Müşfiq qədər məşhur olmasa da...
11.08.2022 [10:34]
Mirzə Əbdülqədir Vüsaqi -153
MÜŞFİQƏ
Mirzə Əbdülqədir Vüsaqi (Əbdülqadir İsmayılzadə) Mikayıl Müşfiq qədər məşhur olmasa da dövrünün tanınmış ziyalılarından olub. O, 1869-cu ilin bu günü Xızıda doğulub. Uşaq ikən valideynlərini itirdiyi üçün nənəsinin himayəsində böyüyüb. Mirzə Əbdülqədir müəllimlik ilə yanaşı, şeir və qəzəllər yazıb. Yalnız uşaqların deyil, böyüklərin də savadlanmasına səy göstərib. Maddi vəziyyəti ağır olanlara kurslar açıb pulsuz dərs keçib.
“Mən sizə öyrətdiklərimi siz də evdə, ailədə yaxınlarınıza öyrədin. Onda siz keçdiklərimizi həm yaxşı mənimsəyər, həm də bildiklərinizi yaxınlarınıza öyrətməklə savab qazanarsınız” deyən Mirzə Əbdülqədirin əsas məqsədi insanların savadlanmasına nail olmaq idi. 1908-ci ildə Mirzə Əbdülqədir Bakıda fəaliyyət göstərən “Səadət” məktəbinə dəvət olunur və ömrünün sonuna kimi burada çalışıb.
Mirzə Əbdülqədirin “Vüsaqi” təxəllüsü ilə yazdığı şeirlər o dövrün qəzet və jurnallarında çap olunub. Müslüm Maqomayevin məşhur “Şah İsmayıl” operasının liberettosunu, eyni zamanda, “Seyfəlmülük”, “Yusif və Züleyxa” operalarının da mətnini yazıb.
Züleyxa xanımla evliliyindən Böyükxanım İsmayılzadə, Balacaxanım İsmayılzadə və Mikayıl Müşfiq adlı uşaqları dünyaya gəlib. 1908-ci ilin iyun ayının 4-də Mikayıl dünyaya gəldikdən ayyarım sonra qəflətən anası dünyasını dəyişib. Bu zaman Mirzə Əbdülqədir məcburiyyət qarşısında qalaraq südəmər körpəni ata-baba yurdu Xızıya aparır, yaxın qohumlarından Səfiyyə adlı qadına müvəqqəti olaraq saxlamağa verib. İki ildən sonra atası onu yenidən Bakıya gətirib. Bu zaman balaca Mikayılın atası artıq Zibeydə adlı xanımla ailə qurmuşdu. Zibeydə xanım Mikayıla əsl ana qayğısı, ana nəvazişi göstərir. Balaca Mikayılın atası onun təlim-tərbiyəsinə ciddi fikir verib, kitaba, yazıb-oxumağa həvəsləndirib. O, 1915-ci ildə vəfat edib. Hazırda Xızı şəhərində Mirzə Əbdülqədir Vüsaqi adına küçə var.
1937-ci ildə dostlarının repressiyaya qurban getməsi ilə Mikayıl Müşfiqin çətin günlərinin başlanğıcı olur. 37-ci il repressiyası Mikayıl Müşfiqdən yan keçmir. Şair “Müsavat gənclər təşkilatı” ilə əlaqələr saxlaması və hökumətin ünvanına böhtan atması səbəbi ilə təqib edilməyə başlanılır. Şairin xalq arasında narazılıq yaratdığı iddia edilərək iyunun 3-də həbs edilir.
1937-ci il iyunun 4-də Mikayıl Müşfiq həbs edildikdən sonra evindən onlarla kitab, yüzlərlə əlyazma da müsadirə edilir. Sonradan həmin müsadirə olunan əsərlər “əhəmiyyətsiz” hesab olunduğu üçün 13 oktyabr 1937-ci ildə yandırılıb. Çox güman ki, həmin kitablar və əlyazmalar içində Mirzə Əbdülqədir Vüsaqinin də əsərləri məhv olub. 1938-ci il yanvarın 5-ində SSRİ Ali Məhkəməsində Mikayıl Müşfiqin güllələnməsi qərarı verilir. Yanvar ayının 6-da şair Nargin adasında güllələnir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45

