/ / Bakı Dövlət Universitetində gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfransı keçirilir
Bakı Dövlət Universitetində gənc alimlərin və tədqiqatçıların “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfransı keçirilir
17.05.2014 [11:06]
Mayın 16-da Bakı Dövlət Universitetində (BDU) gənc alimlərin və tədqiqatçıların Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Müasir biologiyanın innovasiya problemləri” mövzusunda IV Beynəlxalq elmi konfransı başlanıb.
AzərTAc xəbər verir ki, alim və mütəxəssislərin, tələbələrin iştirak etdikləri beynəlxalq konfransda BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, xilaskarlıq rolundan danışıb.
Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini xatırladan rektor Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini vurğulayıb.
Müasir dünyada elmə, təhsilə xüsusi əhəmiyyət verildiyini qeyd edən akademik A.Məhərrəmov Bakı Dövlət Universitetində bu sahənin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan nailiyyətlərdən söhbət açıb.
Rektor, eyni zamanda, mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva “Ulu öndər Heydər Əliyevin təhsilin inkişafında rolu”, BDU-nun biologiya fakültəsinin dekanı, professor Akif Quliyev “Müasir biologiyanın son nailiyyətləri” mövzularında məruzələr ediblər.
Ölkənin tərəqqisində elmin, təhsilin mühüm rolunu vurğulayan məruzəçilər bu sahəyə Ümummilli lider Heydər Əliyevin böyük diqqət göstərdiyini, dahi rəhbərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildiriblər.
Eyni zamanda, Azərbaycanda müvafiq sahənin inkişafı üçün həyata keçirilən proqramların, tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonra “Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya”, “Zoologiya”, “İnsan və heyvan fiziologiyası və genetika”, “Botanika və mikrobiologiya” bölmələri üzrə iclaslar olub, məruzələr dinlənilib, müzakirələr aparılıb.
Beynəlxalq konfrans mayın 17-də başa çatacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

