İŞİD-ə qarşı döyüşən xaricilər: çılğın könüllülər, yoxsa Qərbin gizli ordusu?
11.09.2015 [10:09]
İŞİD-in İraq və Suriya ərazisində zorakılıqlarını genişləndirdiyi və dünyanın müxtəlif yerlərindən tərəfdarlarının terrorçu təşkilata qoşulduğu bir vaxtda ara-sıra İŞİD və digər “cihadçı” qruplaşmalara qarşı mübarizə aparmaq üçün ABŞ-dan, Böyük Britaniyadan və digər Qərb dövlətlərindən könüllülərin bölgədəki kürdlərə və İŞİD-ə qarşı savaşan digər qüvvələrə qoşulması və savaşması, təlimlər keçməsi barədə informasiyalar yayılmaqdadır. Son zamanlar bu cür döyüşçülərin artması və sayları barədə daha ətraflı məlumatlar ortaya çıxmaqdadır.
Məlumatlara görə, təqribən 200 nəfər ABŞ vətəndaşı İŞİD-ə qoşulmaq məqsədilə İraq və Suriyaya yola düşüb, yaxud buna cəhd göstərib. Başqa bir tərəfdən isə getdikcə daha çox sayda amerikalı İŞİD-in əleyhinə mübarizə aparmaq üçün bölgəyə yollanır. Böyük Britaniyada yerləşən “Bellingcat” araşdırmaçı jurnalist təşkilatının internet saytlarında, sosial şəbəkələrdə, mediada yer alan və digər açıq mənbələrdən topladığı məlumatlar əsasında hazırladığı hesabata əsasən, ümumilikdə ən azı 108 nəfər ABŞ vətəndaşı İŞİD-ə qarşı Suriya və İraqda könüllü olaraq mübarizəyə qoşulub və bu rəqəm hər həftə artmaqdadır (bax: The Other Foreign Fighters / “A bellingcat Investigation”, avqust, 2015).
ABŞ-ın 31 ştatından olan könüllülərin ən çox hissəsi, yəni 16 faizi Texas ştatının payına düşür. İkinci yerdə Kaliforniya (8 faiz), daha sonra isə Ohayo ştatı (7 faiz) dayanır. Könüllülərin 68 faizi ABŞ hərbi qüvvələrində, 2 nəfəri Fransa ordusunda xidmət keçib və hərbi veterandır. Döyüşçülərin ştatlar üzrə bölgüsü nə onların əhalisinin, nə də hərbçilərinin sayı ilə düz mütənasiblik təşkil edir. Könüllülərdən 1 nəfəri qadındır. Yaşları bəlli olan döyüşçülərin yaş həddi 23 ilə 61 arasında dəyişir, lakin onların arasında 18-19 yaşlıların olması da istisna edilmir.
İŞİD-ə qarşı döyüşən amerikalıların 44 faizi 2015-ci ilin mayından avqustun ortalarınadək olan müddətdə mübarizəyə qoşulublar. Könüllülərin əksəriyyəti 1-4 ay müddətində fəaliyyət göstərir, sonra geri qayıdır. Onların əvəzinə isə daha çox sayda yeni döyüşçü bölgəyə yollanır. Ümumilikdə, ABŞ vətəndaşlarının 2014-cü ilin sonlarından etibarən İŞİD-ə qarşı müharibəyə qoşulduğu göstərilir. Onlardan bir nəfərin Suriyanın Kobani şəhərində öldürülməsi faktı geniş ictimaiyyətə məlumdur.
İraq və Suriyaya döyüşməyə gələn amerikalılar, əsasən, Suriyadakı kürdlərə məxsus Demokratik Birlik Partiyasının (PYD) silahlı birləşməsi olan “Xalq qoruma birlikləri”nə (YPG), İraqın şimalındakı kürd muxtariyyətinə məxsus peşmərgələrə və bölgədəki yerli xristian hərbi birləşmələrinə qoşulurlar. Bununla belə, müxtəlif KİV-lərdə İraq və Suriya kürd hərbi hissələrinin rəhbərlərinin yayımlanan fikirlərindən görünür ki, onlar xaricdən döyüşçü yox, döyüş sursatının gətirilməsini daha vacib hesab edirlər.
Hesabat hazırlanarkən qeydə alınan bütün hallardan məlum olub ki, amerikalılar əvvəlcə YPG-yə daxil olur, daha sonra bir qismi Suriyadan İraqa keçərək peşmərgəyə və xristian assur birliklərinə üz tuturlar. Döyüşçülərin böyük əksəriyyəti isə Suriyada fəaliyyətini davam etdirir.
İki əsas assur hərbi birləşməsi məlumdur: “Dvex Navşa” və “Nineva Düzənliklərini Qoruma Birlikləri” (NPU). “Dvex Navşa” peşmərgələrlə əlbir fəaliyyət göstərir və kürdlərdən maliyyə dəstəyi alır. Hesabata əsasən, NPU müstəqil fəaliyyət göstərərək, xaricdəki assurlardan maliyyələşir.
Hesabatda əksini tapan maraqlı məqamlardan biri amerikalı hərbçi Metyu Vandaykla bağlıdır. Vandayk 2011-ci ildə Liviyada hökumətin devrilməsi iğtişaşlarına qoşulub, nəticədə həbs olunub. Bir müddət sonra həbsxanadakı üsyan sayəsində azadlığa çıxaraq Qəddafi qüvvələrinə qarşı döyüşü davam etdirib. Hazırda Vandayk İraqda yaratdığı “Beynəlxalq Azadlıq Oğulları” təşkilatı vasitəsilə ABŞ ordusundan olan veteranlarla birgə “İŞİD-ə qarşı döyüşmək üçün xristian ordunun yaradılması və təlimi” ilə məşğuldur.
Amerikalıları İŞİD-ə qarşı döyüşməyə sövq edən səbəblərə gəlincə, əsas motivlər kimi aşağıdakılar göstərilir:
- İŞİD-in əməllərinin doğurduğu qəzəb və narahatlıq;
- xristianlıq;
- darıxdırıcı həyat və macəra axtarışı;
- hərbi yoldaşlıq mühiti və döyüş üçün darıxmaq, yaxud hərbi xidmətdən sonra mülki həyata uyğunlaşa bilməmək;
- ABŞ-ın İŞİD ilə bağlı siyasətindən narazılıq.
Sözügedən hesabat İŞİD-ə qarşı döyüşən ABŞ vətəndaşlarından bəhs edir. Lakin mediada yayılan digər informasiyalar Kanada, Böyük Britaniya, Hollandiya, Almaniya, Latın Amerikası dövlətləri, Avstraliya və digər ölkələrin vətəndaşlarının da bu mübarizəyə qoşulduğunu göstərir. Bəzi rəqəmlərə görə, Suriyada döyüşən xarici ölkə vətəndaşlarının sayı 400 nəfərdir, onların arasında xaricdə yaşayan kürdlər də var (bax: 400 foreigners fighting with Syrian Kurds against ISIS / “ANSAmed”, 11 iyun 2015).
Üstəlik, həmin ölkələrin hökumətləri İŞİD-ə qarşı döyüşən vətəndaşlarına loyal münasibət sərgiləyirlər. Məsələn, Kanada hökuməti ekstremist qruplara qoşulma hallarının qarşısını almaq üçün öz vətəndaşlarına İraq və Suriyanın bəzi bölgələrinə səfərləri qadağan etmək təklifini irəli sürsə də, İŞİD-ə qarşı döyüşmək üçün yola düşənlərə bu məhdudiyyətin təsir etməyəcəyini bildirib. Niderlandın baş prokuroru isə bildirib ki, kürdlərlə birgə döyüşlərə qatılan vətəndaşlar ölkəyə qayıdandan sonra məsuliyyətə cəlb olunmayacaqlar (bax: American Civilians And Veterans Are Fighting ISIS In Syria And Iraq / “The Huffington Post”, 4 sentyabr 2015).
Təbii ki, Yaxın Şərqdə döyüşən amerikan, britaniyalı və digər hərbçilərin fəaliyyətinə münasibət də fərqlidir. Qeyd olunduğu kimi, bəziləri üçün İŞİD-ə qarşı döyüşmək macəra kimi görünür, döyüşçülərin bir qismi “cihad” elan etmiş və müsəlmanlarla yanaşı, xristianları da qətlə yetirən İŞİD-ə qarşı “müqəddəs müharibə” apardığını bildirir. Qərbdə də bir çoxları bu cür döyüşçülərin əməllərini vətənpərvərlik, cəsurluq, Qərb dəyərlərinin qorunması və s. ifadələrlə alqışlayırlar. Metyu Vandayk isə ABŞ Dövlət Departamentinin rəsmiləri ilə görüşdüyünü və gördüyü işlərin onlar tərəfindən bəyənildiyini deyib. Hərbçinin bu fikirləri rəsmi Vaşinqtonun öz vətəndaşlarını İŞİD-ə qarşı döyüşmək üçün bölgəyə səfər etməkdən çəkinmək çağırışı ilə ziddiyyət təşkil edir (bax: This American “foreign fighter” says he’s helping Iraqi Christians fight ISIS / “Public Radio International”, 27 may 2015).
Prosesin Qərb hökumətləri tərəfindən bütünlüklə idarə olunduğunu söyləmək üçün kifayət qədər əsas mövcud deyil. Bununla belə, İŞİD-ə qarşı döyüşməyə gedən xarici vətəndaşların bölgəyə səfərlərinə maneənin törədilməməsi, onların qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb edilməməsi, Qərb mediasının müsbət münasibəti kimi amillər onu deməyə əsas verir ki, Suriyaya rəsmi ordu çıxara bilməyən ABŞ və müttəfiq ölkələrindən könüllülərin bölgəyə gəlişi, faktiki olaraq, Qərbin maraqlarına cavab verir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

