Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Cənubi Afrika Respublikası G20-yə sədrlik etməyə hazırlaşır

Cənubi Afrika Respublikası G20-yə sədrlik etməyə hazırlaşır

29.02.2024 [15:21]

Cənubi Afrika Respublikası (CAR) 2025-ci ildə İyirmilik Qrupuna (G20) sədrlik etmək üçün hazırlıq işlərinə başlayıb.

AZƏRTAC xəbər verir ki, CAR prezidenti dəftərxanasının nümayəndəsi Kumbudzo Ntşaveni bu barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Nazirlər Kabineti CAR-ın 2025-ci ildə İyirmilik Qrupuna sədrliyi və G20 sammitinə hazırlıqları ilə bağlı hesabatı nəzərdən keçirib. Bu, bizim üçün əlamətdar hadisədir. Çünki CAR Afrikada belə bir sammitə ev sahibliyi edən ilk ölkə olacaq”, - deyə məmur bildirib.

Kumbudzo Ntşaveni CAR-da keçiriləcək G20 sammitinin bütün dünyaya və Afrikaya uzunmüddətli və müsbət təsir göstərəcəyini də vurğulayıb. Onun sözlərinə görə, Nazirlər Kabineti Cənubi Afrika Respublikasının G20-də uğur qazanacağına əmindir.

Qeyd edək ki, CAR 2023-cü ildə BRİKS sammitinə də ev sahibliyi edib.

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30