Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?

Azərbaycan-Kamboca münasibətləri: Yeni inkişaf mərhələsində bizi nələr gözləyir?

13.10.2026 [11:31]

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

 Azərbaycan ilə Kamboca Krallığı arasında münasibətlər çoxtərəfli beynəlxalq platformalarda sıx tərəfdaşlıq və son dövrlərdə daha da intensivləşən ikitərəfli əməkdaşlıq çərçivəsində ardıcıl inkişaf etməkdədir. İki ölkə arasında rəsmi diplomatik əlaqələrin əsası 1994-cü il dekabrın 28-də qoyulub. Ötən dövr ərzində formalaşan qarşılıqlı hörmət və etimad mühiti bu gün diplomatik dialoqun yeni və daha əhatəli mərhələyə qədəm qoymasına imkan yaradıb. Oktyabrın 12-də Prezident İlham Əliyevin ölkəmizə rəsmi səfər etmiş Kamboca Krallığının Baş naziri Hun Manet ilə keçirdiyi məhdud və geniş tərkibdə görüşlər, ikitərəfli münasibətlərin müxtəlif sahələrini əhatə edən sənədlərin imzalanması və liderlərin mətbuata bəyanatlarla çıxış etməsi iki dövlət arasında formalaşan strateji dialoqun əyani təzahürüdür.

Kambocanın hökumət başçısının Azərbaycana səfəri və Azərbaycan prezidenti cənab İlham Əliyevlə mehriban, səmimi görüşü onu deməyə əsas verir ki, bu səfər iki ölkə arasındakı münasibətlərin inkişafına yeni töhfələr verəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Maneti qəbul etdi. Hətta geniş tərkibdə görüş də baş tutdu. Görüşdə xalqlarımız arasındakı əlaqələrin tarixi inkişaf yoluna nəzər salandı. Eyni zamanda, gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparıldı. Hətta görüşdən sonra gələcəkdə görüləcək işlər barədə ictimaiyyətə məlumatlar verildi.

Görüşdən sonra media nümayəndələri üçün təşkil olunan brifinqdə cənab prezident vurğuladı ki, Azərbaycanla Kamboca arasında ticarət-investisiya sahəsində əməkdaşlığımızın praktiki aspektlərinə diqqət yetirəcək birgə işçi qrupu yaratmışıq. Bu, iki ölkə arasında reallaşacaq fəaliyyət planının sözün əsl mənasında yol xəritəsidir.

Ölkə başçısı İlham Əliyev bildirdi ki, Kamboca ilə ticarət və investisiyalar sahəsində də hansı addımları ata biləcəyimizi mütləq nəzərdən keçirməliyik. Hətta ölkə rəhbəri onu da diqqətə çatdırdı ki, müvafiq imkanlar baxımından yeganə maneə məsafə ola bilər:

"Lakin müasir dünyada bu, böyük problem deyil. Digər məsələ isə məlumat çatışmazlığıdır və biz bu boşluğu aradan qaldırmalıyıq”.

Eyni zamanda, görüş zamanı ikitərəfli gündəliyin geniş məsələləri ilə bağlı dolğun və məzmunlu müzakirələr də aparılıb.  Kamboca ilə Azərbaycan arasında əlaqələrin tarixi inkişaf yoluna nəzər saldıqda görürük ki, ikitərəfli münasibətləri gücləndirmək üçün böyük potensial mövcuddur. Hazırda iki dövlət arasında çox yaxşı siyasi münasibətlər mövcuddur. Üstəlik, müxtəlif sahələrdə tərəfdaşlıq üzrə geniş yol xəritəsini hazırlamaq üçün bu münasibətlər baza rolunu oynamaqdadır. Kamboca hökumətinin başçısının bu səfəri bu ölkə ilə dostluq və əməkdaşlığımızın inkişaf vektorlarını daha da şaxələndirəcək. Eyni zamanda, gələcək iqtisadi əlaqələrin inkişaf istiqamətlərini müəyyən etməyə geniş imkanlar yaradacaq.

Ölkə başçısının da vurğuladığı kimi, bu səfər ikitərəfli təmasların bütün imkanlarını kəşf etmək üçün yaxşı fürsət yaradacaq. Söhbət istər ticarət, investisiya, birgə istehsal, enerji təhlükəsizliyi, istərsə də bir çox digər sahələri əhatə edə biləcək imkanlar toplusundan gedir.

Prezident İlham Əliyev AQEM sammitində iştirak etmək üçün onun dəvətini qəbul etdiyinə görə Kamboca baş nazirinə təşəkkürünü bildirib:

"Bu sammit tezliklə keçiriləcək. İlk dəfədir ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir. Bildiyiniz kimi, sədrliyimiz yekdilliklə dəstəklənmişdir. Biz bunu üzv dövlətlərin suverenliyə və müstəqil mövqeyə əsaslanan siyasətimizə hörmətin aydın təzahürü hesab edirik. Ümid edirəm ki, bu önəmli beynəlxalq tədbir regionumuzda, daha geniş Avrasiya regionunda təhlükəsizliyə töhfə verəcək. Düşünürəm ki, bütün ölkələrin buna ehtiyacı var".

Görüş zamanı ölkə rəhbərimiz kambocalı ali qonağa xatırladıb ki, Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbə Azərbaycanda təhsil alıb. Cənab prezident bu ənənənin bərpa edilməli olduğunu da söyləyib. Həmçinin, hər iki ölkədə qarşılıqlı təhsil imkanları yaradılmasının vacibliyini vurğulayıb.

Ekspertlərin fikrincə, bu kimi addımlar xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə geniş imkanlar yaradacaq.

Eyni zamanda, nəqliyyat və rəqəmsal transformasiya da müzakirə edilən və prioritet hesab olunan sahələrdəndir. Bu barədə cənab prezidentin də öz fikirlərini ifadə etdi.

Azərbaycan tərəfi ondan da məmnundur ki, öz səmərəliliyini sübut etmiş və Azərbaycan cəmiyyətində təqribən 100 faizlik müsbət qiymətləndirmə qazanmış “ASAN” dövlət xidmətləri sistemimiz Kambocada da maraq doğurur. Ölkə başçısının sözlərinə görə, bu sistem artıq Azərbaycanın dostu olan bir çox ölkələrdə tətbiq edilir: "Əminəm ki, bu da ikitərəfli münasibətlərimizə yaxşı töhfə verə bilər".

Önəmli faktorlardan biri də budur ki, ölkələr BMT, Qoşulmama Hərəkatı və Asiya-Avropa Görüşü (AQEM) kimi beynəlxalq platformalarda əməkdaşlıq edirlər. Kamboca Azərbaycanın Asiya Parlament Assambleyasına müşahidəçi qismində qoşulmaq təşəbbüsünü dəstəkləyir.

Ən əsası, Kamboca Baş nazirinin rəsmi səfəri zamanı keçirilən Azərbaycan-Kamboca biznes-forumu dostluq münasibətlərimizə daha böyük iqtisadi töhfə vermək üçün imkan yaradır.

Otuz il öncə qurulan diplomatik əlaqələr bu gün o səviyyəyə çatıb ki, artıq tərəflər ticarət, investisiya, müdafiə, təhlükəsizlik, təhsil, kənd təsərrüfatı, o cümlədən iki ölkə arasında aviarabitənin qurulması imkanlarını müzakirə edirlər.  Bu da gələcəyə ümidlə baxmağa imkan verən ümdə nüanslardandır.

Paylaş:
Baxılıb: 17 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Zamanında verilmiş QƏRAR!

13 Oktyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31