Azərbaycanın elm adamları prezident seçkilərində yekdilliklə İlham Əliyevə səs verəcəklər
15.02.2018 [10:33]
Azərbaycan Milli Elmlər Akademiyasında prezident seçkiləri ilə bağlı toplantı keçirilib
Fevralın 14-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ölkəmizdə 11 aprel prezident seçkiləri ilə bağlı toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin müdiri, akademik Teymur Bünyadov respublikamızda elm sahəsində aparılan islahatlardan danışıb, Prezident İlham Əliyev tərəfindən alimlərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirib. Akademik vurğulayıb ki, dövlətimizin başçısının elmin inkişafı, cəmiyyətdə alimlərin nüfuzunun artırılması istiqamətində həyata keçirdiyi siyasət elmi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. T.Bünyadov elm adamlarının qarşıdakı prezident seçkilərində İlham Əliyevi dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
Akademiyanın Fəlsəfə İnstitutunun baş elmi işçisi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin əməli fəaliyyəti nəticəsində Azərbaycan yüksək inkişaf mərhələsinə çatıb. Dövlətimizin başçısının cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinə dair müvafiq Sərəncamını xatırladan alim bununla Prezident İlham Əliyevin Şərqin ilk demokratik respublikası olan Azərbaycanın tarixi köklərinə sahib çıxdığını vurğulayıb. K.Bünyadzadə qeyd edib ki, respublikamızın dünya ölkələri arasında layiqli yer tutması Prezident İlham Əliyevin xalqımız və dövlətimiz naminə reallaşdırılan məqsədyönlü siyasətinin, düşünülmüş inkişaf proqramının məntiqli nəticəsidir. AMEA-nın müxbir üzvü hər kəsi qarşıdakı prezident seçkilərində ölkəmizə böyük uğurlar qazandırmış İlham Əliyevə səs verməyə çağırıb. O deyib: “İlham Əliyevə səs vermək Azərbaycanın yalnız bu gününə, sabahına deyil, keçmişinə, tarixinə sahib olmağa səs verməkdir. İlham Əliyevə səs vermək Azərbaycanın inkişaf tarixinin qırılmadan sabit şəkildə davam etməsinə səs verməkdir”.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli şərait yaradılıb, kreativ düşüncəli, eyni zamanda, milli dəyərlərimizə sadiq gənc alimlər nəsli formalaşıb. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların, həyata keçirilən proqramların gənc alim və mütəxəssislərin inkişafında, xüsusilə onların timsalında Azərbaycan elminin dünyaya inteqrasiyasında böyük rolu olub. Şura sədri vurğulayıb ki, gənclər üçün Prezident mükafatının təsis olunması, xüsusi istedad və bacarıqları ilə seçilən gənclərə “İlin gənc alimi” mükafatının verilməsi elmlə məşğul olan gəncləri yeni-yeni nailiyyətlərə təşviq edir. Gənc alim və mütəxəssislərin dövlətimizin başçısına daim güvəndiyini söyləyən F.Salmanov AMEA-da çalışan gənc alimləri, eləcə də hər bir Azərbaycan gəncini Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə səsləyib.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Mustafayev isə akademik elmin inkişaf etdirilməsində dövlətimizin başçısının misilsiz xidmətlərindən danışıb. “Prezident İlham Əliyevin AMEA-nın 60 və 70 illik yubileyləri münasibətilə imzaladığı sərəncamlar, 70 illik yubiley tədbirində dərin məzmunlu və proqram xarakterli çıxışı akademik elmin tarixində yeni era açıb. Hörmətli Prezidentimizin perspektiv vəzifələr sırasında humanitar və ictimai elmlərə məxsusi diqqəti sahə alimlərini daha da ruhlandırır”, - deyə T.Mustafayev bildirib. O vurğulayıb ki, bədii ədəbiyyata və yazarlara, ədəbiyyatşünaslıq elminə dövlət qayğısı ölkəmizdə sözün qüdrətini daha da artırıb. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin, “Ədəbiyyat qəzeti”nin, “Azərbaycan” jurnalının, eləcə də AMEA Nizami adına Ədəbiyyat İnstitutunun yubileylərinin dövlət səviyyəsində qeyd olunması respublikamızda digər sahələrlə yanaşı, ədəbiyyata da göstərilən diqqətin bariz təzahürüdür. T.Mustafayev qeyd edib ki, qarşıdakı prezident seçkilərində Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının gələcək inkişafı naminə İlham Əliyevi dəstəkləyəcək.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev deyib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə formalaşan bilik əsaslı cəmiyyət və iqtisadiyyat Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə uğurla inkişaf etdirilib. Dövlətimizin başçısının apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə informasiya texnologiyaları müasir və çoxşaxəli infrastrukturun, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilib. Ə.Əliyev ölkədə yüksək ixrac potensiallı, innovativ İKT sənayesinin inkişaf etdirilməsi məqsədilə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və AMEA Yüksək Texnologiyalar Parkının yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-da informasiya texnologiyalarından istifadə inkişafın əsas perspektivlərindən biri kimi qəbul edilib, “Elektron elm” proqramının həyata keçirilməsi təmin olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının elmi mühitin simasını dəyişdirdiyini, Azərbaycanda müasir cəmiyyət quruculuğu istiqamətində qazanılmış mühüm nailiyyət olduğunu qeyd edib. O, İnformasiya Texnologiyaları İnstitutunun kollektivi adından İlham Əliyevin siyasətini dəstəklədiklərini, növbəti prezident seçkilərində yekdilliklə Ona səs verəcəklərini bildirib.
Sonra AMEA-nın M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun ekoloji kataliz laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Arif Əfəndiyev, Nəsimi adına Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Yüksək Texnologiyalar Parkının insan resursları və ümumi şöbəsinin müdiri Oqtay Eldarov və Botanika İnstitutunun ibtidai bitkilərin sistematikası şöbəsinin müdiri, professor Dilzarə Ağayeva da çıxış edərək dövlətimizin başçısının xalqımıza və dövlətimizə verdiyi töhfələrdən danışıb, qarşıdakı prezident seçkilərində İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Sonda Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatını səsləndirib.
Bəyanatda qeyd olunur ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkəmizin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanır. Azərbaycanın elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
20 Yanvar 16:23
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Gündəm
20 Yanvar 11:51
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07
Dünya
19 Yanvar 16:06
İdman
19 Yanvar 16:06
İqtisadiyyat
19 Yanvar 16:05
Siyasət
19 Yanvar 15:59
Gündəm
19 Yanvar 15:58
Sosial
19 Yanvar 15:39
YAP xəbərləri
19 Yanvar 15:38
YAP xəbərləri
19 Yanvar 15:31
YAP xəbərləri
19 Yanvar 15:29
YAP xəbərləri
19 Yanvar 15:24
YAP xəbərləri
19 Yanvar 15:23
Gündəm
19 Yanvar 15:13
Sosial
19 Yanvar 14:35
YAP xəbərləri
19 Yanvar 14:00

