər yüksək səviyyədə təmir olunaraq inanclı insanların istifadəsinə verilib, eləcə də çoxlu sayda yeniləri inşa edilib. Respublikamıza dini qurumlara dövlət tərəfindən maliyyə dəstəyi göstərilir, onların fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmur. Budur, Azərbaycan dövlətinin İslam dininə münasibəti və böyük hörməti. Eyni zamanda, İslam dininə bağlılığın, rəğbətin ifadəsidir ki, Azərbaycan bütün dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə davamlı töhfələr verir. Azərbaycan dövlətinin din siyasəti bütün bu kimi müsbət cəhətləri ilə ortada ikən, bədxahlarımızın hicab məsələsini önə çəkməklə bölücülük yaratmaq cəhdləri əbəsdir. Azərbaycan cəmiyyəti kifayət qədər intellektual cəmiyyətdir və hicab ajiotajının arxasında dayanan çirkin məqsədləri də yaxşı anlayır...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
13 Oktyabr 21:40
Mədəniyyət
13 Oktyabr 21:37
Elm
13 Oktyabr 21:21
Dünya
13 Oktyabr 20:05
Sosial
13 Oktyabr 18:36
Sosial
13 Oktyabr 18:30
Dünya
13 Oktyabr 18:17
İqtisadiyyat
13 Oktyabr 17:50
Gündəm
13 Oktyabr 17:26
İqtisadiyyat
13 Oktyabr 17:16
Din
13 Oktyabr 17:06
Siyasət
13 Oktyabr 17:05
Din
13 Oktyabr 17:04
YAP xəbərləri
13 Oktyabr 16:59
YAP xəbərləri
13 Oktyabr 16:41
Dünya
13 Oktyabr 16:14
Sosial
13 Oktyabr 16:04
Siyasət
13 Oktyabr 16:03
Hadisə
13 Oktyabr 16:03
İqtisadiyyat
13 Oktyabr 16:02
Sosial
13 Oktyabr 16:01
Dünya
13 Oktyabr 15:13
Siyasət
13 Oktyabr 15:07
Gündəm
13 Oktyabr 14:57
YAP xəbərləri
13 Oktyabr 14:28
YAP xəbərləri
13 Oktyabr 14:22
Dünya
13 Oktyabr 14:08
Siyasət
13 Oktyabr 14:07
YAP xəbərləri
13 Oktyabr 14:05
Gündəm
13 Oktyabr 13:59
YAP xəbərləri
13 Oktyabr 13:53
YAP xəbərləri
13 Oktyabr 13:51
Gündəm
13 Oktyabr 13:47
Siyasət
13 Oktyabr 13:07
YAP xəbərləri
13 Oktyabr 12:50
Siyasət
13 Oktyabr 12:23
YAP xəbərləri
13 Oktyabr 12:19
Siyasət
13 Oktyabr 12:04
Siyasət
13 Oktyabr 11:57
Dünya
13 Oktyabr 11:52
Gündəm
13 Oktyabr 11:50
Dünya
13 Oktyabr 11:48
Siyasət
13 Oktyabr 11:43
Dünya
13 Oktyabr 11:38
YAP xəbərləri
13 Oktyabr 11:31
İdman
13 Oktyabr 11:30
Gündəm
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:25
YAP xəbərləri
13 Oktyabr 11:22
İqtisadiyyat
13 Oktyabr 11:18
Siyasət
13 Oktyabr 11:15
Dünya
13 Oktyabr 11:11
Gündəm
13 Oktyabr 10:59
Gündəm
13 Oktyabr 10:45
İqtisadiyyat
13 Oktyabr 10:41
Sosial
13 Oktyabr 10:38
İdman
13 Oktyabr 10:32
İqtisadiyyat
13 Oktyabr 10:19
Sosial
13 Oktyabr 10:07
İqtisadiyyat
13 Oktyabr 10:03
Mədəniyyət
13 Oktyabr 09:51
Sosial
13 Oktyabr 09:48
Sosial
13 Oktyabr 09:43
Analitik
13 Oktyabr 09:27
Gündəm
13 Oktyabr 09:05
Analitik
13 Oktyabr 08:59
Sosial
13 Oktyabr 08:37
Sosial
13 Oktyabr 08:10
Turizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46

