Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Türkiyə-Qazaxıstan: qarşılıqlı əlaqələrin ümidverici perspektivləri

Türkiyə-Qazaxıstan: qarşılıqlı əlaqələrin ümidverici perspektivləri

23.04.2015 [10:16]

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana ekspertlərin diqqətini cəlb edən üçgünlük dövlət səfəri baş tutdu. Türkiyə Qazaxıstanın ən yaxın və etibarlı tərəfdaşlarından biridir. Türkiyə liderinin dövlət səfəri çərçivəsində içərisində Qazaxıstan Respublikası ilə Türkiyə Respublikası arasında yüksək səviyyəli strateji əməkdaşlıq Şurasının iclasının yekunları barədə birgə bəyanatın və “Yeni Sinergiya” birgə iqtisadi proqramın fəaliyyət Planının aktuallaşdırılması Protokolu da olmaqla bir sıra sənədlər imzalanmışdır.
Səfər zamanı Qazaxıstan-Türkiyə strateji əməkdaşlığının daha da möhkəmləndirilməsi, əməkdaşlığın müxtəlif əlaqələr üzrə inkişafı, ticari-iqtisadi, sərmayə, sənaye, tranzit-nəqliyyat və mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi yolları, türkdilli ölkələrin gömrük ittifaqının yaradılması imkanlarından Trans-Anadolu qaz kəmərində Qazaxıstanın türk payı əldə etməsinədək kifayət qədər geniş məsələlər müzakirə olunmuşdur. Nazarbayev və Ərdoğan cari beynəlxalq və regional mövzuların aktual aspektlərini də nəzərdən keçiriblər.
Tərəflər ikitərəfli əmtəə dövriyyəsinin həcmini 3,5 milyard dollardan 10 milyard dollara qaldırmaq niyyətlərini bir daha bəyan ediblər. Prezidentlərin iştirakı ilə keçirilən Qazaxıstan-Türkiyə biznes forumu çərçivəsində hər iki ölkənin biznes nümayəndələri 800 milyon dollardan artıq dəyəri olan 19 kommersiya sazişi imzaladılar. Xüsusilə alüminium radiatorları, pəncərə və qapı hissələri, hidroizolyator və dam örtüyü materialları, polad borular, müxtəlif beton formalar istehsal edən zavodların tikilməsi, həmçinin kommersiya və hərbi gəmiqayırma, gəmi təmiri və dəniz nəqliyyatı sahələrinin inkişafı barədə sazişlər imzalanmışdır. Bununla yanaşı, qeyd olundu ki, Qazaxıstan və Türkiyə bir sıra digər ölkələrdə birgə iqtisadi layihələr reallaşdırmaq niyyətindədir.
Daha əvvəl (Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısında) Türkiyənin Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olmaq istədiyini bildirən Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu dəfə bəyan etdi ki, Qazaxıstan Türkiyədən keçməklə Avropa və Yaxın Şərqə çıxış əldə edə bilər, AİB isə “türk biznesinə yeni bazarlar açmağa kömək edəcəkdir”.
Xatırladaq ki, 2013-cü ilin sonunda Minskdə keçirilən Ali Avrasiya İqtisadi Şurasının toplantısında N.Nazarbayev Türkiyənin Gömrük İttifaqına qoşulmasını təklif etmişdi. Çinin güclənməsi, Ukraynadakı böhranın fonunda Qazaxıstan müəyyən narahatlıq keçirir. Ankaranı inteqrasiya prosesinə cəlb etməklə o, tarazlıq yaratmağa çalışır. Həm də Türkiyə regional aparıcı qüvvə olmaq üçün bütün tələblərə cavab verir və müəyyən mərhələdə Çinə və Rusiyaya qarşı rəqib ola bilər. Bundan əlavə, Qazaxıstanın dənizə çıxışı yoxdur və nəticədə, sahilyanı ölkələrin xidmətlərindən istifadə etməyə məcburdur. Dənizə çıxış problemi inteqrasiya layihəsində iştirak etmək səbəblərindən biri kimi Gömrük İttifaqının yaradılması ərəfəsində Qazaxıstanın cari mövzusuna çevrildi. Bir sözlə, Qazaxıstan özünün Avrasiyanın mərkəzində, iki böyük bazar - Avropa və Asiya arasında yerləşmiş unikal “orta dövlət” vəziyyətindən istifadə etməyə çalışır.
Təbii olaraq, Ankara həm Qazaxıstanın xarici siyasətində mövcud olan türkçülük inteqrasiyasının güclənməsində, həm də Qazaxıstanla praqmatik iqtisadi əməkdaşlıqda maraqlıdır. Türkiyənin xarici siyasətindəki türkçülük istiqaməti əsasən ona görə əhəmiyyətlidir ki, türkçülük-türk ideologiyasının əsası Atatürk Türkiyəni yaradan zaman qoyulmuşdur.
Rəcəb Tayyib Ərdoğanın Qazaxıstana səfərinə başqa bir kontekstdə də baxmaq mümkündür, belə ki, məlum olduğu kimi, Türkiyənin xarici siyasəti hazırda Avropa İttifaqına inteqrasiya olunmanın qeyri-mümkünlüyü ilə əlaqədar yaranmış bir sıra problemlərlə üzləşib. Aİ-nin standart tələblərinə əlavə olaraq, burada Türkiyənin İslam dünyasına aid olması ilə əlaqədar sivilizasiya məsələləri meydana çıxır, onun xalqların “Avropa ailəsi” sinfinə daxil edilməsinin doğruluğu ilə bağlı şübhələr səslənir. Yalnız Türkiyəni Aİ-yə inteqrasiya olunması yolunda ciddi maneəyə çevrilən həll olunmamış Kipr problemi qalır.
Türkiyənin Aİ-yə daxil olması məsələsi son on ilin mühüm sosial-siyasi, iqtisadi, öz müqəddəratını təyinetmə və hətta dünyagörüşü problemi olsa da, zamanla öz kəskinliyini itirib. 2015-ci ilin yanvarında Türkiyə prezidenti R.T.Ərdoğan bildirmişdi ki, ölkəsi daha Aİ-yə qoşulmaq məsələsi ilə maraqlanmır.
Bunun kompensasiya olunması üçün prezident Ərdoğan türkdilli ölkələrlə, Rusiya ilə, hətta Türkiyəyə qonşu olan ölkələrlə əlaqələrin möhkəmləndirilməsi üçün bir sıra addımlar atır. Beləliklə, Ankara Avrasiyaya inteqrasiyaya xüsusi diqqət göstərərək onun siyasi və iqtisadi potensialından istifadə etməyə marağını artırmışdır. Buna görə də, Ankara ilə Moskvanın yaxınlaşmasının başlandığını nəzərə alsaq Türkiyənin AİB-ə qoşulması məntiqli olardı. Bəzi ekspertlərin fikrincə, Rusiya Türkiyənin Avrasiya İqtisadi Birliyinə qoşulmasına etiraz edəcək. Onlar arasında Suriya, Krım və iqtisadi əlaqələr məsələsində ziddiyyətlər mövcuddur. Bundan əlavə, onların fikrincə, bu ittifaqda çoxlu sayda güc mərkəzi olar və beləliklə, hər hansı məsələni həll etmək çətinləşərdi. Türkiyənin bu ölkənin üzvlüyündən yalnız fayda qazanacaq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) qoşulması daha real görünür.
Beynəlxalq arenada İranın mövqeyinin potensial möhkəmlənməsi kontekstində bu səfər xüsusi əhəmiyyətə malikdir və Ankaranın imkanlarının dəyərləndirilməsi bu vəziyyətə təsir edir. Hazırda Ankara və Astana İranla birgə əməkdaşlıqda maraqlıdırlar.
Türkiyə Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyini dəstəkləmək vədini verib. Türkiyə prezidenti R.T.Ərdoğan deyib: “Müxtəlif beynəlxalq qurumlarda namizədliklə əlaqədar olaraq biz qarşılıqlı olaraq dövlətlərimizi dəstəkləməyə davam edirik. 2017-2018-ci illərdə Qazaxıstan BMT Təhlükəsizlik Şurasına üzvlüyünü irəli sürəcək. Əlbəttə ki, Türkiyə Qazaxıstan xalqını, Qazaxıstanı dəstəkləyəcək və bu kampaniyanın gedişində bizim mühüm strukturlarımız bu namizədliyi dəstəkləmək üçün hər cür səy göstərəcəklər”. Türkiyə prezidenti, həmçinin, yaxın gələcəkdə Qazaxıstanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü barədə müzakirələrin sona çatacağına olan ümidini ifadə etmişdir.
Ümumilikdə, Qazaxıstan və Türkiyə arasındakı inam münasibətləri inkişaf edib, siyasət sahəsində isə hərtərəfli əməkdaşlığa mane ola biləcək və məhdudlaşdıracaq heç bir ziddiyyət yoxdur.
Elsəvər ABDULLAYEV

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31