Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Rusiyada hərbi xidmət müddətinin 2 ilə qədər uzadılması təklif olunur

Rusiyada hərbi xidmət müddətinin 2 ilə qədər uzadılması təklif olunur

03.11.2022 [14:39]

Rusiya Silahlı Qüvvələrində hərbi xidmət müddətinin 2 ilə qədər uzadılması təşəbbüsü ilə əlaqədar olaraq məsləhətləşmələr planlaşdırılıb və çox güman ki, bu təklif dəstəklənəcək.

RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondaryov bildirib.

Xatırladaq ki, buna bənzər təşəbbüslə bu ilin oktyabr ayının ortasında senator Vladimir Cabarov çıxış edib. Onun fikrincə, bu yanaşma daha da çox effektli olacaq. Belə ki, çağırışçıya (hərbi xidmətə çağırılan şəxsə) 1 il ərzində hər şeyi öyrətmək çətin olacaq.

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet də noyabrın əvvəlində analoji fikir irəli sürüb və deyib: “Hazırkı format əsgərin keyfiyyətli hazırlığını dəstəkləmir”. Deputat həmçinin əlavə edib ki, hərbi xidmət müddətinin uzadılması ordunun döyüş hazırlığı səviyyəsini tez bir zamanda yüksəltməyə şərait yaradacaq.

Paylaş:
Baxılıb: 778 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30