Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Bayden: “Çin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ hərbi müdaxilə edəcək”

Bayden: “Çin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ hərbi müdaxilə edəcək”

23.05.2022 [10:55]

ABŞ ehtiyac yaranarsa, Tayvanı hərbi yolla müdafiə etməyə hazırdır.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Yaponiya Baş naziri Fumio Kişida ilə Tokioda keçirdiyi birgə mətbuat konfransında deyib.

Bayden Çinin Tayvanı işğal edəcəyi təqdirdə ABŞ-ın hərbi müdaxilə edəcəyini vurğulayıb. O, özünü idarə edən adanın qorunması öhdəliyinin daha da gücləndiyini bildirib.

O, Çinin Tayvan sərhədinə yaxın uçuşlar həyata keçirməklə təhlükə ilə oynadığını qeyd edib.

Bayden adanın statusunun güc yolu ilə dəyişdirilməsi ideyasının yersiz olduğunu və bunun Ukraynadakına bənzər vəziyyətə səbəb ola biləcəyini diqqətə çatdırıb.

Paylaş:
Baxılıb: 948 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31