Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb

İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb

01.10.2023 [19:45]

İspaniyada gecə klubunda baş verən yanğında 13 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidmətinin saytında məlumat verilib.

Qeyd olunub ki, insidentlə bağlı ilk xəbər fövqəladə hallar xidmətinə yerli vaxtla saat 06:00 (Bakı vaxtı ilə 08:00) radələrində daxil olub. Hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib. Vurğulanıb ki, yanğında dörd nəfər yaralanıb.

“La opini n de Murcia” qəzetinin yazdığına görə, yanğının gecə klubundakı işıq lampalarının birində yaranan qısaqapanmadan başlaya biləcəyi ehtimal edilir.

Mursiyada baş verən faciəli hadisə ilə əlaqədar 3 günlük matəm elan edilib.

Paylaş:
Baxılıb: 700 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30