Putin Türkiyədən istədiyini aldı
07.08.2009 [02:43]
Dünən Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə işgüzar səfəri baş tutub. Əvvəlcədən də xəbər verildiyi kimi, səfərin gündəliyinə “Mavi axın-2” təbii qaz kəmərinin tikilməsi və İsrailə qədər uzadılması, Samsun-Ceyhan boru kəməri, “Cənub axını” qaz kəmərinin Türkiyənin sahil sularından keçməsi, Tuz gölü ətrafında rus şirkəti tərəfindən təbii qaz anbarının tikilməsi, Rusiya gömrüyündə Türkiyə şirkətlərinə aid yük maşınlarına tətbiq olunan sərt nəzarətin yumşaldılması və s. məsələlər daxil olub. Hava limanındakı qarşılanmadan dərhal sonra Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Danışıqlardan sonra Türkiyə və Rusiya baş nazirləri 10-dan çox sənədə imza atıblar. Həmçinin, Ankara ilə Moskva Rusiya neftinin ixracını nəzərdə tutan və gündə 1,5 milyon barel gücü olan Samsun-Ceyhan kəmərinin tikintisi ilə bağlı da ilkin razılıq əldə ediblər. Bununla yanaşı, tərəflər, “Cənub axını” qaz kəməri layihəsi ilə bağlı danışıqları davam etdirəcək.
Qeyd edək ki, dünən İtaliyanın baş naziri Silvio Berluskoni də Ankaraya səfər edərək Ərdoğanla və Putinlə görüşlərə qatılıb. Putin, Ərdoğan və Berluskoni “Cənub axını” layihəsi ilə bağlı üçtərəfli sənəd imzalayıblar.
Bu qaz kəməri Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Bolqarıstan və Avropanın digər dövlətlərinə qədər uzadılmalıdır. “Cənub axını” kəməri Rusiyaya öz qazını Ukraynadan yan ötməklə Bolqarıstana çatdırmaq imkanı verəcək. Lakin burada ortaya bir problem də çıxa bilər. Daha doğrusu, Ukrayna kəmərin Qara dənizin ona aid hissəsindən çəkilməsinə razılıq verməyə bilər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Rusiya baş naziri Vladimir Putin Türkiyə-Rusiya ortaq protokolunu imzaladıqdan sonra birgə brifinq keçiriblər. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan çıxışında deyib ki, Rusiya ilə qarşılıqlı anlayışla gündən-günə inkişaf edən münasibətlərinin daha da güclənməsi Türkiyənin xarici siyasətinin əsas hədəfləri arasındadır. Baş nazir Rusiya ilə aralarında olan ticarət və iqtisadi əməkdaşlığın inkişafından məmnun qaldıqlarını söyləyib: “Rusiya Türkiyənin birinci, Türkiyə isə Rusiyanın 5-ci ticarət ortağıdır. Münasibətlərimiz siyasi sahədə, əsgəri, iqtisadi və mədəni sahələrdə fərqlilik göstərməyə başlayıb”.
R.T.Ərdoğan deyib ki, Rusiya baş naziri ilə aralarında keçirilən görüşdə əsas önəmli mövzulardan biri enerji məsələsi olub: “Bu sahədəki münasibətlərimizin qarşılıqlı anlayış və etibarlı təməldə davam etməsini arzulayırıq. İstər qaz, istər neft, nüvə enerjisi mövzusunda 3 ana layihə planlaşdırdıq. Bundan sonrakı müddətdə bu addımları zənginləşdirəcəyik. Biz protokolları imzaladıq. İmzaladığımız protokolu Rusiyadan təbii qaz almağımıza şərait yaradan və 2011-ci ildə bitməsi nəzərdə tutulan sazişin yenilənməsidir. Enerji sahəsində Türkiyə ilə atom enerjisi qurumu olan RUSATOM arasında iki anlaşma da imzalamışıq.
Baş nazir deyib ki, iki ölkə arasında həmçinin mədəni mübadilə proqramı da imzalanıb. Ərdoğan iki ölkə arasında çox böyük işbirliyini koordinasiya etmək üçün hökumətlər arasında mütəmadi görüş keçirilməsi barədə qərar verdiklərini açıqlayıb. Onun sözlərinə görə, bunun reallaşması istiqamətində ilk görüşün gələn ilin əvvəlində Rusiyada baş tutması planlaşdırılıb. Türkiyə baş naziri daha sonra deyib ki, onun tərəfindən bir türk-rus kolleci, bir Türk-Rus Universiteti yaratmaq təklifi də irəli sürülüb. O, bu təklifin reallaşması istiqamətində yaxınlarda addım atacaqlarını qeyd edib. Rusiyanın baş naziri Vladimir Putin isə çıxışında deyib ki, keçirilən görüşlərdə Rusiya və Türkiyə arasında enerji sahəsindəki işbirliyinin daha da dərinləşməsinin vacibliyi vurğulanıb: “Enerji sahəsində xüsusilə “Cənub axını”, “Mavi axın” layihələri mühüm rol oynayır. “Cənub axını” layihəsi çox əhəmiyyətlidir. Biz böyük layihələrlə bağlı razılığa gəldik”.
V.Putin jurnalistlərin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı müzakirələr aparmalarına dair sualına cavab olaraq deyib ki, hazırda problemin həlli ilə bağlı danışıqlara Rusiya prezidenti Dmitri Medvedev qatılır: “Rusiya prezidenti bu problemin həlli üçün görüşlər keçirir, əhəmiyyətli çalışmalar aparılır. Rusiya bu problemin həllini istəyir. Biz Qafqazda münaqişənin olmasının tərəfdarı deyilik. çünki belə münaqişələr bölgə ölkələri ilə əlaqələrimizə mənfi təsir edir. Bu problemin həlli ilə bağlı razılaşmanın əldə olunması mümkündür”.
Xatırladaq ki, dünən prezident Abdullah Gül də Rusiya nümayəndə heyətini çankaya Köşkündə qəbul edib.
Xəbər lenti
Hamısına baxSiyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05

