Serj Sarkisyanın gülünc iddiaları erməni əhalisi tərəfindən ironiya ilə qarşılanır
20.11.2018 [09:10]
İşğalçı ölkənin əhalisi başa düşür ki, onların ən böyük düşməni elə Serj Sarkisyan rejimidir
Məlum olduğu kimi, dekabr ayının 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkidə iştirak etmək istəyən partiya və bloklar namizəd siyahılarını seçki komissiyasına təqdim edib. Bu siyasi qüvvələr arasında “Daşnaksutyun” Erməni İnqilabi Federasiyası, “Mənim addımım” bloku (özəyini N.Paşinyanın rəhbəri olduğu “Vətəndaş sazişi” partiyası təşkil edir), habelə “Çiçəklənən Ermənistan” və “Qanunçuluq ölkəsi” (“Orinats Yerkir”) partiyaları da var. Eks-prezident Levon Ter-Petrosyanın lideri olduğu Milli Konqres Partiyası isə seçkiləri boykot edib. “Sasuna Tsrer” terror təşkilatının siyasi partiya kimi seçkilərdə iştirak niyyəti isə təhlükəli tendensiyadan xəbər verir. Serj Sarkisyanın liderliyindən əl çəkmədiyi Respublikaçı Partiyasının seçkilərdə iştirakı da işğalçı ölkədə müzakirə mövzusudur.
Bu dəfə yeni statusda və formada növbədənkənar seçkilərdə iştirak edən partiyanın liderləri artıq özlərinə rol da seçiblər: parlamentdəki əsas müxalifət qüvvəsi. Dünyanın heç bir yerində özünə hörmət edən siyasi partiya və ya blok hələ seçki baş tutmamış belə bir statusa iddialı olması barədə bəyanatla çıxış etməz. Amma görünür, terrorçu təşkilatın seçkidə iştirak etdiyi Ermənistanda bu da mümkündür və S.Sarkisyanın sədri olduğu partiya indiki şəraitdə bunu da məqbul hesab edir. Yəqin ki, birdəfəlik siyasi səhnədən silinməkdənsə, heç olmasa müxalifət rolunda çıxış etmək “respublikaçılar” üçün ən yaxşı variantdır.
Bununla yanaşı, hakimiyyətdən biabırçı şəkildə uzaqlaşdırılmış Serj Sarkisyanın bu günlərdə bəyanatla çıxış edərək Dağlıq Qarabağ məsələsində radikal mövqe nümayiş etdirmək istəməsi də cəmiyyətdə ikrahla qarşılanıb. Onun bu açıqlamaları yerli kütləvi informasiya vasitələrində və Ermənistanın ictimai-siyasi dairələrində qeyri-ciddi qəbul edilib.
Bu bəyanata dərhal reaksiya verən Ermənistan KİV-də onun hakimiyyətdən getməsinin əsas səbəbləri sırasında bunlar da sadalanıb: “Serj Sarkisyan Ermənistanda yeganə liderdir ki, onun prezidentliyi dövründə Ermənistan tərəfi ərazi itirib və dördgünlük aprel müharibəsi döyüş hazırlığının həddindən artıq zəif olması baxımından Ermənistan ordusunun biabırçı vəziyyətini ortaya qoyub”. Mətbuatın yazdığına görə, Dağlıq Qarabağ məsələsində radikal mövqedən çıxış edən Respublikaçı Partiyası əməllərində səmimi olmayıb, arxa cəbhə həmişə dayanıqsız olub, Ermənistanın təhlükəsizliyi zəifləyib. Məsələyə münasibət bildirən erməni ekspertlərin qənaətinə görə, bunun səbəbi Serj Sarkisyan hakimiyyətinin Ermənistanı talan obyektinə çevirməsi olub, getdikcə nüfuzunu itirdiyinə görə keçirilən bütün seçkiləri də saxtalaşdırmağa məcbur qalıb.
Digər tərəfdən, erməni mediası yazır ki, Serj Sarkisyan və onun ətrafı Dağlıq Qarabağ və təhlükəsizlik məsələlərindən həmişə alət kimi istifadə edib və 2016-cı il məğlubiyyətindən sonra hakimiyyətdən imtina etmək və ya ən azından, orduda geniş modernləşdirmə işləri aparmaq əvəzinə zabitlər və əsgərlərin adının arxasında gizlənməyə çalışıb. Mütəxəssislərin qənaətinə görə, Serj Sarkisyan hərbi xunta rejiminin rəhbəri olaraq səhra komandiri təfəkküründən kənara çıxa bilməyib, daim müharibə xofu aşılamaqla erməni ictimaiyyətini qorxutmaq üçün manipulyasiya ilə məşğul olub. Həmin şakərindən əl çəkməyən sabiq prezident S.Sarkisyan 9 dekabr seçkilərinə sayılı günlər qaldığı şəraitdə də lideri olduğu “respublikaçı”lara səs qazandırmaq üçün köhnə metodlara əl atır.
Lakin indiki şəraitdə artıq bu qəbildən olan manipulyasiyalarla əhalinin dəstəyini almaq o qədər real görünmür. Çünki artıq erməni xalqı başa düşüb ki, onların ən böyük düşməni Serj Sarkisyan rejimidir. Ona görə də işğalçı xunta rejiminin sabiq liderinin Respublikaçı Partiyası bu dəfə aprel məğlubiyyətindən sonra müdafiə naziri təyin olunan V.Sarkisyanın rəhbərliyi altında seçkilərə getsə də, onun ciddi uğur qazanması qeyri-mümkündür.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

