Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Almaniyanın ən böyük hava limanında 300 aviareys ləğv olunub

Almaniyanın ən böyük hava limanında 300 aviareys ləğv olunub

18.01.2024 [13:49]

Almaniyanın Hessen federal əyalətinin Frankfurt-Mayn şəhərindəki hava limanında əlverişsiz hava şəraiti ilə əlaqədar 300-ə yaxın aviareys ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fraport” idarəetmə kompaniyası məlumat yayıb.

Bundan öncə Almaniya Meteorologiya Xidməti həftənin ortalarında “Gertrud” siklonunun ölkənin əksər bölgələrində fırtına, qar və buz yağışına səbəb olacağını bildirib. Əsasən də ölkənin mərkəzi rayonlarına güclü qar yağacağı gözlənilir.

Qeyd edək ki, Frankfurt-Mayn beynəlxalq hava limanı sərnişin axını baxımından Almaniyanın ən böyük aeroportudur. O, 2022-ci ildə demək olar ki, 49 milyon sərnişinə xidmət göstərib.

Paylaş:
Baxılıb: 586 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30