Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Ukraynaya müharibədə dəyən ziyanın məbləği açıqlanıb

Ukraynaya müharibədə dəyən ziyanın məbləği açıqlanıb

29.03.2022 [14:59]

Rusiyanın apardığı hərbi əməliyyatlar nəticəsində Ukraynaya dəyən maddi ziyanın məbləği 1 trilyon dollardan çoxdur.

“Report” “İnterfax-Ukraine”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

Baş nazirin dediyinə görə, təkcə ölkə infrastrukturuna 120 milyard dollar ziyan dəyib: “Hərbi infrastruktur da nəzərə alınsa, ziyan 270 milyard dollardan çoxdur”.

Hökumət başçısı müharibə nəticəsində ölkə iqtisadiyyatının itkilərinin, yəni qoyulmayan sərmayələr, əldə edilməyən mənfəət kimi ziyanın 290 milyard dollardan çox olduğunu söyləyib.

Müharibə ucbatından Ukraynada ÜDM-in illik 35 faiz azaldığı diqqətə çatdırılıb.

Rəsmi məlumata görə, Ukraynada ÜDM 2020-ci ildə 3,8 faiz azaldıqdan sonra 2021-ci ildə 3,4 faiz artaraq 200 milyard dollara yaxındır.

Paylaş:
Baxılıb: 1221 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31