Batumi konfransı işini yekunlaşdırdı
16.01.2010 [08:33]
Yanvarın 14-də Gürcüstanın Batumi şəhərində keçirilən enerji məsələləri üzrə konfransda da bölgənin inkişafına dair məsələlər müzakirə olub. Konfranda 11 ölkənin nümayəndə heyəti, Avropa Komissiyası nümayəndəliyinin rəhbəri Her Eklund iştirak edib. ölkəmiz konfransda Baş nazir Artur Rasizadənın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
Gürcüstanın Baş naziri Nikoloz Gilauri konfransda çıxış edərək, belə bir tədbirin Batumidə keçirilməsinin bölgədə böyük layihələrin reallaşdırılmasında Gürcüstanın mühüm rol oynadığına sübut olduğunu önə çəkib. Baş nazir Gürcüstanı Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazara nəqlində etibarlı tərəfdaşı adlandırıb: “Bunu Gürcüstanın Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələrə qoşulması təsdiq edir. Batumi konfransında bir sıra mühüm məsələlər müzakirə olunacaq. Əminəm ki, konfransın iştirakçılarının diskussiyalarda fəallığı səmərəli nəticə verəcək. Enerji təhlükəsizliyi məsələsində Avropa İttifaqı səylərini artırmalıdır. Gürcüstan enerji təminatı ilə bağlı çətin vəziyyətdə qalanda Azərbaycan dostluq köməyini əsirgəmədi, bizi təhlükədən xilas etdi. Buna görə də, Azərbaycan Respublikasının rəhbərliyinə gürcü xalqının minnətdarlığını bildiririk”.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizin Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına xoş arzularını çatdırıb. Konfransın dünya iqtisadiyyatının qlobal böhranla üzləşdiyi bir şəraitdə keçirildiyini bildirən A.Rasizadə böhranın sənayenin aparıcı sahələrinə, o cümlədən, energetika kompleksinə də təsir göstərdiyini qeyd edib. Baş nazir istehsalçı, tranzit və istehlakçı ölkələrin enerji siyasətinin uzlaşdırılmasının vacibliyini qeyd edib və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. A.Rasizadə diqqətə çatdırıb ki, 2009-cu ildə Azərbaycanda 51 milyon tondan çox neft və 23,7 milyard kubmetr qaz hasil edilib: “2010-cu ildə 52,5 milyon ton neft və 28,5 milyard kubmetr qaz çıxarılması nəzərdə tutulur. Azərbaycanın təbii qaz yataqlarının təsdiqlənən ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çoxdur, lakin biz bu rəqəmin xeyli artıq olduğunu güman edirik”. Baş nazir qeyd edib ki, Azərbaycan Türkiyəyə, Gürcüstana, Rusiyaya və İrana neft və qaz ixrac edir.
Azərbaycanın çoxşaxəli nəql infrastrukturuna malik olduğunu vurğulayan A.Rasizadə bildirib ki, region və dünya bazarlarının enerji ehtiyatları ilə təchiz edilməsi sahəsində ölkəmizin təcrübəsi beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi üçün güclü potensial yaradır. Bununla əlaqədar biz Avropa ölkələri, Azərbaycan, Gürcüstan, Türkiyə, Mərkəzi Asiya və Yaxın Şərq ölkələri arasında qarşılıqlı faydalı tərəfdaşlığın təmin edilməsi üçün “Cənub dəhlizi” layihəsinin həyata keçirilməsi təşəbbüslərini və müvafiq tədbirləri yüksək qiymətləndiririk.
Baş nazir qeyd edib ki, Azərbaycan öz təbii qazının Gürcüstandan keçməklə, Qara dənizin dibi ilə Bolqarıstana, Rumıniyaya, Ukraynaya, Şərqi və Mərkəzi Avropa ölkələrinə nəqli marşrutları ilə bağlı məsələləri də tərəfdaşlarla müzakirə etməyə hazırdır. Bunun üçün enerji ehtiyatlarının həmin istiqamətlər üzrə nəqlinin iqtisadi və kommersiya baxımından səmərəliliyi hərtərəfli araşdırılmalıdır.
Konfransda digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri də çıxış edərək enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bildiriblər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30

