Viran vücuddan qaçış
25.04.2025 [10:14]
Akutaqava Rünoskenin həyatıyla sənətinin qovuşağında
Əvvəli ötən sayımızda...
Mövzusunu qədim Çin xronikasından götürdüyü kiçicik “Bisey necə inanırdı” (1919) novellasının səfeh, sadədil qəhrəmanını Akutaqava vur-tut bir neçə abzasla romantik qəhrəmana çevirə bilib. Gəncliyimin erkən çağında bu kiçik hekayənin məni necə tərpətdiyini yaxşı xatırlayıram, o dövrdə Akutaqavanın bu novellası mənim estetik dünyagörüşümə həlledici təsir göstərən əsərlərdən biri olmuşdu. 1987-ci ilin elə bu ayında, on doqquz yaşımın içində yazdığım “Tək ağac” adlı lirik hekayədə (ilk kitabım da həmin adla çıxmışdı) bu təsirin izini görmək çətin deyil. Doğrudur, mən o vaxtlar Füzulini nəsrə gətirmək xəyalıyla yaşayırdım, ancaq bu işdə tək klassik anadilli poeziyamızın peyğəmbəri yox, modern dünya nəsrinin azdan-çoxdan tanıdığım klassikləri də dadıma çatır, mənə yol göstərirdilər.
Novellada gənc oxucunu sarsıdan nəydi - ilk növbədə ondakı dərin lirizm, bir çayın qırağından, bir körpünün altından pərvazlanıb kosmik miqyasa qədər genişlənən poetik siqlət, təbiətdə, kainatda heç bir sərhəd, qoruq-qaytaq tanımayan panteistik cəsarət! Bisey təbiətin qoynuna yad oğlu yad kimi kənardan, oğru kimi arxa qapıdan dürtülmür. Bisey bütün varlıqlar kimi kainatın ucqarında yox, mərkəzindədir, Bisey ana təbiətin bətnində, öz evindədir. Bisey heç nəyin, heç kimin dalınca qaçmır, axtardığı özü onun ayağına gəlməlidir, gəlir də, çünki onun sarsılmaz inamı var:
“Bisey körpünün altında dayanıb sevgilisini gözləyirdi. Yuxarıda, başının üstündə, yarıyacan sarmaşığa bürünmüş hündür daş məhəccərlərdən o tərəfdə arabir körpüdən ötüb-keçənlərin qüruba gedən günəşin saçaqlarıyla işıqlanıb xəfifcə yellənən ağ paltarlarının ətəkləri görünürdü... O isə gəlib çıxmaq bilmirdi.
Bisey səbirsiz halda suya yaxınlaşıb bircə qayığın belə üzmədiyi sakit çaya baxmağa başladı.
Çay boyunca bitən qamışlar yaşıl divar kimiydi. Qamışlığın üzərindən adda-budda sıx söyüdlər gözə dəyirdi. Çay enli olsa da, qamış basmış suyun üzü darısqal görünürdü. Göydəki sədəf rəngli tək bulud parçasının əksi düşmüş təmiz su zolağı ona qızılı rəng qatıb qamışların arasından sakitcə burulub axırdı... O isə gəlib çıxmaq bilmirdi”.
Bisey çayın qırağıyla var-gəl eləyə-eləyə alatoranda sakitliyi dinşəyir. Körpüdə artıq gediş-gəliş kəsilir, yel əsdirən qamışların xışıltısından, suyun çıppıltısından başqa səs-səmir eşidilmir. Üzü qaranlığa getdikcə su qabarır, lilli sahilə doğru enlənən çay daha yaxında bərq vurur. Sevgilisi hələ də gəlib çıxmaq bilmir.
Günəş sönür, qaranlıq düşür, çay qabarır, Bisey çayın qırağında, körpünün altında hələ gözləyir. Yatağından çıxan çayın timsalında kainat onun ayağına sürünür, su yavaş-yavaş onun topuğuna, dizinə, sinəsinə qalxır, ana təbiət balasını ağuşuna alıb udum-udum onu canına çəkir. Bisey yenə gözləyir.
Bəlkə elə budur onun gözlədiyi, ayağına gələn təbiətə, onu qoynunda atıb-tutan sulara qovuşmaqdır istədiyi?
Artıq balıqlar onun başının üstündə üzür. Sevgilisi hələ də gəlmir ki, gəlmir:
“Gecənin bir aləmi - Ay işığı çay boyunca qamışları, söyüdləri aydınlatdığı saatda pıçıldaşan suyla külək yavaş-yavaş Biseyin cəsədini körpünün altından alıb dənizə doğru apardı. Biseyin ruhu isə göyün qəlbinə, qəmli ay işığına sarı qanadlandı. Yəqin ona görə ki, sevirdi. Xəlvətcə bədəndən çıxan ruh lil qoxusu, su təravəti kimi buğlana-buğlana tutqun işıqlı səmaya qalxmağa başladı...
Neçə min il ondan sonra neçə dəfə cilddən-cildə düşmüş bu ruha yenidən insan həyatı etibar olundu. O ruh elə məndə məskən salmış bu ruhdur. Ona görə bu zamanda doğulsam da, zəmanə adamı deyiləm, əlimdən karlı bir iş gəlmir. Gecə-gündüz xəyallarla yaşayıram, elə hey gözləyirəm ki, nəsə, kimsə gəlib məni heyran qoyacaq. Eynən alatoranda körpünün altında durub, heç bir vaxt gəlməyəcək sevgilisini gözləyən Bisey kimi...”
***
Akutaqava özü də Biseyin ardınca gedib özünü təbiətə könüllü təslim elədi. Onun da sevgilisi görüşünə gecikirdi deyə gözləməyə səbri yetmədi, bütün itkinliklərin, ayrılıqların, çəpləşmələrin sona çatdığı ilkin qaynağa, əbədi yoxluğa (Qəribədir, bir-birinə daban-dabana zidd olan bu iki söz necə rahatlıqla yanaşı durur!), Basönün nohuruna baş vurdu.
Onun nakam ruhuna o yoxluqda əbədi dinclik arzulaya bilərdik, ancaq fikir, söz oyunu kimi çıxmasın, yoxluqda əbədiyyət də yoxdur, əbədiyyət ruha aid anlayışdır, varlığın xassəsidir. Akutaqavanın qaranlıq zindana bənzər cisminin çırağını bir ovuc yuxu dərmanı söndürübsə də, açıq yaralarını torpaq sarıyıbsa da, nakam ruhu hələ bu dünyadan qopub azad olmayıb, hələ nirvanaya çatıb dinclik tapmayıb. Bundan ötrü onun məsum, xəyalpərəst, şair könlü öz dünyasından sıyrılıb hamının olan dünyaya bir də qayıtmalıdır.
Bəlkə də bu gəlişində bəxt üzünə güləcək, can mülkü xaraba qalmayacaq, yer üzündə ruhuna abad bir bədən tapıb, özünə layiq dinc, rahat bir ev quracaq. Bəlkə növbəti gəlişində canından didərgin düşüb viran vücudundan perikməyəcək, bəlkə növbəti gedişi qaçış yox, uçuş olacaq.
Bəlkə də gəlib artıq, özünə ev-eşik də qurub. Bəlkə də aramızda yaşayır, hər gün yanından keçirik, çiyninə toxunuruq. Kim bilir...
Ancaq mən onu görsəm, əminəm, tanıyaram. Körpəcə xəyalından, qocaman qüssəsindən, bığ yeri tərləməmiş sevgisindən tanıyaram.
F.Uğurlu
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

