Dünya təhlükə qarşısında: ABŞ-ın “qırmızı xətti” haradan keçir?
18.07.2014 [09:51]
Qərb analitikləri və ekspertləri qlobal geosiyasətdə müşahidə edilən prosesləri qiymətləndirməkdədirlər. Onlar bütövlükdə vəziyyətin mürəkkəb və riskli olduğunu etiraf edirlər. Bunun səbəbi kimi ABŞ-ın uzun müddətdir ki, həyata keçirdiyi xarici siyasətin məzmununa işarə verirlər. Vaşinqton öz maraqlarını təmin etmək üçün dünyanın istənilən regionuna müdaxilə edə bilir. Onun İraqda, Əfqanıstanda, indi də Ukraynada atdığı addımlar bunun əyani sübutudur. N.Çomski və F.Zəkəriyyənin mövqeyinə görə, artıq Amerika hər bir dövlətin daxilində belə öz maraqlarını təmin etməyə cəhd göstərir. Olduqca təhlükəli olan bu tendensiya dünyanı haraya aparır?
Etnik və dini parçalanma: Vaşinqtonun müsəlmanlara “hədiyyəsi”
Dünyanın “geosiyasi ritmi” pozulubmu? İndi Qərb ekspertləri üçün aktual olan suallardan biri bundan ibarətdir. Onlar ABŞ-ın ambisiyalarını izah etməyə çalışırlar. Belə görünür ki, hazırda bəşəriyyəti narahat edən proseslərin kökündə məhz Vaşinqtonun uzun illər ustalıqla həyata keçirdiyi siyasi kurs durur.
Bu aspektdə hazırda Amerikanın ekspert və analitiklər dairəsində söz sahibi olan N.Çomski və F.Zəkəriyyənin fikirlərinə müraciət etmək faydalı olardı. F.Zəkəriyyə Suriya məsələsi nümunəsində ABŞ-ın xarici siyasətinin çox mühüm bir cəhətinə diqqət çəkir. Vaşinqtonun Yaxın Şərq siyasətinin uzun illərdir ki, müşahidə edilən bəzi xüsusiyyətləri hazırda Suriyada baş verənlərin məzmununa birbaşa təsir göstərir.
Həmin kontekstdə ABŞ Konqresinin Suriya müxalifətinə 500 milyon dollarlıq maliyyə dəstəyi ayırması “alovun üzərinə yanacaq tökməyə” bənzəyir. F.Zəkəriyyə ötən əsrin 60-70-ci illərindən başlayaraq, Suriyada siyasi mühitin formalaşmasına diqqət çəkir.
Maraqlıdır ki, hələ o dövrdə ölkədə siyasi proseslərə silahlı yolla təsir etmək yolunu seçmiş radikal qruplar fəaliyyət göstərirdilər. Bu savaş nəticəsində Suriyada dini məzhəb ayrı-seçkiliyinə görə minlərlə insan qətlə yetirilib. Buna görə Hafiz Əsəd və ona müxalif olan sünni qruplar (ilk növbədə “Müsəlman qardaşları”) eyni dərəcədə məsuldurlar.
1970-1981-ci illərdə sünni üsyanları ara verməyib. Bu müddətdə yüzlərlə insan məzhəb mənsubluğuna görə qətlə yetirilib. Onların ən dəhşətlisi 1982-ci ildə Hama şəhərində H.Əsəd qüvvələrinin 10-20 min dinc insanı qətlə yetirməsi hesab olunur. F.Zəkəriyyə qeyd edir ki, “Suriya müstəqilliyini əldə edəndən qeyri-stabil olub. 1946-cı ildən başlayaraq, H.Əsəd dünyasını dəyişənə qədər 10 üsyan baş verib. 1970-ci ildə ölkə artıq dini-məzhəb amilinə görə bir neçə düşərgəyə parçalanmışdı. Onları Səudiyyə Ərəbistanı, İran və İraq maliyyələşdirirdilər.
Nəhayət, bütün bu ziddiyyətlər 2011-ci ildə partlayışla nəticələndi. İndi Suriyada 1500 müxalif qruplaşma mövcuddur. Onların hamısı radikal siyasi mövqedə olmaqla, siyasi məqsədə silahlı yolla çatmaq yolunu seçiblər. Ən pisi odur ki, həmin qruplara dini mühitdən kənar təsir minimum səviyyəsindədir. Bu aspektdə F.Zəkəriyyə Türkiyənin Suriyada yumşaq siyasi müxalifət yaratmaq cəhdlərinin baş tutmayacağına diqqət çəkir. Bunun fonunda Suriyadakı vəziyyət olduqca riskli görünür.
Belə isə Amerika kimə pul ayırır? Əsas məsələ bundadır. Əgər Suriya müxalifəti əsasən silahlı qruplardan ibarətdirsə, onda Vaşinqton onlardan hansılarısa gücləndirir. Bu isə öz növbəsində həm iqtidara qarşı kəskinliyi artırır, həm də müxalifətin özünü qeyri-sivil formada parçalayır. Bütün bunların arxasında ABŞ-ın Yaxın Şərqdə ixtilafları məzhəb müstəvisində kəskinləşdirmək niyyəti durmurmu? Bəs məqsəd nədən ibarətdir?
Bu suala digər tanınmış amerikalı filosof, linqvist və siyasətşünas N.Çomskinin fikirlərində cavab tapmaq olar. O, məsələni Amerikanın dünya liderliyi ambisiyalarının yaratdığı faciələr müstəvisində qoyur. N.Çomski hesab edir ki, ABŞ “dəhşətli beynəlxalq cinayətlər” üzrə liderdir və bunlar onun çəkdiyi “qırmızı xətlərə” təhlükə yarandıqda, baş verir.
Yeni dünya nizamı, yaxud keçmişə qayıdış?
Burada filosof konkret misallar gətirir. Bunlardan İraq və Ukraynanı göstərmək kifayətdir. Hər iki hadisə “Vaşinqton öz milli maraqlarını başqa dövlətlərin sərhədindən başlayır” tezisindən qaynaqlanır. Amerikanın XX əsr boyu tətbiq etdiyi qaydaya görə, onun maraqları regional lider iddiasında olan istənilən dövlətin sərhədindən başlayır. Bu səbəbdən haradasa hər hansı dövlət baş qaldırarkən, dərhal vurulurdu. İraqa təcavüzün kökündə bu iddia dayanırdı.
Nəticədə, ABŞ İraqı dini və etnik əlamətə görə parçaladı. Jurnalist A.B.Atvan və İraq üzrə mütəxəssis R.Carrar əmindirlər ki, ölkədə ixtilaflar və ayrı-seçkilik amerikan əsgəri daxil olduqdan sonra başladı. Həmin dövrə qədər İraqda dini məzhəbçiliyə görə idarəetmə olmamışdı. R.Carrar vurğulayır ki, Vaşinqtonun yaratdığı Dini Ali Şura bu prosesin əsasını qoydu.
Göründüyü kimi, Vaşinqton özünün müəyyən etdiyi “qırmızı xəttin” saxlanması üçün çox amansız və güzəştsiz addımlar atır. O cümlədən, İraqda sünni, şiə və kürd amilləri üzrə siyasi qüvvələr yaratmaq da onun planlarına daxildir. İndi isə guya İraqın parçalanmaması üçün oraya hərbçilər göndərir. Ölkədə radikal qruplaşmalar at oynadır. Terror minlərlə insanın həyatına son qoyur. İraq dövlət kimi artıq üç hissəyə bölünüb. Bütün bunlardan sonra ABŞ hansı bütövlüyü təmin edə bilər? Ümumiyyətlə, onun belə bir istəyi varmı? Çox şübhəlidir.
Krım hadisəsinə olan reaksiya da eyni məzmun kəsb edir. N.Çomski vurğulayır ki, Ukraynadakı proseslərin kökündə Amerikanın “qırmızı xətti” Rusiyanın sərhədində görməsi durur. Barak Obama bu yaxınlarda etdiyi çıxışlarının birində Rusiyanı regional lider kimi təqdim etmişdi. Bu, elə məhz Amerikanın maraqlarının Rusiyanın sərhədindən başladığına işarə imiş. Bu səbəbdən də Vaşinqton Krımın zəbt edilməsini özünün maraqlarına zərbə olaraq qəbul etdi.
Moskva isə müqavimət göstərdi. Hətta maraqlarını daha da geniş məkanda təmin etmək niyyətini ortaya qoydu. Bununla, N.Çomskinin təbirincə desək, “amerikanların təlaşı” başladı. Onlar dünya hegemonluğunu itirməkdən qorxurlar. Hazırda bu amilə görə Ukraynada hərbi əməliyyatlar davam edir. Onun başqa ərazilərə sıçramayacağına təminat yoxdur. Çünki ABŞ indi hər bir dövlətin sərhədini özünün “qırmızı xətti” kimi görür. Bütün bunlar geosiyasi kontekstdə maraqlı təsəvvürlər yaradır.
Hər şeydən əvvəl, ABŞ-ın geosiyasi hegemonluq iddialarının aradan qalxmadığı aydın olur. Vaşinqton indi sadəcə başqa tərzdə davranır. Müsəlman ölkələrində dini və etnik ixtilafları dərinləşdirmək onun planlarında xüsusi yer tutur. Bu üsulla ümumilikdə İslam dünyasına uzun müddət davam edən intriqalar, savaşlar və çəkişmələr salmaq olar. Etiraf etmək lazımdır ki, bu, çox təhlükəli bir gedişatdır.
Digər tərəfdən, Amerika dünyanın sürətlə inkişaf edən ölkələrinə qarşı ciddi tədbirlər görür. Onların ərazilərində ixtilafların, Rusiya, Türkiyə, Çin kimi dövlətlərdə müxtəlif pozucu ssenarilərin meydana gələ biləcəyini istisna etmək mümkün deyil. Belə bir şəraitdə beynəlxalq hüquqdan danışmaq da olduqca çətin olur.
Bunlarla yanaşı, müxtəlif regionlardakı münaqişələrin həlli də qeyri-müəyyən şərtlər daxilində olmuş olur. Burada Amerikanın “qırmızı xətti”nin haradan keçdiyini bilmək lazım gəlir. Eyni zamanda, regionda söz sahibi olmaq iddiasında olan ölkələrin ABŞ-la savaşını da nəzərə almaq lazım gəlir. Həmin kontekstdə də kimin hansı məqsədi güddüyü tam aydın deyil.
Bütün bunlardan belə nəticə çıxır ki, qlobal miqyasda müşahidə edilən geosiyasi xaosun mənbəyi hansısa terrorçu qruplar deyil, onları yetişdirən böyük geosiyasi güclərdir. Radikal qruplaşmalar yalnız onlara verilən əmrləri yerinə yetirirlər. Müəyyən mənada onlar “böyük qüvvələrin maşalarıdırlar”. Belə olan halda ədalətin harada olduğunu aydınlaşdırmaq da çətindir. Mürəkkəb vəziyyətdə düzgün xarici siyasətin yeridilməsi məsələsi də son dərəcə mürəkkəbləşir. Bəşəriyyət böyük haqsızlıq və süni iddialardan artıq bezib.
Leyla Məmmədəliyeva
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24
Siyasət
28 Oktyabr 17:49
Siyasət
28 Oktyabr 17:48
Siyasət
28 Oktyabr 17:48
YAP xəbərləri
28 Oktyabr 17:29
Sosial
28 Oktyabr 17:23
YAP xəbərləri
28 Oktyabr 17:13
Sosial
28 Oktyabr 17:11
Gündəm
28 Oktyabr 16:52
Dünya
28 Oktyabr 16:25
Siyasət
28 Oktyabr 16:24
Siyasət
28 Oktyabr 16:23
Gündəm
28 Oktyabr 15:54
Gündəm
28 Oktyabr 15:53
Gündəm
28 Oktyabr 15:52
Dünya
28 Oktyabr 15:45
YAP xəbərləri
28 Oktyabr 15:29
YAP xəbərləri
28 Oktyabr 15:28
Gündəm
28 Oktyabr 15:23
İqtisadiyyat
28 Oktyabr 14:47
YAP xəbərləri
28 Oktyabr 14:45
Mədəniyyət
28 Oktyabr 14:40
Gündəm
28 Oktyabr 14:38
Sosial
28 Oktyabr 14:37
Sosial
28 Oktyabr 14:35
Gündəm
28 Oktyabr 13:48
YAP xəbərləri
28 Oktyabr 13:21
YAP xəbərləri
28 Oktyabr 12:39
Gündəm
28 Oktyabr 12:14
Sosial
28 Oktyabr 12:03
İqtisadiyyat
28 Oktyabr 11:57
İqtisadiyyat
28 Oktyabr 11:56
Hadisə
28 Oktyabr 11:55
Gündəm
28 Oktyabr 11:52
Siyasət
28 Oktyabr 11:37
Gündəm
28 Oktyabr 11:23
Gündəm
28 Oktyabr 11:22

