ABŞ-da “sıradan bir məsələ”yə çevrilən jurnalist ölümü
28.08.2015 [10:00]
Jurnalist Alison Parkerlə operator Adam Vardun qətlə yetirilməsi son beş ildə peşə fəaliyyətinə görə həyatını itirən ABŞ jurnalistlərinin sayını səkkizə çatdırdı. 2010-cu ildən etibarən törədilən bu qətllərin (Luke Sommers, James Foley, Steven Sotloff, Marie Colvin, Chris Hondros, Rupert Hamer) müxtəlif illərdə, müxtəlif məkanlarda və müxtəlif səbəblərdən baş verdiyini önə çəkən ABŞ texnoloqları insidentlər arasında ümumi bağlılığın mövcudluğunu inkar etməyə çalışsalar da, Virciniya faciəsi onların informasiya inhisarını qıra bildi. Beynəlxalq analitik mərkəzlər mövzunu ən müxtəlif kontekslərdən araşdırırlar.
Məsələni diqqət mərkəzinə çəkən məqam təkcə faciənin böyüklüyü, iki jurnalistin həyatını itirməsi deyil. ABŞ Dövlət Departamenti və onun “peyk” QHT-lərinin qeyri-adekvat münasibəti də 26 avqust faciəsi ətrafında aparılan müzakirələrin tərkib hissəsidir. ABŞ Konqresindən maliyyələşən transmilli KİV-lər hadisəni şəxsi münasibətlər müstəvisində baş vermiş münaqişə kimi xarakterizə edirlər. “Azadlıq radiosu” jurnalist Chris Hursta istinadən bildirib ki, qatil Vester Lee Flanagan (jurnalist təxəllüsü Bryce Villiams) mərhum Parkerlə sevgi münasibətlərində olub və qətl də bu münasibətlərdə yaranmış problem səbəbindən baş verib (http://www.azadliq.org/content/article/27210267.html).
“Amerikanın səsi” isə, ümumiyyətlə, səbəb barədə danışmaqdan yayınıb, sadəcə baş vermiş faciəni təsvir etməklə kifayətlənib. Maraqlıdır ki, həm də radio bu faciə barədə xəbəri özünün internet səhifəsindəki xəbər beşliyində sonuncu yerdə yerləşdirib. Radionun saytında operativ xəbər yerini mərhum jurnalist Rasim Əliyevlə bağlı araşdırma tutub (http://www.amerikaninsesi.org/content/media/2934378.html).
Analoji taktikanı Nyu-York Jurnalistlərin Hüquqlarını Müdafiə Komitəsi (CPJ) də təkrarlayıb. CPJ (www.cpj.org) Virciniya faciəsi ilə bağlı xəbəri heç ilk xəbər beşliyində də yerləşdirməyib. Bu barədə 2-ci, 3-cü dərəcəli xəbərlərin siyahısında simvolik yer ayrılıb (https://cpj.org/2015/08/two-us-journalists-killed-during-live-broadcast-in.php), hadisəyə yol açan səbəblər barədə fikir bildirilməyib. İki günə yaxın vaxt keçməsinə baxmayaraq, İFEX (www.ifex.org) hadisə ilə bağlı xəbəri hələ də baş səhifədə yerləşdirməyib. “Freedom House”nin saytında isə (www.freedomhouse.org), bu yöndə rəylə tanış olmaq üçün, xüsusi axtarış aparmaq lazım gəlir. Yəni, Virciniya faciəsi təşkilatın saytının əsas xəbərləri sırasında yerləşdirilməyib. Dünyanın istənilən nöqtəsində baş verən kiçik bir hadisə barədə saniyə fərqi ilə xəbər yayan, səhifələrlə hesabat hazırlayan ABŞ Dövlət Departamenti və onun “peyk” QHT-lərinin öz ərazilərində iki jurnalistin faciəli qətlinə saymazyana yanaşması, ABŞ Dövlət Departamentinin və ona bağlı QHT-lərin, KİV-lərin fəaliyyətini şübhəyə alır, obyektivlikdən uzaq olmaları faktını isbatlayır. Hadisəni dünya gündəminə çıxaran məqamlardan biri də məhz budur.
Dövlət Departamenti və ona bağlı KİV-lərin, QHT-lərin hadisəyə “saymazyana” münasibəti təsadüfi deyil. Əgər Parkerlə Vardunin qətl hadisəsi geniş araşdırılsa, faciəyə yol açan səbəblər ortaya çıxıb ABŞ ideoloqlarını cavabsız suallarla üz-üzə qoyar, ölkədə irqi ayrı-seçkilik və ifadə azadlığı ilə bağlı ciddi problemlərin olmasını aşkara çıxarar.
Qatil Flanaganın “intihar etməzdən” əvvəl internetə yaydığı materiallardan, həmçinin, ABC News kanalına göndərdiyi 23 səhifəlik faks-məktubdan bəlli olur ki, o, keçmiş əməkdaşı olduğu WDBJ7 TV kanalında üzləşdiyi irqçılık motivli qısnamalardan ciddi stress keçirib. Ağdərililərin rəhbər olduğu müəssisələrdə fərqli irqlərə qarşı sərgilənən münasibətə dözməyən Flanagan işlədiyi müəssisəni tərk etmək, sonda terrora əl atmaq zorunda qalıb. Baş vermiş hadisə ötən bir ildə Ferqison şəhərində yaşanmış ixtişaşların davamı kimi qəbul edilə bilər. ABŞ hakimiyyətinin irqi-ayrıseçkilik yönündə problemləri aradan qaldırmaması, bu yöndə faciələrin sayının artması ilə nəticələnir.
Paralel olaraq ölkədə ifadə azadlığı məsələsi gündəmə gəlir. Əgər ölkədə hətta jurnalist özünü ifadə edib fikirlərini bölüşmək problemi yaşayırsa, fikirlərinə görə təzyiqə məruz qalıb çalışdığı KİV redaksiyasını tərk edirsə və çıxış yolunu terrora əl atmaqda görürsə, bu, ABŞ-da ifadə azadlığının Departamentin hesabatlarındakından fərqli olması fikrini doğurur. Flanagana işlədiyi redaksiyada öz fikirlərini ifadə etmək, düşündüyü problemləri təsvir edib suallarına cavab almaq şəraiti yaradılsaydı, ehtimal ki, məlum faciə də yaşanmazdı.
Müşfiq Ələsgərli,
Jurnalistlərin Həmkarlar
İttifaqının sədri
Milli.Az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50

