Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
30.11.2019 [10:09]
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tədbiri giriş sözü ilə açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
Əvvəlcə AMEA-nın prioritet elmi istiqamətləri müzakirə olunub. Akademik Ramiz Mehdiyev bildirib ki, dünyada elmi istiqamətlərin, peşə və ixtisasların sürətlə yeniləndiyi, yüksək texnologiyaların tətbiqinin genişləndiyi hazırkı şəraitdə Azərbaycan elminin prioritet istiqamətlərinə yenidən baxılmalı, bu prioritetlərin müəyyənləşdirilməsində bir tərəfdən müasir elmin inkişaf tendensiyaları, digər tərəfdən ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri əsas götürülməlidir. Biliklər iqtisadiyyatının aparıcı inkişaf istiqamətlərindən olduğu müasir dövrdə tətbiqi tədqiqatların, xüsusən də elmi-innovativ fəaliyyətin gücləndirilməsinin vacibliyini bildirən akademik Ramiz Mehdiyev bununla bağlı konkret addımların atılmasının zəruriliyini diqqətə çatdırıb. Müzakirələrdən sonra yeni elmi prioritetlərin müəyyənləşdirilməsi ilə bağlı Rəyasət Heyətinin üzvlərinə və AMEA-nın müvafiq qurumlarına tapşırıqlar verilib.
Gündəlikdəki növbəti elmi-təşkilati məsələ AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər planı haqqında olub. Məsələ ilə bağlı akademik Ramiz Mehdiyev bildirib ki, AMEA-da fundamental və tətbiqi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, elm sahəsində idarəetmə sisteminin və elmi infrastrukturun modernləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmlə təhsilin inteqrasiyası, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması, elmin normativ-hüquqi bazasının və informasiya təminatının gücləndirilməsi, eləcə də Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının sürətləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməlidir. Buna görə də AMEA-nın fəaliyyətinin optimallaşdırılması ilə bağlı müvafiq tədbirlər planı hazırlanıb. İclasda tədbirlər planı geniş müzakirə olunub, akademiyanın elmi bölmələrinə, elmi müəssisə və təşkilatlarına, AMEA Rəyasət Heyəti aparatının aidiyyəti idarə və şöbələrinə bu istiqamətdə müvafiq tapşırıqlar verilib.
Müzakirəyə çıxarılan növbəti elmi-təşkilati məsələ “Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020-ci illər)” çoxcildliyinin hazırlanması ilə bağlı olub. Akademik Ramiz Mehdiyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin memarı olduğu müasir Azərbaycanın müstəqillik tarixi ilə bağlı ayrıca kitabın hazırlanmasının elmi və ictimai baxımdan olduqca böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi yoluna qədəm qoyub. Dahi lider Heydər Əliyevin dövlət quruculuğu siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti nəticəsində isə ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəlib, sosial-iqtisadi inkişaf istiqamətində mühüm uğurlar əldə edilib. Akademik Ramiz Mehdiyev hazırlanacaq çoxcildliyin müstəqillik tariximizin ictimai-siyasi gerçəkliklərini, əldə olunan uğur və nailiyyətləri obyektiv olaraq özündə əks etdirməli olduğunu bildirib. Daha sonra “Azərbaycan Respublikasının müstəqillik tarixi (1991-2020)” çoxcildliyinin strukturu müzakirə edilib və onun hazırlanması üçün müvafiq tapşırıqlar verilib.
Sonra AMEA Rəyasət Heyəti aparatının strukturu ilə bağlı məsələ müzakirə edilib. Qeyd olunub ki, Rəyasət Heyəti aparatının strukturunun və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 2019-cu il 21 noyabr tarixli sərəncamı ilə Komissiya yaradılıb. Akademik Ramiz Mehdiyev Komissiya tərəfindən hazırlanmış AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi ilə iclas iştirakçılarını tanış edib. Təqdim olunan layihə Rəyasət Heyəti üzvləri tərəfindən geniş müzakirə edilib.
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32

