Daha dərin böhran: yeni Ermənistan hökumətinin çətinlikləri
14.12.2016 [10:13]
Erməni mətbuatı ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmaqda davam etdiyini yazır. Ekspertlər vurğulayırlar ki, hökumətin aparmaq istədiyi islahatlar faktiki olaraq iflasa uğrayır. Onun çoxlu səbəbləri var. İqtisadçılar burada müxtəlif faktorların təsirindən bəhs edirlər. Həmin sırada inhisarçılıq və korrupsiya xüsusi yer tutur. Ermənistanda demək olar ki, bütün sahələrdə monopoliya mövcuddur. Hətta banan idxalına nəzarət edən konkret şəxslər də vardır. Bundan başqa, iqtidarın həyata keçirdiyi siyasət tam səmərəsizdir. İndi cəmiyyətdə ziddiyyətlər getdikcə artır. Baş nazir Karen Karapetyanın atdığı addımların da real vəziyyətə uyğun olmadığından danışılır. Bunların fonunda yeni hökumətin seçkiyə qədər istefaya gedə biləcəyi proqnozu verilir. Bir sözlə, Ermənistanda böhran yeni səviyyəyə yüksəlir.
Tələ: Sarkisyanın hökuməti çıxılmaza salması
Ermənistan Antiinhisar Komitəsinin sədri David Arutunyanın başına 2011-ci ildə oliqarxlardan birinin tapança dirəməsinə o zaman elə də reaksiya verilmədi. Serj Sarkisyan iqtidarı üçün adi hallardan olan bu hadisənin əsl mahiyyətini erməni cəmiyyəti indi anlamağa başlayıb. Çünki K.Karapetyanın başçılıq etdiyi yeni hökumət oliqarxların ciddi müqaviməti ilə üzləşib. Demək olar ki, bu hökumətin uğurlu olacağına inam heçə enib. Səbəblər isə kifayət qədərdir. Ermənistan ekspertləri və mütəxəssisləri bu barədə açıq danışırlar.
Hər şeydən əvvəl, mütəxəssislər statistik rəqəmlərə müraciət edirlər. Bütövlükdə Ermənistanda onsuz da çox zəif olan iqtisadi inkişaf bu il daha da aşağı düşüb. Nəzərdə tutulan 2,2%-lik artım belə şübhə doğurur. Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, bütün sahələr üzrə geriləmə gözlənilir, o cümlədən kənd təsərrüfatı sahəsində söhbət 7-8%-lik düşüşdən gedir (bax: Naira Ayrumən. Pravitelğstvo Karena Karapetəna vedut k otstavke? / “Lragir.am”, 22 noyabr 2016).
“Blumberq”ə müsahibə verən baş nazir K.Karapetyanın özü etiraf edib ki, ölkənin xarici borcu 5,8 milyard dollar təşkil edir. Bütövlükdə ümumi daxili məhsulun həcmi isə cəmi 10 milyard dollardır və borc ümumi daxili məhsula nisbətən sürətlə artır (bax: əvvəlki mənbəyə). İqtisadçı Vilen Xaçatryan isə daha maraqlı və konkret faktlardan bəhs edir. Onun dediyinə görə, “borc artımı indiyə qədər görünməmiş haldadır” (bax: Siranuş Papən. İz Armenii vıvodətsə investiüii / “Lragir.am”, 23 noyabr 2016).
Belə ki, yeni hökumətə qədər olan dövrdə hər ay borc artımı 50-60 milyon dram olubsa, indi bu rəqəm 108-110 milyon təşkil edir. Özü də 2017-ci ildə nəzərdə tutulan 27 milyard artıq vergi toplamaq proqnozu çətin ki, özünü doğrultsun. Çünki 2017-ci ilin büdcəsi yerinə yetirilməyən 2016-cı il büdcəsi əsasında tərtib olunubsa, o, qeyri-realdır (bax: əvvəlki mənbəyə).
Erməni mütəxəssis belə vəziyyətin yaranmasını ümumilikdə həyata keçirilən iqtisadi siyasətin əsassızlığı ilə izah edir. Burada bir neçə köklü səbəblər göstərir. Məsələn, aprel müharibəsində məğlub olma, ölkədə siyasi böhranın dərinləşməsi və iyul ayında İrəvanda baş verən üsyan buna nümunədir. Dövlət idarəetmə sistemində həyata keçirilən dəyişikliklər və Vergi Məcəlləsinə edilən yeniliklər də iqtisadi sistemi çökdürür (bax: əvvəlki mənbəyə).
V.Xaçatryanın sözlərinə görə, iddialı nazirlərin işdən uzaqlaşdırılmasına onlara yaxın dairələrin reaksiyası Ermənistanda sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Sərmayə qoyuluşu ilə bağlı irəli sürülən yeni şərtlər ziddiyyət yaradır. Həm dövlətin idarə edilməsində, həm də təsərrüfat sferasında acınacaqlı durum meydana çıxır. Çünki həmin sahədə çalışanlar nə etmək lazım olduğunu bilmir və “davranışlarında qeyri-müəyyənlik özünü göstərir” (bax: əvvəlki mənbəyə).
Digər tərəfdən, nazirlərin və bir sıra müəssisə rəhbərlərinin dəyişdirilməsi ölkədən kapital axınını sürətləndirə bilər. Onların güclü maliyyəyə sahib olduğu barədə məlumatlar vardır. V.Xaçatryan istisna etmir ki, artıq Ermənistandan müəyyən həcmdə maliyyə qanunsuz olaraq çıxarılıb (bax: əvvəlki mənbəyə). Bu aspektdə konstitusiyaya edilən dəyişikliklər də sərmayəçilərin qərarlarına ciddi təsir edə bilər. Onlar Ermənistana maraq göstərməzlər. İqtisadçının dediyinə görə, onların əksəriyyəti artıq ölkədən pullarını çıxarıblar. Maraqlıdır ki, həmin sərmayəçilər sırasında xaricilərlə yanaşı, Ermənistan vətəndaşları da az deyil.
Rəqəmlər və reallıq: yanlış proqnozların izi ilə uçuruma doğru
Bütün bunlara görə gələn il üçün 3,2%-lik artıma nail olmaq məqsədilə yaradılmış Sərmayə Fondu faktiki olaraq səmərəsiz olacaq. V.Xaçatryan bu kontekstdə vurğulayır: “Ən yaxşı halda əvvəlki mövqelərə qayıtmaqdan danışmaq olar. Bizdə sərmayə göstəricisi mənfidir, yəni bizdən daha çox sərmayə gedir, nəinki daxil olur. Və Ermənistana sərmayə qoymuş ölkələr onları çıxarmağa başlayırlar. Bunlara da borcun 410 milyon dram artacağını da əlavə etsək... vəziyyət aydın olar” (bax: əvvəlki mənbəyə).
Bir sıra erməni ekspertlər bütün bunları əvvəlcədən hazırlanmış plan üzrə fəaliyyətlə izah etməyə çalışırlar. Onların məntiqinə görə, ölkəni bürümüş korrupsiya şəbəkəsi işləri elə qurub ki, K.Karapetyan hökuməti uğur qazana bilməsin. Hətta prezident S.Sarkisyan islahatlarla bağlı bütün səlahiyyətləri baş nazirə verməklə onu tələyə salıb. Çünki S.Sarkisyanın özü korrupsiya şəbəkəsinin başında durur və K.Karapetyana öhdəsindən gələ bilməyəcəyi şeyləri tapşırır. Ölkədə müşahidə edilən iqtisadi tənəzzül və oliqarxların hələ də təsir gücünə malik olması bunun sübutudur.
Bu kontekstdə ekspertlər Ermənistana banan idxalında inhisarçılıq edən oliqarxın əməllərinə diqqət çəkirlər. Belə ki, bu günlərdə Gəlirlər üzrə Dövlət Komitəsi informasiya yayıb ki, Ermənistana bananların gətirilməsinə mane olmaq istəyən qrup zərərsizləşdirilib. Həmin qrup banan idxalı üzrə inhisarçı Miqran Poqosyanın adamlarından ibarətdir. Onlar silahlarla digər banan gətirənləri hədələyiblər. Gömrükdə yaranmış qarşıdurma İrəvandan kömək gələndən sonra aradan qaldırılıb (bax: Naira Ayrumən. Bananı: gkonomiçeskaə voyna obcəvlena? / “Lragir.am”, 22 noyabr 2016).
Ancaq bu, yalnız başlanğıcdır. Hökumət addımlarını atdıqca oliqarxların müqaviməti də güclənəcək. Belə bir vəziyyətin yaranması S.Sarkisyan iqtidarının ciddi problemlər içində olduğuna dəlalət edir. Artıq baş nazirə proseslərin hansı istiqamətdə inkişaf edə biləcəyi ilə bağlı suallar verilir. O cümlədən Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) daxil olmasının səhv addım olub-olmaması ilə əlaqədar soruşurlar. K.Karapetyanın cavabı isə bir qədər müəmmalıdır. O deyib ki, əgər ölkə bu ittifaqa daxil olmasaydı, başqa vəziyyət yarana bilərdi (bax: Akop Badalən. Karen Karapetən dal klassiçeskiy otvet / “Lragir.am”, 22 noyabr 2016). Bu, əslində, cavab deyil, başdan etməkdir. Əgər baş nazir hansısa fakt göstərib, onun əsasında müqayisə aparsaydı, konkret nəticə çıxarmaq olardı. Deməli, Ermənistanın yeni hökuməti də faktiki olaraq qeyri-müəyyən vəziyyətdədir. Bu səbəbdən onun seçkiyə qədər iflasa uğraması mümkündür.
Bütövlükdə götürdükdə, Ermənistanda daxili sosial-siyasi və iqtisadi böhranın daha da dərinləşdiyini demək olar. Yuxarıda aparılan müqayisələr açıq göstərir ki, burada hansısa konkret çıxış yolu tapıldığından söhbət gedə bilməz. S.Sarkisyan iqtidarının yaratdığı korrupsiya sistemi bütün müsbət cəhdləri məhv edir. Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı az deyil. Onun ilk əlaməti iyul ayında özünü göstərdi. Bundan sonra daha geniş və güclü çaxnaşmalar meydana gələ bilər. Ümumiyyətlə, qlobal miqyasda qeyri-müəyyənliyin və risklərin artdığı bir mərhələdə bu, kifayət qədər real variant təsiri bağışlayır. Çünki Ermənistan bütün regional layihələrdən kənarda qalıb. Onun təcrid vəziyyətindən çıxması üçün siyasətində köklü dəyişiklik etməsi, ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Bunlar olmasa, İrəvanın regional əməkdaşlıq prosesinə cəlb edilməsi imkansızdır.
Lakin hələlik İrəvanın bu istiqamətdə dəyişiklik etmək istəyi müşahidə edilmir. Ona Avrasiya İqtisadi İttifaqından əhəmiyyətli yardım ola biləcəyini gözləmək də əbəsdir. Çünki həmin təşkilata daxil olan ölkələrin hər birinin problemləri kifayət qədərdir. İndi Ermənistanda rəsmi dairələr vurğulayırlar ki, təşkilatın hesabına vergidən daha çox gəlir əldə edilir. Ancaq bu, ölkənin iqtisadi infrastrukturunda heç bir yenilik etmir. Ona görə də hansısa keyfiyyət dəyişikliyinə ümid etməyin əsası yoxdur. Ermənistan real olaraq daha dərin böhran vəziyyətinə doğru bir addım da atıb.
Newtimes.az
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

