Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Sabunçu rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

16.04.2026 [17:20]

YAP Sabunçu rayon təşkilatının Bakıxanov qəsəbəsi, M.Hacınski küçəsi 89 (213 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ideologiyasının tərənnümü və tarixi reallığı əsasında yaranan Yeni Azərbaycan Partiyası bu gün də öz uğur və tərəqqi sözünü deməkdədir. Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır.

Daha sonra çıxış edən məktəbin direktoru İlahə Noruzova bildirib ki, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçilik tariximizin dönüş nöqtələrindən oldu. Bu gün Ümummilli Liderimizin layiqli davamçısı olan Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin şərəfli Zəfər tarixinin yeni parlaq səhifələri yazılır.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Səsvermə nəticəsində yekdilliklə İlahə Novruzova Qurban qızı M.Hacınski küçəsi 89 ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Yeganə Vəliyeva İbad qızı isə sədr müavini seçiliblər.

Ərazi partiya təşkilatının seçilmiş yeni sədr və sədr müavini göstərilən etimada görə minnətdarlıqlarını bildiriblər.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Gündəm

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30