/ / Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb
Bakıda akademik Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans işə başlayıb
17.11.2017 [09:58]
Noyabrın 16-da Bakı Dövlət Universitetində (BDU) görkəmli kimyaçı alim, bu ali təhsil ocağının analitik kimya kafedrasının professoru, ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli akademik Rəfiqə xanım Əliyevanın 85 illik yubileyinə həsr olunan “Koordinasion birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.
Sonra konfrans iştirakçıları görkəmli alim, akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı üzərinə güllər qoyublar.
İkigünlük konfransın açılış mərasimində xarici ölkələrin tanınmış alimləri ilə yanaşı, Azərbaycanın elm və təhsil ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini bu universitetdə ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın böyük kimyaçı alim olmaqla yanaşı, Azərbaycanın analitik kimya sahəsində ilk qadın akademiki, bir çox elmi yeniliklərin müəllifi kimi tarixə düşdüyünü bildirib. Akademik Rəfiqə Əliyevanın həyat və fəaliyyətinin bəzi məqamlarına toxunan rektor deyib ki, alim kimya sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq elmi və pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyənləşməsinə həsr olunub. Qeyd edilib ki, Rəfiqə Əliyeva üzvi reaktivlərin köməyi ilə metal ionlarının ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatlar aparıb. Görkəmli kimyaçı alimin ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.
Rektor deyib ki, Rəfiqə Əliyevanın rəhbərliyi ilə “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasında SOCAR-ın tabeliyində olan müəssisələrlə elmi-texniki təsərrüfat müqaviləli işlər yerinə yetirilib və nəticədə Bakı Dövlət Universiteti böyük miqdarda mənfəət əldə edib. Təsərrüfat müqavilələrinin nəticələrinə əsasən, ətraf mühitin çirklənməsi qiymətləndirilib, zərərli və ağır metalların qatılaşdırılaraq ayrılmasının yeni, ucuz və iqtisadi cəhətdən əlverişli metodikaları işlənib hazırlanıb. Akademik Rəfiqə Əliyevanın rəhbərliyi ilə analitik kimyanın nəzəri və tətbiqi məsələlərinə həsr olunmuş 2 doktorluq və 20 namizədlik dissertasiyası müdafiə edilib. O, 2 monoqrafiya, 33 dərslik və dərs vəsaitinin, 20 patentin və 520-dən çox məqalənin müəllifidir. Moskva Dövlət Universitetinin analitik kimya kafedrasının əməkdaşları tərəfindən nəşr olunmuş ikicildlik “Analitik kimyanın əsasları” və “Analitik kimyadan məsələ və suallar” kitabları onun rəhbərliyi ilə Azərbaycan dilinə tərcümə edilib. Bu kitablar Azərbaycanın ali təhsil müəssisələrinin müəllim, elmi işçi və doktorantlarının inkişafında mühüm rol oynayıb.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinin dekanı, akademik Valeri Lunin akademik Rəfiqə Əliyeva ilə BDU-da görüşündən danışıb, onun kimya sahəsində elmi məktəb yaratdığını vurğulayıb, kimyaçı alimlərin yetişməsində mühüm rolunu qeyd edib. Rusiyalı alim bildirib ki, Rəfiqə Əliyeva nəinki Azərbaycan kimya elminə, eləcə də dünya kimya elminə böyük töhfələr verib. V.Lunin “Koordinasion birləşmələr kimyası: analitik kimyanın aktual problemləri” mövzusunda beynəlxalq konfransın Azərbaycan və Rusiya kimyaçılarının əməkdaşlığına geniş imkanlar yaratdığını da vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev qeyd edib ki, bugünkü konfrans akademik Rəfiqə Əliyevanın şəxsiyyəti və elmi nüfuzu qarşısında hörmətin təzahürüdür. Azərbaycan kimya elmi tarixində Rəfiqə Əliyevanın özünəməxsus yer tutduğunu deyən D.Tağıyev onun elmi tədqiqatlarının sənayeyə tətbiqi imkanlarından bəhs edib.
Rusiya Elmlər Akademiyasının prezidiumunun üzvü, akademik Aslan Çeladze konfransın Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr edilməsinin təsadüfi olmadığını bildirib. Qeyd edib ki, yalnız Rəfiqə Əliyeva kimi elmi məktəb yaratmış, beynəlxalq müstəvidə tanınan alimlərə həsr olunan belə konfranslar keçirilir. O, Rəfiqə Əliyevanı sadə və təvazökar insan, qayğıkeş ana və həyat yoldaşı, böyük pedaqoq kimi xarakterizə edib. Bildirib ki, onun çoxsaylı tələbələri bu gün dünyanın müxtəlif yerlərində fəaliyyət göstərir və uğurlar əldə edirlər.
Tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Rəfiqə Əliyevanın qızı, BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva bildirib ki, Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən aldıqları bilikləri bəşəriyyətin tərəqqisinə sərf edirlər. Akademik Rəfiqə Əliyevanın elmi fəaliyyətinin nəticələri və irəli sürdüyü elmi konsepsiyaların dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirildiyini deyən S.Hacıyeva vurğulayıb ki, onun elmi məqalələri, əsərləri, dərslikləri elm və təhsilimiz üçün əvəzsiz töhfədir.
Çıxışlardan sonra bölmə iclasları başlayıb. Beş bölmə iclasında 11 ölkədən gəlmiş iştirakçılar tərəfindən 182 elmi məruzə dinlənilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12

