Ermənistanda həyat iflic vəziyyətindədir
03.05.2018 [09:38]
Baş nazir seçilə bilməyən Paşinyanın çağırışı ilə işğalçı ölkəni tətil bürüyüb
İşğalçı Ermənistanda gərginlik səngimir. Əksinə ötən hər gün ərzində ölkə vətəndaş müharibəsinə bir qədər də yaxınlaşır. Məlum olduğu kimi, Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək üçün keçirdiyi xüsusi iclas nəticəsiz başa çatıb. Bunun ardınca isə “Vətəndaş sazişi” cəbhəsi ölkədə tətil elan edib. Güc strukturları isə hazır vəziyyətə gətirilib. Şəhərə xeyli sayda polis qüvvəsi və texnika cəlb olunub.
Ümumiyyətlə isə artıq 20 gündür ki, Ermənistanda vəziyyət gərgindir. Sosial problemlərin həlli tələbi ilə başlayan itaətsizlik aksiyaları siyasi prosesə çevrilib. Serj Sarkisyanın baş nazir və Respublika Partiyasının rəhbəri vəzifəsindən istefası da sabitlik yaratmayıb. Mayın 2-də ölkədə tətil elan olunub. “Vətəndaş sazişi” cəbhəsinə başçılıq edən Nikol Paşinyan hər kəsi küçələrə çıxmağa səsləyib. O, tərəfdarlarına ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağı tapşırıb. Öncə Paşinyan baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edərək onları da tətilə qoşulmağa çağırmışdı. O bildirmişdi ki, Serj Sarkisyan və Robert Köçəryan qruplaşması hakimiyyəti qaytarmaq üçün yeni planlar hazırlayırlar. Onun sözlərinə görə, Serj Sarkisyanın aprelin 30-u gecə keçirdiyi müşavirədə Respublika Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib.
Mayın 1-də isə parlamentin xüsusi iclası kifayət qədər gərgin keçib. Deputatlar Nikol Paşinyana müxtəlif mövzularda çoxlu suallar ünvanlayıblar. Respublika Partiyasının nümayəndələri bildiriblər ki, Nikol Paşinyan baş nazir ola bilməz. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı suallara doğru-düzgün cavab verə bilmir. Hakim partiyadan olan deputatlar qeyd ediblər ki, baş nazir kim olursa olsun, ultimatumlarla danışmaq olmaz, qarşılıqlı addımlar atılmalıdır. Paşinyan həmçinin ehtimal edilən hökumətində vacib postlara, o cümlədən baş nazirin müavinləri və müdafiə naziri postlarına namizədlərin adlarını çəkməyib.
Deputat Arman Saqatelyan isə 2001-ci ildə “Haykakan Jamanak” qəzetində Nikol Paşinyana məxsus yazıdan sitatlar səsləndirib və baş nazir postuna namizədə qarşı ittihamlar irəli sürüb. Bunun ardından Paşinyan “facebook” səhifəsində açıqlama verərək bildirib ki, o, həmin məqalədə hökuməti ifşa edib. “Orada belə yazılıb. Bu hakimiyyət torpaq oğrusudur”.
Mayın 1-də gündüz saat 12-dən başlayan iclas axşam 9-da yekunlaşıb. Ermənistan parlamentinin ölkənin yeni baş nazirini seçmək üçün keçirdiyi xüsusi iclas nəticəsiz başa çatıb. Baş nazir vəzifəsinə yeganə namizəd Nikol Paşinyan olub. “Yelk”, “Sarukyan” və “Daşnaksutyun” fraksiyaları onu dəstəkləsələr də, bu, baş nazir olması üçün kifayət etməyib. Paşinyanın lehinə lazım olan 53 səsdən cəmi 45-i verilib. Bundan sonra isə Paşinyan tərəfdarlarını küçələrə çıxmağa səsləyib. Etirazçılar dəstəklədikləri şəxs qələbə çalanadək mitinq keçirməyə hazır olduqlarını bildiriblər. Paşinyanın tərəfdarları artıq səhər saatlarından İrəvan yollarını bağlamağa başlayıblar. “Zvartnots” aeroportunun əməkdaşları tətil elan etdiklərindən yüzlərlə adam hava limanında qalıb. Uçuşların nə zaman bərpa olunacağı haqqında isə məlumat verilmir. Aeroport rəhbərliyinin xəbərdarlıqları da nəticəsiz qalıb. Uçuş heyəti tətili davam etdirəcəklərini bildiriblər. “Zvartnots” aeroportuna gedən yollar da bağlıdır. Polis nümayişçilərdən yolu açmağı tələb edir. Metro işçiləri də tətil elan etdiyindən bu ictimai nəqliyyat vasitəsi fəaliyyətini dayandırıb. Etirazçılar stansiyaların çıxışında dayanaraq gediş-gəlişə maneə yaradırlar.
Tətilə Ermənistanın əyalətləri də qoşulub. Armavirdə sakinlər dəmir yolu xəttinin qarşısını kəsərək qatarların hərəkətinin dayandırılmasını tələb ediblər. “Vətəndaş sazişi” cəbhəsinin mətbuat katibi Tiqran Avinyan bildirib ki, onlar mütləq Nikol Paşinyanın baş nazir postuna namizədliyini yenidən irəli sürəcəklər. Onun sözlərinə görə, xalq hərəkatı artıq uğur qazanıb, sadəcə, bu nailiyyəti bir həftədən sonra hüquqi olaraq təsdiqləmək gərəkdir. Xatırladaq ki, bu dəfə də baş nazir seçilməsə, Ermənistan qanunvericiliyinə görə, 30-45 gün ərzində ölkə prezidenti parlamenti buraxmalı və növbədənkənar parlament seçkiləri təyin edilməlidir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

