Səlim Babullaoğlu: Mənim üçün Anar müəllimin alternativi yoxdur
15.10.2022 [10:55]
Yeganə BAYRAMOVA
Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayının keçiriləcəyi vaxt məlum olub. Bu barədə AYB-in mətbuat xidmətinin rəhbəri Xəyal Rza açıqlama verib. O, qurultayın oktyabrın 26-da Dövlət Akademik Milli Dram Teatrında keçiriləcəyini bildirib: “AYB-nin dəvəti ilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan 20-dən çox qonaq iştirak edəcək. Qurultay başlamazdan öncə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək”.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu ədəbi-mədəni proseslərdəki yeniliklər və qurultay barədə “Yeni Azərbaycan”a açıqlama verib. O, AYB-nin XIII qurultayından xüsusi gözləntilərinin olmadığını qeyd edib: “Hər dəfə qurultaylararası müddətdə görülən işlərin hesabatını vermək olur. Qurultaya qədər müəyyən istiqamətlər üzrə, məsələn, publisistika, nəsr, poeziya, ədəbi tənqid, xarici əlaqələr barədə AYB-nin katiblərinin və əlaqəli rəsmilərin məruzələri dinlənilir. Azərbaycan ədəbiyyatının xaricdə təbliği, Birliyə gənclərin cəlb olunması, nəşr olunan kitablar, xarici əlaqələr və bir çox istiqamətlərdə işlər görülür. Bu baxımdan hesab edirəm ki, AYB-nin işi çoxprofilli və bəhrəli olur. Builki qurultayda da bu məsələlər ətrafında müzakirəkər aparılacaq, gələcəkdə görüləcək işlər müzakirə olunacaq. Məsələn, Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı proses gedir. Fikrimcə, artıq məqamdır, dövlətimizin də indiki ictimai-siyasi kontekstində vəziyyət yaxşıdır, uğurlarımız çoxdur”.
S.Babullaoğlunun sözlərinə görə, Azərbaycan ədəbiyyatının perspektivi, o taylı bu taylı Azərbaycan ədəbiyyatının ümumi prosesə çevrilməsi istiqamətində addımlar atılmalıdır: “Yəqin ki, qurultayda bu məsələ ətrafında da müzakirələr aparılacaq. Ümumiyyətlə, Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı prosesi aktivləşdirmək lazımdır”.
Katib qeyd edib ki, dünyada yaşayan azərbaycanlıların ədəbi proseslərə cəlb olunması, eyni zamanda onların tərcüməçi kimi milli ədəbiyyatımızın xarici dillərə çevrilməsi işlərinə yönəldilmələri vacibdir: “Bu kimi yaradıcı məsələlər ətrafında AYB-nin nəşrləri uğurlu olaraq davam etdirilir. Hər qurultayda olduğu kimi, budəfəki qurultayda da sədr və katiblər yenidən seçiləcək. AYB-nin katibləri və üzvlərinin böyük əksəriyyəti yenidən Anar müəllimə səs verəcəklər. O, namizədliyini yenidən irəli sürmək fikrindədir. Mənim üçün Anar müəllimin alternativi yoxdur. Qurultayda başqa hansı təkliflər və dəyişikliklərin olacağını isə qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Mövcud dəyişiklikləri yalnız qurultayda görə bilərik”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

