ABŞ-ın “Yeni Yaxın Şərq” planı: İŞİD təzyiq alətidirmi?
12.07.2014 [11:22]
“İraq və Şam İslam Dövləti” (İŞİD) adlanan terror təşkilatı bütün Yaxın Şərqi qorxu altında saxlamaqda davam edir. Rəsmi Bağdadın ona qarşı qətiyyətli mübarizə apara bilməməsi və bəzi siyasətçilərin verdikləri bəyanatlar bir çox suallar yaradır. O cümlədən, İraq kürdlərinin lideri olan M.Bərzaninin kürdlərin müstəqil dövlət qurmaq iddiasında olduğunu açıqlaması regionda vəziyyəti gərginləşdirib. Hazırda İraqda baş verən hadisələrin qlobal geosiyasətlə əlaqəsi məsələsi aktuallaşıb. Bu kontekstdə Vaşinqtonun region ilə bağlı yeritdiyi siyasət maraq doğurur. Yaxın Şərq yeni müharibəyə doğru sürüklənirmi?
“Çirkli oyun”: yeni terror dalğası yaradanlar
Yaxın Şərqdə geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyduğuna ekspertlər şübhə etmirlər. Təəssüf ki, bu, ümumiyyətlə, regionda müsbət dəyişiklik hesab edilmir. Əksinə, bölgənin daha təhlükəli proseslərlə üzləşdiyi vurğulanır. Konkret olaraq, söhbət Yaxın Şərqdə bir neçə ölkənin parçalanması və əvəzində amerikan ssenarisi üzrə yeni qondarma dövlətlərin yaranmasından gedir.
Əslində, bu proses keçən əsrin ikinci yarısından başlayaraq Vaşinqtonun Yaxın Şərq siyasətinin bir fraqmenti kimi start götürüb. İraqın işğalından sonra bu plan müəyyən transformasiyalara məruz qaldı. Dəqiq deyilsə, ABŞ bir qədər geri çəkildi. Lakin Misir və Suriya hadisələrinin yaratdığı geosiyasi mənzərə bu ideyanı Vaşinqton üçün yenidən aktuallaşdırıb.
Bu haqda ilk növbədə Qərb analitikləri və ekspertləri danışırlar. Belə ki, məsələyə daha dərindən yanaşan Vilyam Enqdahl “RT” telekanalının internet səhifəsində yerləşdirilən məqaləsində (bax: William Engdahl. ISIS in Iraq stinks of CIA/NATO ‘dirty war’ op / “RT”, 24 iyun 2014) “İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının fəaliyyətini tarixi və geosiyasi maraqlar aspektində təhlil edir. Onun gətirdiyi arqumentlər və əldə etdiyi nəticələr tük ürpədir.
Problem Yaxın Şərqin xüsusi ssenari üzrə parçalanması planının məzhəb savaşını qızışdırmaqla reallaşdırılmasından ibarətdir. ABŞ öz geosiyasi marağını təmin etmək üçün yeni böyük oyun qurub. Buraya Misir, Suriya, İraq, İran və Türkiyə də daxil edilib. Son məqsəd Amerika tərəfindən idarə edilən “Böyük Kürdüstan” yaratmaq, paralel olaraq isə şiə və sünnilər arasında nifaqı gücləndirib, müsəlman dövlətləri arasında uzunmüddətli savaşa təkan verməkdir (bax: əvvəlki mənbəyə).
V.Enqdahl Gürcüstandakı ABŞ şirkətlərindən birinin rəhbəri olan Cefri Silvermanın verdiyi bir sıra informasiyaya da diqqət çəkir. Orada hazırda Çeçenistan (Rusiya), Gürcüstan, Səudiyyə Ərəbistanı, Küveyt, Misir, Sintszyandan (Çin) olan insanların İŞİD-ə daxil olduğu vurğulanır. Bunların əksəriyyətinin Gürcüstanın Pankisi dərəsində və İordaniyada amerikan mütəxəssislər tərəfindən yetişdirildiyi iddia edilir (bax: əvvəlki mənbəyə).
Maraqlıdır ki, V.Enqdahl bəzi İŞİD döyüşçülərinin ABŞ pasportuna sahib olduğunu yazır. Bütün bunlara başqa analitiklər adi informasiya kimi yanaşmırlar. Məsələn, türkiyəli təhlilçi Mehmet Seyfəddin Erol bunu “ABŞ-ın “Yeni Orta Şərq”ə dönüşü” kimi dəyərləndirir (bax: Mehmet Seyfettin Erol. ABD’nin “Yeni Ortadoğu”ya Dönüşü / “Milli Gazete”, 26 iyun 2014). Bu zaman müəllif Vaşinqtonun çox təhlükəli planlar həyata keçirmək istədiyini xüsusi vurğulayır. Onun qənaətinə görə, ABŞ Yaxın Şərqin xəritəsini yenidən çəkmək niyyətindədir. İŞİD amili də məhz bu kontekstdə meydana çıxıb.
Əslində, M.Erolun vurğuladığı məqamı Qərb analitiklərinin özləri də deyirlər. Bu mənada V.Enqdahl İŞİD-i Mərkəzi Kəşfiyyat İdarəsi və NATO-nun İraqdakı “çirkli oyun”u adlandırıb. Təbii ki, burada həm emosional dəyərləndirmə, həm də metafora vardır. Reallıqda bu, İraqın terror təşkilatı vasitəsi ilə parçalanması planının mövcudluğundan xəbər verir. Mütəxəssislər bu zaman Tikrit və Mosul kimi şəhərlərin asanlıqla işğal edilməsini nümunə kimi göstərirlər. Yerli sakinlər İraq ordusunun silahları yerə qoyub, geyimlərini çıxararaq şəhəri tərk etdiklərini deyirlər. Doğrudan da, bu, son dərəcə düşündürücüdür. Həm də ona görə ki, guya, sonradan İraq ordusu özünü toparlayaraq İŞİD-ə güclü zərbə endirib. Tikrit azad edilib. Lakin nədənsə bu proses yarımçıq qalıb. Əvəzində, peşmərgələr Kərkükdə, İŞİD də işğal etdiyi ərazilərdə qalırlar. Şimali İraq kürdlərinin rəhbərləri üstəlik bəyan edirlər ki, Kərkük kürd torpağıdır və peşmərgə oradan çıxmayacaq. Bunları ümumiləşdirsək, belə bir mənzərə alınır.
İŞİD İraqın bir hissəsini işğal edərək sünni-şiə qarşıdurması yaradıb. Bu terror təşkilatı Əl-Maliki hökumətinin istefasını tələb edir. Rəsmi Vaşinqton da eyni mövqedədir. Kürdlər də Kərkükü tərk etməyəcəklərini və müstəqil dövlət quracaqlarını deyirlər. Məsud Bərzani avropalı jurnalistə verdiyi müsahibədə bildirib ki, İraq parçalanır. Bunun fonunda kürdlər öz dövlətlərini qurmalıdırlar.
Vaşinqtonun oyunu: bir siyasətin iki üzü
Bütün bunlara ABŞ-ın reaksiyası necədir? Vaşinqton sözdə İraqın ərazi bütövlüyünü müdafiə edir. Hətta ölkəyə kiçik hərbi qruplar da göndərir. Ekspertlərin rəyinə görə, belə taktika adətən ölkəni işğal etmək niyyəti olduqda tətbiq edilir (bax: Mehmet Seyfettin Erol. Göstərilən məqaləsi). Bu məntiqlə İŞİD-in addımları real amerikan işğalından əvvəlki mərhələ kimi görünür. Vaşinqton bu təşkilata zərbə endirmək bəhanəsi ilə İraqı yenidən zəbt edə bilər.
Bununla Yaxın Şərqin geosiyasi dinamikası tamamilə yeniləşmiş olur. Meydana bir neçə aspektdə təhlükəli məqamlar çıxa bilər. Birincisi, İraq, həqiqətən, sünni, şiə və kürd hissələrinə bölünə bilər. Qərb kürd dövlətinin yaranmasına yaşıl işıq yandırmaq üçün sünni və şiələrə də eyni yolu göstərə bilər. İkincisi, İraqın bu şəkildə parçalanması regiona sonu görünməyən nifaqın salınması deməkdir. Özü də siyasi səhnədə həm etnik mənsubluq, həm də məzhəbçilik tam oturuşmuş olur. M.Bərzani indidən bəyan edir ki, kürdlər mövcud şərtlər daxilində İraqda heç kimlə ortaq dövlət qurmaq istəmir.
Üçüncüsü, sünnilərin İraqda ayrıca dövlət qurmaları Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və digər ölkələrin oraya geosiyasi nüfuz etməsi deməkdir. Şiə məsələsi də İranı İraqda aktivləşdirəcəkdir. Deməli, region faktiki olaraq savaş meydanına çevrilə bilər.
Dördüncüsü, kürd məsələsi bütövlükdə Yaxın Şərqdə bir neçə dövlətin - Suriya, Türkiyə və İranın parçalanması üçün siyasi-ideoloji təməl yaratmış olur. Bu amildən istifadə etməklə ABŞ həmin ölkələri bir-birinə daimi düşmən edə bilər. Göründüyü kimi, Yaxın Şərq daha çox “Amerikanın əmrlərinə boyun əyən region” halına gətirilməkdədir.
Bütün bunların fonunda İraqın parçalanması bir çox müsəlman dövləti üçün ciddi problemlər yarada bilər. Hər şeydən əvvəl, bununla beynəlxalq hüquqda ərazi bütövlüyü məsələsi aparıcı prinsip statusunu itirmiş olur. Buna əsaslanaraq müxtəlif bölgələrdə separatçılar daha da fəallaşa və özlərini müstəqil dövlət elan edə bilərlər. O cümlədən, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ, Dnestryanı və digər bölgələrdəki terrorçuların əlinə yeni fürsətlər düşmüş olur.
Maraqlıdır ki, Qərbdə İŞİD-in funksiyasına fərqli mövqedən yanaşan mütəxəssislər də var. Məsələn, Frensis Fukuyama bu təşkilatın hərəkətlərini Amerika üçün təhlükəli adlandırıb. Çünki onlar Vaşinqtonun müttəfiqlərini təhdid edirlər ki, bununla da Ağ Evin diqqəti əsas rəqiblərindən yayınır. Konkret deyilsə, ABŞ Rusiya və Çinin addımlarına qarşı səmərəli mübarizə apara bilmir (bax: Francis Fukuyama. Isis risks distracting US from more menacing foes / “The Financial Times”, 25 iyun 2014). Bu cür yanaşmada İŞİD antiamerika kampaniyasının bir elementi təsiri bağışlayır. Lakin bunun nə dərəcədə həqiqət olduğunu demək çətindir. Çünki İŞİD-in illərdir ki, atdığı addımlar faktiki olaraq “əl-Qaidə”nin hərəkətlərinə uyğundur. Bu təşkilat konkret olaraq məzhəb amilini qabardaraq müsəlmanlar arasında düşmənçilik toxumu səpir.
Digər tərəfdən, “The New York Times”ın yazdığına görə, İŞİD-in ideya rəhbəri general İzzət İbrahim əl-Durini nədənsə ABŞ “tuta” bilmir. Onu gah Suriyada, gah Qətərdə, gah da başqa bir yerdə görürlər. Ona görə də V.Enqdahl sual edir: bəlkə, Duri Vaşinqtonun dostları sırasındadır?
Bütün hallarda İraqın parçalanmasına doğru aparan proseslər ümumən İslam dünyasına ciddi təhdiddir. Əgər bu, reallaşarsa, müsəlman ölkələri daha güclü təhdidlərlə üzləşə bilər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22

