Türkiyə-Rusiya münasibətləri: Putinin səfəri və tarixi fürsət
12.12.2014 [09:29]
Rusiya prezidentinin Ankaraya son səfəri bir çox aspektlərdə mütəxəssislərin marağına səbəb olub. Hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Avrasiya məkanının iki böyük dövləti arasında əlaqələrin hansı məzmun alacağı əhəmiyyət kəsb edir. Vladimir Putin irəli sürdüyü təklifləri ilə bir çox suallar yaratdı. Bütövlükdə tərəflər regional və qlobal geosiyasət üçün əhəmiyyətli razılaşmalara nail oldular. Bunlar Qərbdə ciddi marağa səbəb oldu. Proseslərin bu cür inkişaf edəcəyi halda böyük bir məkanda hansı mənzərənin yaranacağı, o cümlədən, iki ölkə arasındakı münasibətlərin Cənubi Qafqaz regionuna nə kimi təsir göstərəcəyi məsələsi aktuallıq kəsb edir.
“Cənub axını”ndan imtina: meydana çıxan suallar
Rusiya prezidentinin Ankaraya səfərinə siyasi dairələr və KİV böyük maraq göstərdi. Avrasiya məkanında iki böyük dövlət arasındakı münasibətlərə regional və qlobal geosiyasi dinamika kontekstində qiymət verilir. Burada son zamanlar Qərbin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalar aspektində Türkiyə rəhbərliyinin Rusiya ilə münasibətləri necə inkişaf etdirəcəyi məsələsi də aktuallıq kəsb edirdi. Bunlardan başqa, rəsmi görüşlərdə Cənubi Qafqaz faktorunun da nəzərə alınması gözlənilirdi.
Səfər təsdiq etdi ki, Türkiyə-Rusiya münasibətlərinin özünəməxsus dinamikası var. Ankara ilə Moskva yüksək səviyyəli strateji əməkdaşlığa belə hazırdırlar. Lakin tərəflər arasında fikir ayrılığının mövcudluğu bu gün üçün birmənalı proqnoz verməkdə çətinlik yaradır. Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin (USAK) eksperti bu bağlılıqda vurğulayır ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yeni imkanlar yaratması ilə yanaşı, “anlaşılmazlıqların mövcudluğunu da təsdiqlədi” (bax: Habibe Özdal. ÜDİK Toplantısı Işığında Türk-Rus İlişkilerinin Bugünü / USAK, 1 dekabr 2014).
Bir sıra ekspertlər iki ölkə arasında əlaqələrin dərinləşməsində, hətta risklərin də olduğunu vurğulayırlar. Həmin aspektdə Ukrayna böhranı fonunda enerji sahəsində əməkdaşlığın özlüyündə ciddi problemlərinin meydana gələ biləcəyi önə çəkilir (bax: məs., Kerim Has. Putin’in Ankara Ziyareti: İlişkilerde Yeni Fırsatlar ve Riskler / USAK, 29 noyabr 2014). Bu sırada Suriya məsələsi ayrıca vurğulanır. Bunlara baxmayaraq, V.Putin Türkiyə rəhbərliyi ilə bir çox məsələlərdə ümumi razılığa gələ bildi.
İlk növbədə, tərəflər arasında enerji sahəsində əməkdaşlıqla bağlı maraqlı nəticələr əldə edilib. “Rosatom” korporasiyası Türkiyədə atom elektrik stansiyası (“Akkuyu”) inşa etməlidir. Bunun üçün 20 milyard ABŞ dolları həcmində sərmayə yatırılacaq. Moskva “Cənub axını”ndan imtina etməklə Türkiyənin enerji üzrə tranzit ölkə statusunu daha da yüksəltmiş olur. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 35 milyard ABŞ dolları təşkil edir. 2020-ci ilə bu rəqəmi 100 milyarda çatdırmaq planlaşdırılır. Bunlardan əlavə, Türkiyənin Rusiyaya sərmayə qoyuluşunu artırmaqla bağlı razılıq əldə olunub. Həmin istiqamətdə qarşılıqlı addımların atılması barədə ortaq fikrə gəlinib (bax: Viktor Xamraev. Turüiə i Rossiə naşli obhiy əzık / “Kommersantc”, 2 dekabr 2014).
Qərb KİV-i daha çox Moskvanın “Cənub axını”ndan imtina etməsinin səbəblərinə diqqət yetirib. Ekspertlər əsas məqsədin Türkiyə vasitəsi ilə müxtəlif istiqamətlərdə enerjini nəql etməyə nail olmaqdan ibarət olduğunu vurğulayırlar. Eyni zamanda, Kremlin inkişafda olan Türkiyə iqtisadiyyatının artan tələbatlarını ödəmək üçün fəallaşdığı qeyd edilir. “The Wall Street Journal” yazır ki, “Avropa İttifaqının müqavimətinə baxmayaraq, Putin Türkiyəyə qaz kəməri çəkəcək” (bax: Emre Peker, Ayla Albayrak, James Marson. Putin Says Moscow to Drop Gas Pipeline to Europe / “The Wall Street Journal”, 1 dekabr 2014).
Polşalı təhlilçi D.Varşavski isə “Rusiya niyə rəqib bir ölkəyə güzəştə gedir” sualını qoyur. O, cavabında hər iki ölkənin düşdüyü geosiyasi vəziyyətin oxşarlığı ilə yanaşı, dövlət başçılarının xarakterlərindəki bənzərliyə də işarə edir (bax: David Varşavskiy. Rossiyskaə truba povoraçivaet v Turüiö / İnoSMİ.ru, 4 dekabr 2014).
Geosiyasi aspekt: mürəkkəb şəraitdə “at gedişi”
Qərbin bu cür reaksiyasına təəccüblənməmək olar. Çünki Moskvaya qarşı sanksiyaların tətbiq edildiyi, Ukrayna və Yaxın Şərqdə böhranların dərinləşdiyi bir vaxtda Rusiyanın özünə böyük dövlətlər sırasından tərəfdaşlar tapması Vaşinqton və Brüsselin müəyyən planlarına uyğun gəlmir. Kreml, həm də Uzaq Şərq istiqamətində fəaliyyətini gücləndirib. Əgər Türkiyəyə öz enerji daşıyıcılarını sata bilsə, xeyli dərəcədə səmərə əldə etmiş olar.
Məsələnin geosiyasi aspekti ayrıca maraq doğurur. Mütəxəssislər hesab edirlər ki, Moskva-Ankara yaxınlaşması Rusiya-Türkiyə-Azərbaycan geosiyasi üçbucağının yaranmasına gətirib çıxara bilər. Bu isə Cənubi Qafqazda ciddi dəyişikliklərə səbəb olar. O cümlədən, Ermənistanın geosiyasi vəziyyətində bir sıra məqamlar özünü göstərər. Erməni ekspertlər isə bunu “Putinin ilk məğlubiyyəti” kimi xarakterizə edirlər. Onlar Rusiya prezidentinin qaz məsələsində Ankaraya güzəştə getməsini Qərbin sanksiyaları qarşısında Putinin geri çəkilməsi kimi səciyyələndirirlər (bax: Naira Ayrumən. Pervaə kapituləüiə Putina / Lragir.am, 2 dekabr 2014).
V.Putinin Ankara səfərinin bu aspektdə qiymətləndirilməsini normal hesab etmək lazımdır. Hər şeydən əvvəl, bütövlükdə qlobal geosiyasət çox həssas mərhələdədir. Əlavə olaraq, Avrasiya məkanında geosiyasi proseslər getdikcə intensivləşir. Bu kontekstdə Rusiya-Türkiyə münasibətlərinin məzmunu xüsusi əhəmiyyət kəsb edir. Ankaranın da Moskva ilə əlaqələri inkişaf etdirməsi üçün öz arqumentləri var. Belə ki, təcrübə göstərdi ki, Qərb bir sıra məqamlarda Türkiyənin maraqlarına zidd olan addımlar atır. Geosiyasi və iqtisadi sahələrdə Brüssel və Vaşinqton sırf öz maraqlarından çıxış edirlər. Türkiyənin təhlükəsizliyinin təmini faktoru arxa plana atılır.
Bütün bunlara görə Türkiyə rəhbərliyinin müstəqil olaraq böyük dövlətlərlə əməkdaşlığı genişləndirmək üçün əsası vardır. V.Putinin enerji sahəsində irəli sürdüyü təkliflər isə Ankaranın maraqlarına cavab verir. Bu kontekstdə tərəflərin Krım tatarları, Ukrayna və Suriya məsələlərində ehtiyatlı fikir söyləmələri tam başadüşüləndir. Onlar həmin problemləri aradan qaldırmaq üçün təmasları davam etdirmək, fikir ayrılıqlarını dərinləşdirmək yox, imkan yarandıqda ortaq mövqeyə gəlmək niyyətindədirlər. Bu məqam rus-türk münasibətlərində bir yenilik hesab oluna bilər.
Mümkündür ki, iki ölkə arasındakı əlaqələrin məhz bu ruhu bir sıra dairələri narahat edir. Onlar geosiyasi planda tarixi Rusiya-Türkiyə tərəfdaşlığının meydana gəlməsindən ehtiyatlanırlar (bax: Fiona Hill & Ömer Taşpınar. Turkey and Russia: Axis of the Excluded? / The Brookings Institution, Survival, Vol. 48, №1, Spring 2006, pp. 81-92). Hər bir halda Moskva-Ankara münasibətlərinə müsbət çalarların əlavə olunduğunu söyləmək olar. Bu prosesin daha da dərinləşməsi isə çoxlu sayda faktorlardan asılı ola bilər (bax: Ece Göksedef. Putin Türkiye’de ‘yeni ufuklar’ arıyor / Al Jazeera Türk, 1 dekabr 2014).
Yuxarıda deyilənlər göstərir ki, Rusiya prezidentinin Türkiyə səfərinin yalnız taktiki deyil, həm də strateji əhəmiyyəti vardır. İki ölkə uzunmüddətli əməkdaşlıq modeli üzərində işləyirlər. Moskvanın Türkiyədən keçən və Yunanıstan sərhədinə qədər uzanan qaz boru xətti çəkmək planı, əlavə olaraq, orada ehtiyat anbarı quraşdırmaq niyyəti həmin kontekstdə bir çox məqamlardan xəbər verir. Doğrudur, bəzi ekspertlər “Rusiyanın enerjidən başqa təklif etməyə sərvəti yoxdur” tezisini irəli sürürlər (bax: məs., Tureükiy qambit Putina / İnoSMİ.ru, 3 dekabr 2014). Lakin əgər həqiqətən Kreml üçün ən qiymətli sərvət enerjidirsə, onda onun Türkiyəyə təklif edilməsi xüsusi geosiyasi və iqtisadi məna daşımış olur.
Ancaq bunlar hələlik Rusiya-Türkiyə münasibətlərinin Avrasiya məkanında həlledici geosiyasi faktor olacağı anlamına gəlmir. Bu ssenarinin reallaşması mümkündür. Lakin reallıq bundadır ki, müasir mərhələdə meydana gözlənilmədən çoxlu sayda faktorlar çıxır. Bu baxımdan Ankara-Moskva xəttində hadisələrin sürətlə inkişaf edəcəyini proqnozlaşdırmaq riskli olardı. Bunlarla yanaşı, iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün tarixi imkanın yarandığını da etiraf etmək gərəkdir. Bu potensialdan necə istifadə ediləcəyi isə ayrı bir mövzudur. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı əlaqələrdən region dövlətlərinin də faydalana biləcəyini istisna etmək olmaz. Burada real vəziyyət mürəkkəb olsa da, ümumən Cənubi Qafqaz üçün səmərəli proseslər start götürə bilər.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25

