Repressiyaların kölgəsində böyüyən elm işığı!
27.01.2026 [08:25]
Sara Aşurbəyli ən sərt zərbələrə belə əyilməmişdi...
Azərbaycan elminin və mədəniyyətinin tarixində elə adlar var ki, onların taleyi yazdıqları əsərlərdən daha az dramatik, daha az dəyərli deyil. Sara Aşurbəyli məhz belə şəxsiyyətlərdəndir. O, təkcə görkəmli tarixçi-şərqşünas, Bakı və Azərbaycan orta əsrlər tarixinin yorulmaz tədqiqatçısı deyil, həm də həyatın ən sərt sınaqları qarşısında sınmayan bir iradənin simvolu idi. Onun ömür yolu rahat akademik kabinetlərdən keçməmişdi. Zadəgan ailəsində doğulmasına baxmayaraq, sovet repressiyaları onun həyatını alt-üst etdi. Atasının güllələnməsi, ailənin “xalq düşməni” damğası ilə üz-üzə qalması, maddi və mənəvi sıxıntılar - bütün bunlar bir insanı sındırmaq üçün yetərli idi. Amma o, əyilmədi. Həyatın ən sərt zərbələri belə onun elmə olan inamını, biliyə olan ehtirasını əlindən ala bilmədi.
Yorulmaz tədqiqatçı, əsl elm fədaisi, Azərbaycan tarix elminin sütunlarından biri olan Sara xanım Aşurbəyli bütün ömrü boyu vətənpərvər bir ziyalı həyatı yaşamışdı. Məşhur tarixçi Bakı neft sənayeçisi və xeyriyyəçi Bala bəy Aşurbəylinin ailəsində dünyaya göz açıb. O, bu nəslin ən görkəmli təmsilçilərindən biri olaraq Azərbaycanın və onun paytaxtı Bakı şəhərinin tarixinin tədqiqinə öz misilsiz töhfələrini verib. Faciəli tale yaşamış Sara xanım orta əsrlər Abşeronunun fundamental araşdırıcısı kimi bütün dünyada tanınır. Məhz S.Aşurbəylinin səyi nəticəsində Aşurbəylilərin geniş nəsil şəcərəsini bərpa etmək mümkün olub.
Bu gün Sara xanımın anadan olmasından 120 il ötür. Görkəmli alim 1906-cı il yanvarın 27-də Bakıda dünyaya gəlib.
Yeddi dil bilirdi...
S.Aşurbəylinin fəaliyyətində bir neçə xarici dil bilməsi hər zaman xüsusi önəm daşıyıb. O, 1925-ci ildə İstanbulda Janna Dark adına fransız kollecini bitirib. Yeddi dili-ingilis, fransız, alman, ərəb, fars, türk, rus dillərini mükəmməl bilirdi. Əcnəbi dilləri bilməsi hansısa məqamda Sara xanımın əlindən tutur, təqib olunduğu illərdə xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili ona ağır yaşam illərinə tab gətirməkdə böyük yardımçı olur. Belə ki Sara xanım Azərbaycan Dram Teatrında rəssam-dekorator kimi çalışır. Bundan başqa, o, həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəylinin dəvəti və köməyi ilə 15 il ardıcıl olaraq Dövlət Konservatoriyasında xarici dildən dərs deyir.
İlk və yeganə tarixçidir ki...
Sara xanım özünün yüksək intellektini Azərbaycan xalqının rifahı, onun tarixi, mədəniyyəti naminə tətbiq etmişdi. Onu yaxından tanıyan insanların yaddaşında Sara xanım nəcib, üzügülər, alicənab və əsilzadə bir xanım kimi qalıb.
Sara xanımı Azərbaycan tarixşünaslığında əbədi yaşadan onun qədim Bakının (İçərişəhərin) tarixinə dair olan tədqiqatlarıdır. O, ilk və yeganə tarixçidir ki, öz həyatını Bakı (İçərişəhər) və Şirvanşahlar dövlətinin tarixinin tədqiqinə həsr etmişdi. Bu əsərlərdə qədim Bakının yaranma tarixi orta əsrlər Bakısının siyasi tarixi, mədəniyyəti, sosial münasibətləri əks olunmuşdu. Minillik tarixə malik, İçərişəhər memarlığının formalaşmasına böyük təsir göstərmiş qüdrətli Şirvanşahlar dövlətinin sosial-siyasi, iqtisadi, mədəni həyatı VI əsrdən XVI əsrə kimi zəngin mənbələr əsasında araşdırılıb, Şirvanşahlar sülaləsinin tarixi, şəhərlərin iqtisadi vəziyyəti və inkişafı, əhalinin tərkibi, feodal cəmiyyətinin quruluşu kimi məsələlər geniş tədqiq olunub. O, bu tədqiqatları əsasında Sankt-Peterburqda namizədlik, Tbilisidə isə 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib. Azərbaycan tarixində bu gün də önəmli rol oynayan dəyərli tarixi kitabların, elmi monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi, bir sıra beynəlxalq konfransların iştirakçısı olub.
Həm də rəssam və musiqiçi idi...
S.Aşurbəyli Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. O, fortepianoda həm Azərbaycan təranələrini, muğamlarını, həm də klassik Avropa musiqisini əla ifa edirdi.
Sara xanım bir çox rəsm əsərlərinin müəllifi olub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, sərgilərdən birində onun “Göygöl” adlı əsərini Meksika nümayəndələri alıb və bu əsər indi Meksika muzeylərindən birinin eksponatıdır.
İlk və son etiraf...
Sara xanımın mənəvi zənginliyi, alicənablığı, elmə xidməti və ümumilikdə, Azərbaycanın tarixinə, mədəniyyətinə olan sonsuz məhəbbəti irsi bir hal idi. Bütün bu müsbət keyfiyyətlərin təzahürü idi ki, Aşurbəylilər soyadına vurulan nahaq damğaya - “xalq düşməni” damğasına baxmayaraq, Sara xanım adına və nəslinə layiq bir tərzdə öz fəaliyyətini davam etdirmişdi.
Dəyərli tarixçi xanıma “Sizin ömrünüz heç də sadə bir insan ömrü olmayıb, nə vaxtsa memuar yazacaqsınızmı?” sualını verəndə o belə cavab vermişdi:
“Bilirsiniz, mən, bəlkə də, heç nə yazmayacağam. Çünki mənim ömrüm doğmalarımın itkisi, dövrün və bir qrup insanların ədalətsiz münasibətləri, xəyanətlər ilə dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram...”.
Bu, taleyin ən sərt zərbələri qarşısında belə əyilməyən, bütün ömrünü Azərbaycan tarixinin tədqiqinə həsr edən Sara xanım ilk və son etirafı idi...
Bu gün Sara Aşurbəylinin doğum gününü xatırlamaq təkcə bir alimin xatirəsinə ehtiram deyil. Bu, həm də sarsılmayan ləyaqətin, bilik qarşısında baş əyməyin, zorakılıq qarşısında isə əyilməməyin xatırlanmasıdır. Sara Aşurbəyli sübut etdi ki, insanın əlindən hər şeyi almaq olar, amma əgər o, daxildən möhkəmdirsə, düşüncəsini və yaddaşını əlindən almaq mümkün deyil.
Ən sərt zərbələrə belə əyilməyən bu qadının adı Azərbaycan elminin yaddaşında təkcə alim kimi yox, bütöv bir mənəvi mövqe kimi yaşayır...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56

