“Kaspi” liseyi müasir tələblərə cavab verən peşəkar təhsil mərkəzidir
16.09.2014 [09:41]
Sentyabrın 15-də “Bilik Günü”ndə “Kaspi” Təhsil Şirkətinin nəzdində yeni “Kaspi” liseyi fəaliyyətə başlayıb.
Liseyin açılışında çıxış edən “Kaspi” Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirib ki, Azərbaycanın sürətli inkişafı təhsil sahəsində də bir çox uğurlar qazanılmasına şərait yaradıb. “Kaspi” təhsil şirkəti təhsil məkanında yeni deyil. Şirkət səkkiz ildir ki, fəaliyyət göstərir. Bu müddət ərzində iki minə yaxın magistr xarici ölkədə təhsil alıb. Eyni zamanda, məktəbəqədər təhsil müəssisəsində beş minə yaxın uşağa bilik öyrədilir. Məhz buna görə şirkətin nəzdində yeni liseyin açılmasına ehtiyac vardı. Liseydə əsasən milli və elektron təhsilin vəhdətini təşkil etməyə nail olduq. Liseydə, həmçinin təhsilin keyfiyyətini artırmaq məqsədi ilə müəllim heyətinin işi düzgün qurulub.
S.Vəliyeva diqqətə çatdırıb ki, “Kaspi” liseyində şagirdlərdə bacarıq və qabiliyyətlərin formalaşdırılması, onların istedadının, intellektual və yaradıcı potensialının üzə çıxarılması, həmçinin müasir və keyfiyyətli təhsil almaları üçün əlverişli şərait yaradılıb. İntellektual, yaradıcı və cəmiyyətə töhfə verə biləcək nəslin yetişməsi üçün “Kaspi” liseyində xüsusi təlim-təhsil mühiti mövcuddur. Məktəb beynəlxalq təcrübədən yararlanaraq tədris prosesini dövlət standartlarına əsaslanan proqrama uyğun olaraq təşkil edir. Tədris Azərbaycan və rus dillərində aparılacaq. Məktəb müasir maddi-texniki bazaya malikdir.
Sonra Milli Məclisin deputatları - Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev və başqaları çıxış edərək liseydə təhsil alacaq şagirdlərə uğurlar arzulayıblar.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58

