Cənubi Qafqazın ən qədim zinət əşyası Heydər Əliyev Mərkəzində
17.03.2018 [09:48]
Martın 16-da Heydər Əliyev Mərkəzində Cənubi Qafqazın ən qədim zinət əşyasının təqdimatı keçirilib. Bu gündən Mərkəzin “Azərbaycan inciləri: tarixin axarında” daimi sərgisinə tarixi dəyərli yeni eksponat - Eneolit dövrünə aid qızıl boyunbağı daxil edilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu zinət əşyasının çox dəyərli olduğunu vurğulayıb. “Cənubi Qafqazın ən qədim zinət əşyasını nümayiş etdirməyimiz Mərkəzin hər bir əməkdaşı üçün şərəfdir”, - deyən Anar Ələkbərov bu məkanın həm şəhərimizin sakinləri, həm də qonaqları üçün ən sevilən yer olduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, Heydər Əliyev Mərkəzi dünyada tanınan məkan olaraq çoxsaylı beynəlxalq tədbirlərin ardıcıl təşkil edilməsinə xüsusi diqqət yetirir.
Bu zinət əşyası həm də metalişləmə elmində aktual problemlərin yenidən öyrənilməsinə yol açır
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova çıxışında hər bir xalqın tarixinin öyrənilməsində arxeoloji abidələrin vacibliyini vurğulayıb. “Azərbaycanda arxeoloji tədqiqatların yüz ildən artıq tarixi olsa da, məhz Ulu öndər Heydər Əliyev keçən əsrin 70-80-ci illərində respublikaya rəhbərlik etdiyi dövrdə bu tədqiqatlar böyük vüsət alıb. Bu gün arxeoloji tədqiqatlarla bağlı maddi-texniki bazanın gücləndirilməsi bu sahədə görülən işləri daha da genişləndirir. Əgər 2008-ci ilədək 10-15 ekspedisiya fəaliyyət göstərirdisə, son illər 40-dək arxeoloji, etnoqrafik və kəşfiyyat xarakterli ekspedisiya tədqiqatlar aparır”, - deyən Maisə Rəhimova Naxçıvanda aparılan qazıntılar nəticəsində çoxsaylı arxeoloji tapıntıların üzə çıxdığını qeyd edib. Alim deyib: “Təqdimatı keçirilən zinət əşyası arxeologiya elmi üçün çox qiymətlidir. Bu tapıntı qədimliyindən başqa, metalişləmə elmində aktual problemlərin yenidən öyrənilməsinə yol açır. Çünki bu vaxta qədər biz qızılı eramızdan əvvəl III, son vaxtlar IV minilliyə aid edirdik. Həmçinin bu tapıntı Şərq ölkələri ilə sıx tarixi əlaqələrin öyrənilməsində böyük əhəmiyyət kəsb edəcək”.
Daha sonra Cənubi Qafqazın ən qədim zinət əşyası tədbir iştirakçılarına təqdim edilib.
Qeyd edək ki, zinət əşyası 2008-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Dizə kəndi yaxınlığında, Ovçular təpəsi qədim yaşayış yerində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Boyunbağı Cənubi Qafqazın ən qədim qızıl zinət əşyasıdır. Buna qədər isə Cənubi Qafqazda ən qədim qızıl zinət əşyaları Gürcüstan ərazisində qazıntılar zamanı tapılmış və erkən Tunc dövrünə aid nümunələr hesab olunurdu.
Öz dövrü üçün kifayət qədər zərif əl işi olan qızıl boyunbağı zamanın təsirindən dörd hissəyə bölünüb.
Mütəxəssislərin Eneolit dövrünə aid etdiyi Naxçıvan tapıntısı hələ e.ə. V minillikdə bu ərazidə filizçıxarma və mis metallurgiyasının mövcudluğundan xəbər verir. Sənayenin bu istiqamətdə inkişafı, şübhəsiz, sənətkarlığın müxtəlif sahələrinin, o cümlədən zərgərliyin yayılmasına təsir etməli idi. Ovçular təpəsindən aşkarlanmış qızıl boyunbağı bunu təsdiqləyən yeganə artefaktdır.
Tapıntı ilə bağlı mütəxəssislər diskussiya aparırlar
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə jurnalistlərə müsahibəsində deyib: “Hər bir arxeoloji tapıntı aid olduğu dövr və mühit haqqında informasiya verir. Son illər Azərbaycan hökuməti tərəfindən arxeologiya elminə xüsusi diqqət yetirilir. Çünki arxeologiya tarix elmində ən əsas məqamları aşkar edir, həqiqətləri dövrümüzə gətirib çatdırır. Naxçıvanda Eneolit dövrünə aid aşkar edilmiş zinət əşyası ilə bağlı mütəxəssislər diskussiya aparırlar. Bu eksponat dəqiq öyrənilməli, onun izahı, təsviri verilməlidir. Alimlər arasında da geniş müzakirələr aparılıb. Sonra biz bu istiqamətdə, əlbəttə ki, elmi mətbuatda da çıxış edəcəyik”.
Akademik Akif Əlizadə Azərbaycanın arxeologiya elminin uğurlarından da söz açaraq deyib: “Bu gün xarici ölkələrin arxeoloqları, tarixşünasları Azərbaycan arxeologiyasına böyük maraq göstərirlər. Bu marağın nəticəsi odur ki, Yaponiyanın, Fransanın, Hollandiyanın, Almaniyanın və Avropanın digər ölkələrinin arxeoloqları Azərbaycan arxeoloqları ilə birgə çalışırlar. Azərbaycanın müxtəlif bölgələrində aparılan tədqiqatlar ölkəmizin qədim bir diyar olduğundan xəbər verir. Bu, Azərbaycanın bugünkü geosiyasi vəziyyətdə əhəmiyyətinin çox böyük bir hissəsidir. Bu uğur münasibətilə hər kəsi təbrik edirəm”.
Xatırladaq ki, Heydər Əliyev Mərkəzində daimi nümayiş olunan “Azərbaycan inciləri: tarixin axarında” sərgisi ölkəmizin mədəniyyətinin, milli-mənəvi sərvətlərinin, adət-ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədilə təşkil olunub. Sərgidə 200-dən çox eksponat - Mezolit, Tunc dövrünə aid Qobustan qayaüstü rəsmlərindən nümunələr, e.ə. III-I minilliklərə aid arxeoloji tapıntılar, XVIII-XIX əsrə aid silahlar, misgərlik və zərgərlik məmulatları, milli geyimlər, xalçalar, musiqi alətləri və s. təqdim edilir. Ziyarətçilər bu tarixi eksponatlar sırasında artıq Cənubi Qafqazın ən qədim zinət əşyası ilə də tanış ola bilərlər.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

