Ermənistanda növbəti qarşıdurma gözlənilir
15.05.2018 [08:59]
Yaxud Paşinyanın Sarkisyanla bağlı son fikirləri “məxməri inqilab” tərəfdarlarını qəzəbləndirib
Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Xəbər verildiyi kimi İrəvanda vətəndaşlar şəhər merinin istefası tələbi ilə küçələrə çıxıblar.
Artıq 4-cü gündür ki, etirazçılar İrəvan merini istefaya çağırırlar. Jurnalistlərə müsahibəsində Taron Markaryan tutduğu postu tərk etmək niyyətində olmadığını açıqlayıb. Bu da narazılığı daha da artırıb. Narazı vətəndaşlar Markaryanı şəhər büdcəsini talamaqda günahlandırırlar.
Bildirilir ki, son bir ildə o, 220 milyon drama yaxın vəsait mənimsəyib. Bu pullar şəhərin infrastrukturunun yenilənməsinə sərf olunmalı idi. Etirazçılar qeyd edirlər ki, İrəvan meriyası Ermənistanda ən korrupsiyalaşmış dövlət qurumlarındandır. Bir qrup gəncin sözlərinə görə, Taron Markaryanı ifşa etdikləri üçün döyülüblər. Onlar mayın 11-i keçirilən aksiyadan qayıtdıqları zaman naməlum şəxslərin hücumuna məruz qalıblar. Zərərçəkənlərdən Ambarçum Muradyan bildirir ki, onların istefa tələbi Taron Markaryanı qəzəbləndirib. Polis isə gənclərə onları döyən şəxsləri tapmaqda köməklik göstərmir.
Göründüyü kimi, Ermənistanda hakimiyyət sistemini iflic edən “məxməri inqilab” belə vəziyyəti dəyişməyib. Artıq bir həftədir baş nazir olan Nikol Paşinyan dəfələrlə hazırkı vəziyyəti keçid dövrü kimi səciyyələndirib.
Yaranmış vəziyyətlə bağlı fikrini bildirən politoloq Aleksandr İskandaryan deyib ki, növbədənkənar parlament seçkilərinə kimi etiraz eyforiyası keçə və Nikol Paşinyanın populyarlığı azala bilər. Üstəlik Nikol Paşinyan parlament çoxluğunu əlində saxlayan hakim Respublika Partiyasına qarşı hələ də sərt addımlar atmayıb. Onun sözlərinə görə, “məxməri inqilab”ın hədəflərinə çatmaq üçün çevik və qərarlı addımlar atılmalıdır - əks təqdirdə “antiməxməri inqilab” təhlükəsi baş qaldıra bilər. Yeni baş nazirin açıqlamasına görə, o, siyasi rəqiblərinə qarşı təqiblərə yol verməyəcək.
Yeri gəlmişkən Nikol Paşinyan sələfinin müqəddəratı barədə sualı cavablandırarkən deyib ki, Serj Sarkisyan yaşadığı iqamətgahı saxlaya bilər və ona dair nəzərdə tutulan güzəştlər qüvvədə qalmaqdadır. Paşinyanı dəstəkləyənləri narazı salan da bu məqamlardır. Ermənistan vətəndaşları 20 ilə yaxındır ölkəni talayan klanın buna görə cəzalandırılmasını gözləyir. 4 həftəyə yaxındır davam edən etirazların məqsədi də elə bu idi...
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49

