Misirli jurnalistlərə Azərbaycanda təhsilalma imkanları barədə geniş məlumat verilib
16.08.2018 [08:55]
Azərbaycanın Misirdəki səfirliyində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri ilə ölkəmizin nüfuzlu və aparıcı universitetlərində əcnəbi tələbələrin təhsilalma imkanlarına həsr olunan görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Misir ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın ötən əsrin 90-cı illərinin əvvəllərindən başlandığı, həmin dövrdə çoxlu sayda azərbaycanlı tələbənin dövlət proqramı əsasında Misirin bir sıra universitetlərində (Qahirə, Ayn-Şəms, Əl-Əzhər) təhsil aldığı, eyni zamanda, misirli gənclərin Azərbaycanın nüfuzlu universitetlərində təhsil aldıqları və onların diplomlarının hər iki dövlətin aidiyyəti qurumları tərəfindən tanındığı vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlar barədə jurnalistlərə məlumat verilib, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali təhsil müəssisələrində təhsil üçün qrantların ayrıldığı bildirilib.
Daha sonra misirli jurnalistlərə ölkəmizin nüfuzlu universitetlərinin bakalavriat, magistratura, doktorantura pillələrində əcnəbi tələbələrin təhsil alması və onlara yaradılan şərait, təqaüd proqramları, qrantlar və təqaüddənkənar öz hesabına təhsilalma imkanları barədə məlumat verilib.
Azərbaycan universitetləri barədə səfirlik tərəfindən hazırlanmış görüntülü təqdimatda həmin ali məktəblərin müxtəlif ixtisasyönümlü fakültələri, təhsil proqramları, tələbə yataqxanaları haqqında geniş məlumat diqqətə çatdırılıb.
Görüş zamanı misirli jurnalistlərin Azərbaycan haqqında sualları cavablandırılıb, respublikamızın ümumi coğrafiyası, strateji mövqeyi, iqtisadi və hərbi potensialına görə regionda lider ölkə olduğu bildirilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib.
Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilmiş görüş yerli mətbuatda geniş işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18

