Kənd Təsərrüfatı Nazirliyi ilə “ADA” Universiteti arasında anlaşma memorandumu imzalanıb
17.07.2015 [12:27]
İyulun 16-da “ADA” Universitetində Kənd Təsərrüfatı Nazirliyi ilə bu universitet arasında kənd təsərrüfatı sahəsində kadr hazırlanması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə “ADA” Universiteti ilə tanışlıq olub. Sonra Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.
Sənədi xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev və kənd təsərrüfatı naziri Heydər Əsədov imzalayıblar.
Tədbirdə çıxış edən rektor Hafiz Paşayev “ADA” Universitetinin fəaliyyətindən, kadr hazırlığı sahəsində görülən işlərdən danışıb. Rektor bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2015-ci il “Kənd təsərrüfatı ili” elan olunub. Bu faktın özü Azərbaycanda kənd təsərrüfatının inkişafına dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür. Təbii ki, aqrar sahədə qarşıya qoyulan vəzifələri uğurla həyata keçirmək üçün daha bilikli, müasir elmin yeniliklərinə bələd olan, sektorun inkişaf istiqamətlərini görə bilən kadrlara ehtiyac var. “ADA” Universiteti bu sahədə Kənd Təsərrüfatı Nazirliyi üçün kadrlar hazırlamağı öhdəsinə götürür: “Bu gün imzaladığımız Memorandumun da məqsədi budur”.
Son illərdə ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən, fermerlərə dövlət qayğısından danışan nazir Heydər Əsədov bildirib ki, aqrar sektorun qarşısında respublikamızı əsas ərzaq məhsulları ilə yüz faiz təmin etmək, yeni ixrac bazarları tapmaq, rəqabətədavamlı məhsul istehsal etmək vəzifələri qoyulub. Dövlətimiz kənd təsərrüfatında artım meyillərini intensivləşdirmək üçün fermerlərə güzəştli kreditlər və subsidiyalar verir, meliorasiya və irriqasiya sahəsində böyük layihələr həyata keçirir. Ona görə də aqrar siyasətin müasir inkişaf meyillərindən baş çıxaran kadrlar lazımdır. Bu baxımdan “ADA” Universiteti ilə imzalanan Memorandum bizim üçün yeni imkanlar açacaq. Universitetdə təhsilin beynəlxalq standartlar səviyyəsində qurulduğunu qeyd edən nazir bildirib ki, imzalanan Anlaşma Memorandumu çərçivəsində hazırlanacaq kadrlar ölkəmizdə kənd təsərrüfatının inkişafına sanballı töhfələr verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

