Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ermənistanda ictimai etiraz dalğası böyüyür

Ermənistanda ictimai etiraz dalğası böyüyür

13.01.2018 [01:07]

Ermənistanda siyasi böhran dərinləşir. İctimai fəallara və siyasi müxaliflərə qarşı repressiyaların artması Sarkisyan hakimiyyəti ilə xalq arasında ziddiyyətləri daha da artırıb. “Armenia Today” saytı məlumat verir ki, 2016-cı ilin iyulunda baş vermiş silahlı qiyamla bağlı həbs olunanlara qarşı təzyiqlərin artması cəmiyyətdə ciddi narazılıqla qarşılanıb. İrəvanda mərkəzi prospekti bağlamağa cəhd edən bir qrup vətəndaşın qarşısı alınarkən polis etirazçılara qarşı zorakılığa yol verib.
Ermənistan mediası yazır ki, məhbusların saxlandığı Nubaraşen təcridxanasında zorakılıqlara yol verilməsinə dair çoxsaylı faktlar mövcud olsa da, bu hüquq pozuntuları ilə bağlı Baş Prokurorluq hər hansı bir tədbir görmür. Hətta məhbusların aclıq aksiyasına başlaması ictimai fəalların Sarkisyan hakimiyyətinə qarşı etirazlarının şiddətlənməsinə təkan verib. Görünən isə odur ki, növbəti siyasi böhranla qarşı-qarşıya olan Ermənistanda ictimai etiraz dalğası böyüyür.

Paylaş:
Baxılıb: 1296 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31