Azərbaycanda elmin inkişafı strateji prioritet kimi konseptual xarakter daşıyır
24.11.2015 [10:11]
Ölkəmizdə elmin, təhsil sisteminin inkişafı idarəetmənin müasir prinsiplər üzrə təşkilinə təkan verir
Hər bir dövlətin milli inkişafının strateji paradiqmalarından biri də modern və təkmil innovasiyaların, eləcə də bu istiqamətdə formalaşdırılan milli təcrübənin uğurla tətbiq olunmasıdır. Bu kontekstdə elm və təhsilin inkişafı da xüsusi yer tutur. Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir.
Son illər dinamik inkişaf yolunda olan Azərbaycanın sosial-iqtisadi və mədəni-mənəvi sahələrdə irəliləməsi mükəmməl elmi-təşkilati strukturun formalaşdırılmasını ön plana çıxarıb. Həmin struktur yeni elmi biliklərin əldə olunmasına və onların cəmiyyətin növbəti inkişaf mərhələsinə qədəm qoyması üçün daha əlverişli şərait yaratmalıdır. Qloballaşma dövründə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarır.
Qeyd olunduğu kimi, elmin inkişafı ölkədəki sosial-iqtisadi irəliləyişlərlə sıx bağlıdır. Respublikanın uzunmüddətli inkişaf strategiyasının işlənib hazırlanmasında daxili və beynəlxalq sosial-iqtisadi proseslərin, təbii sərvətlərin və insan resurslarının hərtərəfli təhlili, habelə elmi əsaslara söykənən düzgün proqnozlaşdırmaların aparılması xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, dünyanın karbohidrogen ehtiyatları ilə zəngin olan əksər ölkələrində olduğu kimi, Azərbaycanda da neftin ixracından gələn gəlirlər ümumi iqtisadi artım göstəricilərində mühüm paya sahibdir. Bu, özlüyündə inkişafa təkan verən təbii proses olsa da, iqtisadiyyatın tükənən və bərpa olunmayan resurslardan asılılığının azaldılması davamlı inkişaf baxımından zəruridir. Bu baxımdan, Azərbaycanda həyata keçirilən rasional enerji siyasəti ölkə iqtisadiyyatının gələcəkdə hərtərəfli inkişafına yol açan tramplin rolunda çıxış edir. Neft-qaz ixracından əldə olunan gəlirlərin böyük hissəsinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkə rəhbərliyinin uzaqgörən siyasətindən xəbər verir. Məqsədyönlü iqtisadi islahatların nəticəsi kimi isə hazırkı dövrdə ölkə iqtisadiyyatında ənənəvi sahələrin təkmilləşməsi ilə yanaşı, yeni-yeni sektorların yaranması, iqtisadiyyatın inkişaf meyillərinin müasir dövrün tələblərinə uyğunlaşması proseslərinin getdiyi bir vaxtda mövcud elmi potensialın gerçəkləşdirilməsinə, eləcə də inkişaf etmiş dövlətlərin təcrübəsinin öyrənilməsinə tələbat dəfələrlə artmaqdadır.
İnnovasiyalara əsaslanan inkişaf etibarlı gələcəyə təminat yaradır
Əminliklə vurğulamaq olar ki, Azərbaycanda elmin inkişafı konseptual xarakter daşıyır. Bununla yanaşı, bu istiqamətdə görülən tədbirlər paralel olaraq təhsil sisteminin inkişafına da strateji töhfələr verir. Hazırda dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq Azərbaycanda elmi tədqiqatların prioritetləri ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə istiqamətləndirilir. Bu baxımdan, Azərbaycanın dövlət müstəqilliyinə, sosial-iqtisadi və mədəni-mənəvi inkişafına, ictimai-siyasi sabitliyinə, milli təhlükəsizliyinə, ölkənin beynəlxalq aləmə fəal inteqrasiyasına, eyni zamanda, bu prosesdə maddi-mənəvi dəyərlərin qorunmasına xidmət edən elmin inkişafı prosesi vahid strategiyaya uyğun həyata keçirilir. Bunun təsdiqi olaraq, ölkədə elmin inkişafı əsas etibarilə dövlət başçısının Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın müəyyənləşdirdiyi prinsiplər əsasında gerçəkləşir. Strategiya elmi tədqiqatların prioritetlərinin dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirilməsinə, biliklərə əsaslanan yeni tipli iqtisadiyyatın formalaşdırılmasına, elm sahəsində idarəetmə sisteminin, elmi infrastrukturun modernləşdirilməsinə, elmi tədqiqat müəssisələrinin və bütövlükdə elmin maliyyələşdirilmə mexanizmlərinin təkmilləşdirilməsinə, yüksəkixtisaslı kadrların hazırlanmasına, elmi məktəblərin qorunması və elmdə varisliyin təmin edilməsinə, elmin, təhsilin və istehsalın inteqrasiyasına, elmi işçilərin sosial təminatının yaxşılaşdırılmasına, elmin normativ hüquqi bazasının və informasiya təminatının gücləndirilməsinə, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasına yönəlmiş elm və texnologiyaların inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin, bu sahədə həyata keçiriləcək tədbirlərin məqsəd, prinsip və yanaşmalarının məcmusudur.
Eyni zamanda, 2009-cu il 21 oktyabr tarixli Sərəncama əsasən, Prezident yanında Elmin İnkişafı Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda elmi araşdırmaların stimullaşdırılması, ölkənin təbii sərvətlərinin, mədəni və tarixi irsinin öyrənilməsi işlərinin intensivləşdirilməsi, elmin müxtəlif sahələri üzrə tədqiqatların səmərəliliyinin artırılması və Azərbaycan elminin dünya səviyyəsində layiqincə təmsil olunmasına dövlət dəstəyinin təmin edilməsidir. Elmin inkişafının təşviq edilməsi, alimlərin potensialının üzə çıxarılması məqsədilə Fond hər il müxtəlif elm sahələri üzrə qrant müsabiqələri təşkil edir.
Biliklərə əsaslanan inkişafa dair mühüm uğurlardan biri də Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin və “ASAN xidmət”in yaradılması ilə bağlıdır. Qeyd edək ki, XXI əsrin əvvəllərində məhz Azərbaycanda insan inkişafı və davamlı gəlir əldə olunması üçün yaşayış yerinə, onun əhalisinə məxsus olan dünyada ilk insan inkişafına əsaslanan sosial müəssisələr yaradılmışdı. Hələ o zaman bu təşəbbüs və qeyri-ənənəvi qərarlar dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdi. BMT-nin Baş Qərargahı tərəfindən 2005-ci ildə Azərbaycanda yaranmış həmin təşəbbüs “innovativ ideya və fəaliyyət” kimi qiymətləndirilib.
Elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunub
Əminliklə demək olar ki, elmin həm ənənəvi, həm də yeni istiqamətləri üzrə ciddi işlərin görülməsi Azərbaycanda elmin inkişafında müsbət tendensiyalardandır. 2013-cü ilin fevralında Azərbaycanın ilk peykinin orbitə çıxması ilə milli kosmik sənayemizin təməli qoyuldu. Müəyyən olunmuş perspektiv tədbirləri və strateji prioritetləri nəzərə alsaq, Azərbaycanda kosmik sənayenin inkişafı üçün daha böyük imkanlar yaranacaq. İnformasiya və kommunikasiya texnologiyalarının ölkə iqtisadiyyatında neftdən sonra ikinci prioritet sahə elan olunduğu, bu sahənin iqtisadiyyatda xüsusi çəkisinin yüksələn xətlə inkişaf etdiyi və bu mənada peyk rabitəsinin xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınmaqla, yaxın illərdə həyata keçirilməsi nəzərdə tutulan peyk layihələrinin yalnız siyasi və ya kommersiya mahiyyəti daşımadığını, ölkənin uzunmüddətli inkişaf strategiyasına yönəldiyini əminliklə demək olar. İnnovasiyalara əsaslanan inkişaf isə etibarlı gələcəyə təminat yaradır.
Ən vacib məqamlardan biri isə odur ki, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da təsbit olunub. Konsepsiyada qeyd olunur ki, uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (işlər, xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdən birini təşkil edəcək. Bununla əlaqədar olaraq, elmin inkişafı yerli xüsusiyyətlər və qlobal meyillər nəzərə alınmaqla prioritetləşdiriləcək və mütərəqqi dünya elminə səmərəli inteqrasiya prosesi davam etdiriləcək.
Onu da qeyd edək ki, bu gün dövlət tərəfindən ardıcıl şəkildə atılan addımlar elmin, təhsil sisteminin, idarəetmənin müasir prinsipləri üzrə təşkilinə təkan verməkdədir. Həyata keçirilən islahatlar, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin həcminin artırılması elm və təhsilin, sosial sahə və institutların inkişafına səbəb olmaqla yanaşı, müxtəlif sahələr üçün yararlı, yüksək səviyyəli kadr potensialının formalaşdırılması işinə də təkan verir. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yaradılması, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Beləliklə, respublikamızda elm sahəsində görülən işlər və bu sahədə mövcud planlar “Azərbaycan bölgənin elm mərkəzinə çevrilməlidir” - deyən Prezident İlham Əliyevin məqsədinin gerçəkləşməkdə olduğunu təsdiq edir. Nəticədə Azərbaycanda yeni intellektual cəmiyyət formalaşıb. İntellektual cəmiyyətin innovasiyalardan istifadəsi, savadlı və intellektual cəmiyyətin yetişməsi, insanların milli, siyasi şüurunun yüksək olması, ictimai təfəkkürdə elmə, təhsilə önəmin artması, qabaqcıl bilik və bacarıqlara yiyələnən şəxslərin məşğulluğunun təmin olunması, onların potensialından geniş istifadə kimi xüsusiyyətləri Azərbaycan cəmiyyətində özünü qabarıq göstərir.
Nurlan QƏLƏNDƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51

