Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib

Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib

26.02.2024 [09:32]

Seçkilər nəticəsində Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib.

AZƏRTAC xəbər verir ki, bu barədə respublika Mərkəzi Seçki Komissiyasının (MSK) sədri İqor Karpenko mətbuat konfransında bildirib.

O, bütün 110 dairə üzrə seçkilərdə qalib gəlmiş namizədlərin ad və soyadlarını açıqlayıb. Seçkilərin ilkin nəticələrinə görə, 1284 yerli deputat şurasının hamısı formalaşıb.

Qeyd edək ki, fevralın 25-də Belarus tarixində ilk tək səsvermə günü Milli Assambleyanın Nümayəndələr Palatasının 110 deputatı və yerli şuraların 12514 deputatı beş il müddətinə seçilib. Parlamentdəki yerlər üçün 263 namizəd, yerli şuralarda isə 18802 namizəd mübarizə aparıb. Seçkilərdə seçicilərin 73,09 faizi iştirak edib.

Paylaş:
Baxılıb: 657 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30