ADU-da “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda elmi konfrans keçirilib
13.04.2019 [09:56]
Aprelin 12-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda respublika elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən rektor, akademik Kamal Abdulla Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin zəngin yaradıcılığından danışıb, onun ədəbiyyata əvəzsiz töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, klassik ədəbiyyatın ən yaxşı ənənələrini inkişaf etdirən H.Cavid, həm də XX əsr Azərbaycan romantizminin banilərindən biri kimi tanınır. Sevgi, məhəbbət, gözəllik şairi olan Cavid lirik, lirik-epik əsərlərin, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir.
Kamal Abdulla deyib: “Hüseyn Cavid ədəbiyyatda böyük Azərbaycan şairi Məhəmməd Füzuli ənənələrinin, xəttinin davamçısıdır. Çoxcəhətli və zəngin yaradıcılığa malik Cavidin əsərlərini bu gün də Azərbaycan gəncliyi sevə-sevə oxuyur”.
Diqqətə çatdırılıb ki, xalqımız tərəfindən böyük ədibin xatirəsi hər zaman əziz tutulub, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Hüseyn Cavidin 130 və 135 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet dövründə Cavidin nəşi uzaq Sibirdən Naxçıvana gətirilərək doğma torpaqda dəfn edilib. Bu, Ulu Öndərin Hüseyn Cavidə, Azərbaycan ədəbiyyatına misilsiz xidməti idi.
Tədbirdə çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fənani konfransın mövzusunun həm təmsil etdiyi ölkə, həm də qlobal mühitlə tarix, ədəbiyyat, mədəniyyət, siyasət və mənəvi dəyərlər baxımından yaxın olduğunu deyib. O, Hüseyn Cavid irsinin indiki və gələcək nəslə böyük təsir edəcəyinə əminliyini bildirib.
Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov “Cavid sənətində bəşəri genişlik” mövzusunda çıxış edib. O, azərbaycançılıq məfkurəsinın, türk idealının, islami dəyərlər məsələsinin Cavid yaradıcılığında bəşəri mahiyyət daşıdığını bildirib. Qeyd edib ki, Cavidin mövzularının haradan qaynaqlanmasından asılı olmayaraq, əsas məsələ onun bəşəri ideyalara sadiq qalması və ən sərt həqiqətləri əks etdirməkdən çəkinməməsidir.
Konfransda “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid Şərqin böyük mütəfəkkir şairidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə Hüseyn Cavidin fitri istedadı, dünya ədəbiyyatını və fəlsəfəni dərindən bilməsi, zəngin dünyagörüşü, tarixi köklərə, klassik ənənələrə bağlılığı vurğulanıb. “Cavid nə qədər bəşəridirsə, bir o qədər millidir, Cavid nə qədər tarixidirsə, bir o qədər də müasirdir”, - deyə Sona Vəliyeva qeyd edib.
Fransanın Nim Universitetinin professoru Silvi Joseğam “Ədəbiyyat siyasi təhdiddirmi?”, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdemir “Hüseyn Cavidin dram yaradıcılığında Əbdülhəq Hamidin təsiri”, Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, professor Cəlil Nağıyev “Hüseyn Cavid modernizmi və dünya ədəbiyyatı (Cavid dramaturgiyasından bir fraqment)”, Belqrad Universitetinin dosenti Branko Vraneş “Dünya ədəbiyyatının Şərqi: Azərbaycandan Serbiyaya” mövzularında məruzə ilə çıxış ediblər.
Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran Hüseyn Cavidin tarixdə ədəbi ənənələri inkişaf etdirən azərbaycanlı kimi iz qoyduğunu söyləyib. O, H.Cavid yaradıcılığını tanıyan və onun əsərlərindən ilham alan sənətkarların incəsənət və ədəbiyyat tarixinin bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb.
Norveçdən skandinaviyaşünas müəllim Raqnil Tori konfransın Azərbaycanın görkəmli şəxsiyyətinə həsr olunmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
ADU-nun elmi işlər üzrə prorektoru, filologiya üzrə elmlər doktoru Sevinc Zeynalova konfransın ünvanına daxil olan təbrik məktublarını diqqətə çatdırıb.
Konfransda, həmçinin Kubanın Azərbaycandakı səfiri Alfredo Fidel Nieves Portoundo və digər xarici və yerli qonaqlar iştirak ediblər.
Azərbaycan, türk, ingilis və rus dillərində keçirilən konfransın işi “Hüseyn Cavid və türk dünyası”, “Hüseyn Cavid və Şərq ədəbiyyatı”, “Hüseyn Cavid və Qərb romantizmi” bölmələri üzrə aparılıb. Konfrans öz işini uğurla başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 May 19:36
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56

