Rusiya İrandan imtina edir?
30.09.2009 [15:39]
Barak Obamanın ABŞ prezidenti seçilməsindən sonra bu ölkənin xarici siyasət kursunda radikal dəyişikliklər müşahidə edilməkdədir. Bu dəyişikliklər ənənəvi “düşmən”lərlə münasibətlərdə özünü daha qabarıq göstərir. O cümlədən, Rusiya ilə əlaqələrdə meydana çıxmış yeni istiləşmə meyilləri müasir dünyanın ən çox müzakirə olunan siyasi mövzularındandır. Bu meyilləri davamlı qorumaq və inkişaf etdirmək üçün isə tərəflərin qarşılıqlı güzəştlər etmək niyyətləri təqdirəlayiqdir. Son olaraq, Vaşinqton uzun müddətdir gündəmində saxladığı və Kremlin kəskin etirazına səbəb olan Şərqi Avropada raket əleyhinə müdafiə sistemini quraşdırmaq planından imtina edərək qarşı tərəfə anlamlı bir jest etdi. Vaşinqtonun bu jestinə qarşı Rusiyanın hansı məsələ ətrafında güzəştə gedəcəyi maraqla gözlənilirdi. Rusiya prezidenti Dmitri Medvedevin BMT Baş Assambleyasının iclasındakı çıxışı Kremlin güzəştinin nədən ibarət olacağını göstərdi. Rusiya bir sıra məsələlərdə əməkdaşlıq etdiyi, Qərbə qarşı mübarizədə yanında yer alan İranı müdafiə etməkdən geri çəkilirdi. Aydın oldu ki, ABŞ-ın raket jestinə qarşı Rusiya İran məsələsində güzəştə hazırlaşır.
Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedev İranla bağlı məsələdə ABŞ-ın mövqeyini dəstəkləyib. O, bildirib ki, İran nüvə proqramı ilə əlaqədar beynəlxalq cəmiyyətə meydan oxuyacağı təqdirdə bu ölkəyə müəyyən sanksiyalar tətbiq ediləcək: “Sanksiyalarla nadir hallarda nəticələr əldə edilir, ancaq bəzi hallarda sanksiyaların tətbiqi də qaçılmazdır. İranın müsbət qərar qəbul etməsinə kömək etməliyik”.
Təbii ki, Medvedevin bu açıqlaması Tehran rəsmiləri tərəfindən heç də xoş qarşılanmayacaq. Hətta, beynəlxalq ictimaiyyətin səsləndirdiyi bəyanatlara vaxtında və daha kəskin cavab verməkdə gecikməyən Tehranın rəsmi dairələri müttəfiqlərinin daha çox siyasi anlam kəsb edən bu bəyanatına cavab vermək üçün elə də çox gözləməyəcək. Kremlin bu davranışının Rusiya-İran ittifaqını sarsıdacağı şübhəsizdir. Amma Moskvanın Qərb təhlükəsinə qarşı daim bir yerdə mübarizə apardığı, Yaxın Şərqdə və İraqda mövcudluğunu qoruyub saxlamaq üçün potensialından yararlandığı İrandan imtina edib-etməyəcəyi böyük bir sual olaraq ortada qalır.
Məsələyə münasibət öyrənmək üçün müraciət etdiyimiz siyasi ekspertlərin rəyləri isə fərqli oldu. Politoloq Vəfa Quluzadə dedi ki, beynəlxalq maliyyə böhranı Rusiyanın nə vəziyyətdə olduğunu bu ölkənin rəhbərliyinə açıq-aşkar göstərdi: “Rusiyanın neft dollarlarının hamısını böhran yandırdı. Artıq Rusiyanın nə öz ordusunu inkişaf etdirməyə, nə də nüvə silahlarını yenidən islah etməyə, gücləndirməyə imkanı var. üstəlik, bu beynəlxalq iqtisadi böhran dövlət iqtisadiyyatını da əməlli - başlı çökdürdü. Ona görə də Kreml rəhbərliyi öz siyasətini dəyişdirməyə məcburdur. Moskva artıq başa düşür ki, ABŞ-a qarşı “rəqib” münasibəti bəsləmək Rusiyanın özünə ziyandır və bu ölkəni dağıdır. Bir dəfə Sovet İttifaqı ABŞ-la silah yarışına girişdi və nəticədə bu ittifaq dağıldı. İndi təzədən Rusiyanın ABŞ-la silah yarışına girişməsi federasiyanı da tez bir zamanda süquta uğrada bilər”.
Vəfa Quluzadə hesab edir ki, bu gün ABŞ-la əməkdaşlıq etmək onunla rəqib olmaqdan daha sərfəlidir. O cümlədən, ABŞ əleyhinə İranla birləşmək məqbul sayıla bilməz: “Ona görə də Rusiya ABŞ-ın xeyrinə İrandan imtina edir. ABŞ-ın imkanları olduqca genişdir və bu ölkə ilə əməkdaşlıq Rusiyaya çox şey qazandıra bilər. Ən əsası, dünyada neftin qiymətləri ABŞ-dan asılıdır. Amerika bəyan etsə ki, neft ehtiyatları tamamilə dolub, neftin qiymətləri 20 dollara düşəcək. Bu da iqtisadiyyatı neftdən asılı olan Rusiyanı böyük bir təhlükə ilə üz-üzə qoyacaq. Görünür bu məsələ Obama - Medvedev görüşündə həll olunub. Ona görə də neftin qiyməti artıq 70 dollar civarındadır. Bir sözlə, Rusiyanın ABŞ-ın tərəfinə keçməsi tamamilə qanunauyğunluqdur və bu ölkənin milli maraqlarına cavab verir”.
Politoloq, həmçinin, vurğuladı ki, ABŞ İrana yeni embarqolar tətbiq etməyə hazırlaşır. Bu embarqolarda Rusiya da iştirak edəcək.
Politoloq Rasim Musabəyov isə hesab edir ki, Moskva rəhbərliyinin İran probleminə yanaşmasında ardıcıllıq yoxdur. Yəni bir tərəfdən Rusiya prezidenti Dmitri Medvedev İranın nüvə silahının istehsalından imtina etməsinin vacibliyini vurğulayır, Tehranı beynəlxalq ictimaiyyətlə daha yaxından əməkdaşlıq etməyə çağırır, hətta İranı sanksiyalarla hədələyir, digər tərəfdən özü Tehranla əməkdaşlıqdan imtina etmir: “Diqqət edirsinizsə, prezident Dmitri Medvedev də çıxışında dedi ki, İrana sanksiya tətbiq oluna bilər. Ancaq bu “ola bilər”lə “olmalıdır” arasında kifayət qədər ciddi fərqlər var. Elə sonrakı addımlar da buna işarədir. Nüvə silahının yayılması ilə bağlı qətnamə qəbul olunarkən bilavasitə Rusiyanın və çinin təkidi ilə İranın adı sənəddən çıxarıldı. Digər tərəfdən, Rusiya İrana hərbi sursat satışından da imtina etmir. Bu isə Kremlin İran məsələsinə yanaşmasında ikibaşlı münasibətini ortaya qoyur. Ona görə də mən hesab edirəm ki, Moskva rəsmilərinin BMT tribunasından Tehran əleyhinə səsləndirdiyi bəyanatlar sadəcə diplomatik xarakter daşıyır”.
Rasim Musabəyovun fikrincə, Rusiya İran probleminin tez bir zamanda həllində maraqlı deyil. Hətta müəyyən mənada Moskva İranla bağlı gərginliyin davam etməsində maraqlıdır.
AQŞİN
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

