Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / Azərbaycan Müəllimlər İnstitutunda Heydər Əliyev irsinin tədrisi ilə əlaqədar dərslər keçirilib

Azərbaycan Müəllimlər İnstitutunda Heydər Əliyev irsinin tədrisi ilə əlaqədar dərslər keçirilib

05.03.2014 [09:47]

Martın 4-də Azərbaycan Müəllimlər İnstitutunda Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar Nərimanov rayonundakı 34 və 304 nömrəli orta məktəblərin 11-ci sinif şagirdləri üçün dərslər keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə şagirdlər İnstitutda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, Ulu öndərin həyat və fəaliyyətinin ayrı-ayrı səhifələrini özündə əks etdirən Mərkəzdə Ümummilli liderin zəngin həyat yolu, Onun dövlətçilik və siyasi fəaliyyətini özündə əks etdirən çoxlu sayda kitab, fotoşəkil və başqa eksponatlar toplanıb.
Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirib ki, dərslər İcra Hakimiyyəti tərəfindən Ulu öndərin anadan olmasının 91-ci ildönümü ərəfəsində reallaşdırılan layihə çərçivəsində keçirilir.
Martın 3-dən etibarən başlanan layihənin ilk günü dərslərdə Füzuli, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər rayonlarından olan məcburi köçkün məktəblərindən 100-dən çox şagird iştirak edib. Dərslərin, eyni zamanda, YAP Nərimanov rayon təşkilatının qərargahında da keçirilməsi planlaşdırılır. On səkkiz tarix müəlliminin cəlb edildiyi layihədə dərslər Azərbaycan və rus dillərində aparılır. Əsas məqsəd şagirdləri Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə daha yaxından tanış etməkdir.
Dərslər mayın 30-dək davam edəcək.

Paylaş:
Baxılıb: 2444 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ana dilimizin bayramı

01 Avqust 11:17

Analitik

14 gün sonra...

01 Avqust 10:21

Ədəbiyyat

Fransız xalqı

01 Avqust 08:52

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Avqust 08:30  

Xəbər lenti

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31