Beynəlxalq Müəllimlər Günü: təhsilin və zəhmətin bayramı
05.10.2025 [07:49]
Oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. UNESCO-nun 1966-cı ildə verdiyi qərarla təsdiqlənən bu əlamətdar gün müəllimlərin zəhmətinə minnətdarlıq rəmzinə çevrilib.
AZƏRTAC UNESCO-nun saytına istinadla xəbər verir ki, bu il Beynəlxalq Müəllimlər Günü müəllimliyi əməkdaşlığa əsaslanan bir peşə kimi yenidən dəyərləndirmək mövzusuna həsr olunub.
Müstəqil Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ölkəmizin hər bir uğurunun arxasında bir müəllimin zəhməti dayanır. Bu günə dövlət səviyyəsində diqqət ayrılır. “Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, təhsil işçilərinin maddi vəziyyətinin, rifahının yaxşılaşdırılmasının qayğısına qalıb.
Bu gün müəllim peşəsinin nüfuzu həm dövlətin qayğısı, həm də cəmiyyətin hörməti ilə daha da möhkəmlənir.
Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Məktəblərin yeni binalarla təchizi, işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil ocaqlarının qurulması isə müəllim əməyinə verilən dəyərin bariz göstəricisidir.
Respublikamızın digər regionlarında da məktəb tikintisi və təmiri həyata keçirilir. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Beşinci ildir ki, Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir. Müəllimlərimiz işğaldan azad olunmuş ərazilərdəki ümumtəhsil müəssisələrində tədris aparırlar.
Xüsusi vurğulamaq lazımdır ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıq göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.
Son illər həyata keçirilən sertifikatlaşdırma prosesi müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək təhsil ictimaiyyətində ömür boyu öyrənmə mədəniyyətinin inkişafına töhfə verir. 2022–2025-ci illər ərzində 84 min müəllim sertifikasiya prosesinə cəlb olunub və 73 min müəllim sertifikasiyadan uğurla keçib. Test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35 faiz əlavə edilir. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunur.
Ölkəmizdə müəllimlər XXI əsrin tələblərinə uyğun təhsil modelini həyata keçirərək şagirdləri gələcəyin çağırışlarına hazırlayırlar.
Bu gün Azərbaycanda 300 minə yaxın müəllim fəaliyyət göstərir. Onların hər biri yalnız bilik ötürmür, həm də gələcəyin memarıdır. Məhz müəllim əməyinin nəticəsində savadlı, bilikli insanlar yetişir. Müəllim öyrətdiyi hər şagirdlə bərabər ölkənin gələcəyinə işıq tutur.
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48

