Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / "Doksuri" qasırğası Çinə 420 milyon dollar ziyan vurub

"Doksuri" qasırğası Çinə 420 milyon dollar ziyan vurub

30.07.2023 [19:38]

"Doksuri" qasırğası Çinin şərqindəki Futszyan əyalətinə azı 3 milyard yuan (təxminən 420 milyon ABŞ dolları) ziyan vurub, əyalətdən 363 min insan təxliyə edilib.

Bu barədə “China Daily” qəzeti məlumat yayıb.

İlkin hesablamalara görə, 10 min hektardan çox kənd təsərrüfatı sahəsi zərər çəkib. 90 bina tamamilə dağılıb, daha 5 minə yaxın binaya ziyan dəyib.

Əhalini xilas etmək üçün hakimiyyət 21 minə yaxın insanı, o cümlədən 5 mindən çox hərbçini səfərbər edib. Bundan əlavə, qasırğanın nəticələrinin aradan qaldırılmasında təxminən 130 min insan iştirak edir.

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30