Bilik Fondunda Milli Məclisin deputatı Hikmət Babaoğlu ilə “İmzalı görüş” keçirilib
31.01.2017 [09:40]
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Mədəni maarifləndirmə proqramı” layihəsi çərçivəsində Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu ilə “İmzalı görüş” keçirilib. Görüşdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov tədbir iştirakçılarına “İmzalı görüş” layihəsinin qonağı, millət vəkili H.Babaoğlu haqqında məlumat verib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Hüseynov Hikmət Babaoğlunu sanballı elmi tədqiqatları ilə ölkəmizdə politologiya elminin inkişafına töhfələr verən dəyərli alim adlandırıb. H.Babaoğlunun siyasi təhlil, proqnozlaşdırma, insan hüquq və azadlıqlarının qorunması, beynəlxalq münasibətlər ilə bağlı fundamental əsərlərinin elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. A.Hüseynov onu da vurğulayıb ki, H.Babaoğlu hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqliyi ilə seçilib: “Hikmət Babaoğlu hər zaman partiyamıza, Ulu öndər Heydər Əliyev siyasi kursuna, Prezident İlham Əliyevə sadiqliyi ilə seçilib. Bu gün də Hikmət Babaoğlu partiyamızın ideoloji xətti üzrə çalışır və rəsmi orqanına rəhbərlik edir. O, məhz bu uğurlu fəaliyyəti nəticəsində ölkə Prezidentinin, partiya rəhbərliyinin etimadını qazanıb, bir sıra fəxri adlarla təltif olunub, 2015-ci ildə isə Nərimanov rayonundan Azərbaycan parlamentinə üzv seçilib”.
Tədbirdə çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev Hikmət Babaoğlunun istər elmi, istər siyasi, istərsə də jurnalistika fəaliyyəti ilə bağlı mühüm uğurlara imza atdığını bildirib. Baş redaktor vurğulayıb ki, müasir beynəlxalq münasibətlər sisteminin bir sıra aspektləri, siyasi proqnozlaşdırmanın mühüm incəlikləri məhz Hikmət Babaoğlunun yazdığı elmi əsərlərdə, dərsliklərdə öz izahını tapıb. H.Babaoğlunun yüksək səviyyəli elmi araşdırmalarının Azərbaycanın politologiya elminə, folklorşünaslığına və digər sahələrə mühüm töhfələr bəxş etdiyini deyən B.Quliyev onu da vurğulayıb ki, H.Babaoğlu müasir Azərbaycan jurnalistikasının inkişafında da xidmətləri ilə seçilib: “Hikmət Babaoğlu müasir jurnalistikamızda öz dəsti-xətti ilə seçilən qələm sahiblərindəndir. Hər zaman aktuallıq kəsb edən mühüm hadisələrə münasibəti ictimai fikirdə olduqca böyük maraqla qarşılanır. O, proseslərə həm elmi, həm siyasi, həm də ictimai, jurnalistika nöqteyi-nəzərindən yanaşma ortaya qoyur. Hikmət Babaoğlunun siyasi fəallığı da jurnalistika fəaliyyəti ilə paralellik təşkil edir. Hələ 1990-cı illərin əvvəllərində “Səs” qəzetində məqalələri dərc olunan Hikmət Babaoğlu o dövrdə də cəmiyyətin, dövlətin maraqlarını qoruyan fikirləri ilə seçilib”.
Tədbirdə çıxış edən millət vəkili Hikmət Babaoğlu Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda təşkil edilən “İmzalı görüş”lə bağlı öz təşəkkürünü bildirib. Bu layihənin elmin və biliyin təbliğatına xidmət etdiyini bildirən H.Babaoğlu gəncləri hər zaman yüksək ictimai əmsallığa malik fəaliyyətlə məşğul olmağa çağırıb: “Ömür elə də uzun bir marafon deyil. Bu marafonda öz ictimai obrazımızı elə özümüz yaradırıq. Seçdiyimiz yol, seçdiyimiz istiqamət mütləq şəkildə ictimai maraqlara xidmət göstərməlidir. Biz həm də yaşadığımız zəmanənin övladlarıyıq. Mən 1990-cı illərin əvvəlində ölkəmizdə baş verən ictimai proseslərə qoşulmaqla, böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev siyasi məktəbini, Yeni Azərbaycan Partiyasının siyasi məktəbini keçməklə öz yolumu seçdim, öz ictimai obrazımı müəyyənləşdirdim. Məhz Ulu öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti həmin dövrdə gənclərimizin Vətənə, dövlətə bağlı bir şəkildə inkişafını təmin etdi. Bu gün həmin siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bunun nəticəsidir ki, gənclərimizin ictimai fəallığı ildən-ilə artır. Gənclərimiz artıq Bilik Fondu və bu kimi mühüm ictimai yükü olan qurumlar vasitəsilə ictimai həyatla yaxından tanış olur, kitablarla ünsiyyət qururlar. Bu, olduqca sevindiricidir və bunun üçün hər birimiz ölkə Prezidentinə minnətdarıq. Məhz belə bir mühitdə yetişməyiniz gələcəkdə həyatda layiqli yerinizi tutmağınıza yaxından köməklik göstərəcək. Mən gənclərimizə dövlətimizin yaratdığı bu imkandan səmərəli istifadə etməyi məsləhət görürəm. Bir daha hər bir görüş iştirakçısına öz təşəkkürümü bildirirəm”.
Tədbirin sonunda Hikmət Babaoğlu imzalı kitablarını görüşdə iştirak edən gənclərə hədiyyə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30

