Qərb yenidən öz ampluasında...
19.12.2014 [09:05]
Türkiyəyə qarşı sərgilənən ədalətsiz münasibət ABŞ və Avropanın ikili standartlar siyasətinin növbəti nümunəsi kimi çıxış edir
Müasir dövrdə “demokratiya”, “insan hüquqları”, “azadlıq” kimi ümumbəşəri dəyərlərə beynəlxalq miqyasda intensiv şəkildə istinad edilir. Xüsusilə də, beynəlxalq münasibətlər sistemində hüquq normalarının işləmə mexanizminin iflic vəziyyətində olması “insan hüquqları” kimi dəyər və ideyaların ayrı-ayrı ölkələrə yönəldilməsini şərtləndirir. Amma burada əsas məqam odur ki, bu məfhumlar daha çox təzyiq və təsir vasitəsi kimi istifadə edilməklə ikili standartlar siyasətinin “silah”ı qismində çıxış edir. Hədəf kimi seçilmiş ölkələrə təzyiq mexanizmi formalaşdırılan zaman iqtisadi və siyasi vasitələrlə yanaşı, bu cür ideoloji alətlərdən də geniş istifadə olunur.
“Demokratiya” və “insan hüquqları” təzyiq vasitəsi kimi...
Bu kontekstdə əsas nüans ikili standartların metodoloji prinsip kimi çıxış etməsidir. Yəni, bu cür “ideoloji diplomatiya”dan daha çox istifadə edən Amerika Birləşmiş Ştatları (ABŞ), Avropa kimi subyektlər milli dövlətləri yuxarıda adı çəkilən dəyərlər və ideyalar üzərindən tənqid obyektinə çevirdikləri halda, özlərində olan problemlərə eyni yanaşmanı nümayiş etdirmirlər. Bu baxımdan, son olaraq Türkiyədə cərəyan edən proseslərə Avropa və Amerika Birləşmiş Ştatlarının mövqeyi bariz ikili standart nümunəsi kimi çıxış edib. Məlum olduğu kimi, dekabrın 14-də səhər saatlarından başlayaraq Türkiyə polisi “paralel yapı” əməliyyatı çərçivəsində aparılan istintaqla bağlı aralarında çoxu media nümayəndəsi olan 35 nəfərdən artıq şəxsi həbs edib. ABŞ və Avropanın rəsmi dairələri yenə də baş rolda çıxış edərək Türkiyədə həyata keçirilən həbsləri kəskin tənqid obyektinə çeviriblər. Həmin dairələrin həbsin motivləri açıqlanmadan, istintaq prosesini gözləmədən Türkiyəyə qarşı “hücum”a keçərək bəyanatlar səsləndirməsi bu ölkəyə qarşı təzyiq formalaşdırılması reallığını ortaya qoyur.
Ekspertlərin önə çəkdikləri əsas məsələ budur ki, bu proses növbəti dəfə Avropa İttifaqının öz ampluasında olduğunu göstərir. Belə ki, bu qurumun hədəfində növbəti dəfə qardaş Türkiyə yer alır. Əslində, bu, təəccüblü deyil. Çünki Avropanın rəsmi dairələri vaxtaşırı olaraq hazırladıqları hesabatlarda və ya ifadə etdikləri bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Təsadüfi deyil ki, ötən illərdə də Türkiyədə 70-dən artıq media nümayəndəsinin həbsi ABŞ və Avropa İttifaqının kəskin reaksiyasına səbəb olmuşdu.
Milli dövlətlər Qərbin ikili standartlar siyasəti ilə qarşı-qarşıya...
Digər bir nüans odur ki, həmin dairələr Avropada insan haqlarının pozulması hallarına, ABŞ-da Ferquson hadisələrinə görə bəyanatlar vermirlər. Axı müxtəlif ölkələrdə demokratiyanın vəziyyəti ilə bağlı ən müxtəlif iradlar səsləndirən ABŞ-ın və Avropanın özündə baş verənlər ikili standartlara dəlalət etmirmi? Və yaxud haqqında bəhs edilənlər dünyaya sırımağa çalışdıqları “demokratiya dərsləri”ndən özləri niyə yararlanmırlar? Əlbəttə, bütün bunlar Qərbin ikili standartlar siyasəti yürütdüyünün növbəti nümunəsidir. Bu həm də ona dəlalət edir ki, milli dövlətlər Qərbin ikili standartlar siyasəti ilə qarşı-qarşıyadır.
Dolayısıyla, yeni dünya nizamında ikili standartlar Avropa və Amerika Birləşmiş Ştatları üçün metodoloji prinsip kimi çıxış edir. Bu isə regional və beynəlxalq miqyasda sülh, sabitlik, təhlükəsizlik və əməkdaşlıq mühitinə təhdid yaradan dağıdıcı faktor səciyyəsi daşıyır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxAnalitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47

