ABŞ-Çin: Vaşinqton nədən narahatdır?
26.05.2015 [10:02]
II Dünya müharibəsindən sonra uzun illər Amerika-Çin münasibətləri düşmənçilik və etimadsızlıqla səciyyələnirdi.
Çin və ABŞ bu gün də müttəfiq deyillər. Onların maraqları bir çox sahələrdə üst-üstə düşür, dünyaya baxışları isə çox vaxt bir-birinə zidd olur. Bununla belə, bu ölkələr düşmən də deyillər.
İki dövlət arasında əlaqələrin bərpa edilməsi prosesi ötən əsrin 70-ci illərində başladı.
1972-ci ilin fevral ayında ABŞ prezidenti R.Niksonun ÇXR-ə səfəri baş tutdu. Onun nəticələri, Çin rəhbərliyi ilə görüşlər və imzalanan Şanxay kommunikesi Çin-Amerika münasibətlərinin tam normallaşmasına səbəb oldu. Lakin Amerikanın Tayvanda iştirakı və Amerika-Tayvan əməkdaşlığı davam etdi. Vaşinqton bu gün Çini düşmən hesab etmir, amma onu özünə regionda rəqib və mühüm ticarət tərəfdaşı kimi görür.
2009-cu ildə Vaşinqton hətta Çin rəhbərliyinə iki fövqəldövlətin “böyük ikilər” (G2) adlanan alyansını yaratmağı təklif etmişdi. Lakin Çin bu ideyanı rədd edib və çoxqütblü dünya konsepsiyasına sadiq qaldığını bildirib. Pekində bu təklif Amerikanın dünyada üstünlüyünə görə məsuliyyəti bölüşdürmək niyyəti kimi qiymətləndirildi. Bununla Çin heç cür razılaşa bilməzdi.
2010-cu ilin əvvəllərindən etibarən iki ölkə arasında münasibətlər ciddi şəkildə soyumağa başladı. Hətta ABŞ-la hərbi əlaqələr də kəsildi. Buna səbəb Obama administrasiyasının Tayvana silah satışı ilə bağlı qərarı, ABŞ hərbi qüvvələrinin Cənubi Çin dənizində fəallaşması və Sarı dənizdə Cənubi Koreya ilə birgə hərbi-dəniz təlimlərinin keçirilməsi oldu.
Lakin bu ölkələrin iqtisadiyyatının bir-biri ilə sıx bağlı olması ABŞ və ÇXR hökumətlərini açıq münaqişəyə girməmək üçün hər cür addıma getməyə vadar edir.
2010-cu ildən etibarən Çin daha fəal siyasət yürütməyə, qonşuları ilə ərazi mübahisələrində sərt mövqe tutmağa başladı. Çin ordusunun sürətlə modernləşdirilməsi də Amerikanın və onun Şərqi Asiyadakı müttəfiqlərinin narahatlığına səbəb olur. Çin ənənəvi olaraq Tayvan məsələsini ABŞ-la münasibətlərin inkişafı yolunda əsas maneə hesab edir.
Pekin ABŞ-la Tayvan hakimiyyəti arasında rəsmi əlaqələrin istənilən formasının əleyhinədir.
Uzun illərdir ki, Vaşinqtonun zorla bir çox ölkələrə yeritdiyi bədnam insan hüquqları problemi Amerika-Çin münasibətlərində əsas maneə olaraq qalmaqdadır. Bu problem dəfələrlə iki dövlət arasında gərginliyə səbəb olub.
Pekin üçün Tibet problemi də ciddi məsələlərdən biridir. Çin Tibeti “vahid Çin”in siyasəti kontekstində özünün daxili vilayəti, mühacirətdə olan Tibet hökumətini isə milli suverenliyə və ərazi bütövlüyünə təhdid hesab edir. Buna oxşar vəziyyət Tibetdən başqa, Sintszyan-Uyğur muxtar rayonunda da mövcuddur.
Çin hökuməti terrorçuluqla mübarizədə ABŞ-la əməkdaşlığa xüsusi yer verir.
Əslində, bu, Amerika-Çin münasibətlərində yeni bir istiqamət deyil. ÇXR və ABŞ-ın antiterror fəaliyyəti hələ 2001-ci ilin sentyabr faciəsindən əvvəl başlamışdı. Lakin o zaman bu fəaliyyət ardıcıl deyildi.
Vaşinqton bu gün Çin ordusunun əhəmiyyətli dərəcədə möhkəmlənməsindən narahatdır. Son illər Çin ordusu öz imkanlarını xeyli genişləndirib. Hər şeydən başqa, ordu yeni tipli sualtı qayıqlar, nüvə döyüş başlığı daşıya bilən mobil raket kompleksləri, müasir qırıcılarla təchiz olunub.
Çinin qüdrəti artmaqdadır və bu, Birləşmiş Ştatları ciddi narahat edir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, 2020-2025-ci illərdə Çin iqtisadiyyatı ABŞ iqtisadiyyatını geridə qoyacaq.
Belə proqnozlar qüvvələr balansının pozulmasından və Çinin iqtisadi potensialının artmasından xəbər verir və ABŞ-da ciddi narahatlığa səbəb olur. Məhz buna görə də Pekin əmindir ki, ABŞ heç vaxt könüllü surətdə özünün hegemonluğunu əldən verməyə razı olmayacaq, Çinin fövqəldövlətə çevrilməsinə imkan verməmək üçün əlindən gələni edəcək.
Nəticədə, inkişaf etdikcə, Pekin cari dünya nizamında öz maraqları və təsəvvürlərinə cavab verən dəyişiklikləri etmək üçün yollar axtarır. Çinin ŞƏT-də iştirakı və BRİKS-in inkişaf bankına edəcəyi qoyuluşları bundan xəbər verir.
Mövcud vəziyyətdə ABŞ, çox güman ki, Cənub-Şərqi Asiya regionunda öz müttəfiqlərinin mövqelərini möhkəmləndirəcək və onları öz maraqları dairəsinə cəlb edəcək. Bu yolla Vaşinqton ÇXR-in artmaqda olan qüdrətinə tab gətirmək üçün bir növ qüvvələr balansı yaratmağa çalışacaq.
Aydındır ki, Vaşinqtonun bu cür siyasət yeritməsi Pekinin, sadəcə, çoxdankı şübhələrini doğrultmuş olacaq ki, həqiqətən də, Vaşinqtonun liberal ritorikası arxasında ABŞ-ın hegemonluğunu qoruyub saxlamaq niyyəti durur.
Beləliklə, Çinin beynəlxalq səhnədə oyunçu kimi rolu getdikcə artmaqdadır. Çinin dünya birliyində yeni yeri, artmaqda olan gücü və dünyada qüvvələr nisbətinə öz baxışının olması ÇXR ilə ABŞ-ın qarşılıqlı təsirlərinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Fikrət SADIQOV,
politoloq, Qərb Universitetinin professoru
Xəbər lenti
Hamısına baxSosial
30 Oktyabr 00:16
İqtisadiyyat
29 Oktyabr 23:36
Dünya
29 Oktyabr 23:18
İqtisadiyyat
29 Oktyabr 22:38
Dünya
29 Oktyabr 22:16
İdman
29 Oktyabr 21:42
Dünya
29 Oktyabr 21:30
Sosial
29 Oktyabr 21:18
Sosial
29 Oktyabr 20:51
İdman
29 Oktyabr 20:33
Maraqlı
29 Oktyabr 20:16
YAP xəbərləri
29 Oktyabr 20:10
Dünya
29 Oktyabr 19:50
İqtisadiyyat
29 Oktyabr 19:32
Maraqlı
29 Oktyabr 19:15
Gündəm
29 Oktyabr 19:13
YAP xəbərləri
29 Oktyabr 19:00
YAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Analitik
29 Oktyabr 09:13
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30

