Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aİ Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib

Aİ Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib

20.05.2023 [21:46]

Avropa İttifaqı Rusiyaya qarşı məhdudiyyətlərdən yayınan 90 kompaniyanı 11-ci sanksiya paketinə daxil edib. Onlardan səkkizi Çində qeydiyyatdan keçib.

Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bu barədə ZDF telekanalının efirində bildirib.

“Biz sanksiyalardan yayınmaların qarşısını qətiyyətlə almaq niyyətindəyik. Bu səbəbdən 11-ci sanksiya paketinə Avropa İttifaqından üçüncü ölkələr vasitəsilə Rusiyaya qadağan edilmiş məhsullar daşıdığına dair sübutların olduğu 90 kompaniya daxil edilib”, - deyə Avropa Komissiyasının sədri bildirib.

Qeyd edək ki, martda Ursula Fon der Lyayen Rusiyaya qarşı 11-ci sanksiyalar paketinin qüvvədə olan məhdudiyyətlərdən yayınma halları ilə mübarizəyə yönələcəyini açıqlamışdı.

Paylaş:
Baxılıb: 675 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30