/ / AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev İnformasiya Texnologiyaları İnstitutunda yaradılmış innovativ şəraitlə tanış olub
30.11.2019 [10:11]
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransı çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunun maddi-texniki bazası və burada yaradılan innovativ şəraitlə yaxından tanış olub.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi qurum haqqında məlumat verib. O qeyd edib ki, institut elmi tədqiqatlar, tədris-innovasiya, e-kitabxana, multimedia, “AzScienceNet” elm kompüter şəbəkəsinin Data Mərkəzi, eləcə də internet xidmətləri mərkəzi, şəbəkə təhlükəsizliyi və “AzScienceCERT” kimi şəbəkə əməliyyat mərkəzlərindən ibarətdir.
Alim institutda Big Data analitika, kibertəhlükəsizlik, proqram mühəndisliyi, elektron elm, informasiya iqtisadiyyatı, sosial şəbəkələrin analizi və digər istiqamətlərdə elmi tədqiqatların innovativ tələblərə uyğun aparıldığını bildirib. Qeyd edib ki, institut müvafiq dövlət proqramlarının icrasında yaxından iştirak edir və elektron elmin formalaşdırılmasına mütəmadi olaraq dəstək göstərir.
“AzScienceNet” şəbəkəsinin fəaliyyəti haqqında məlumat verən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov şəbəkənin ölkədə elm və təhsil sahələrinin inteqrasiyasında böyük imkanlara malik olduğunu söyləyib. Bildirib ki, AMEA-nın elmi-tədqiqat müəssisələri ilə yanaşı, ölkənin təhsil müəssisələri də institutun “AzScienceNet” şəbəkəsi və Data Mərkəzin xidmətlərindən yararlanır.
İnstitutun tədris-innovasiya mərkəzi barədə məlumat verən mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova burada AMEA-nın magistrlərinə ümumi fənlərin tədrisi və imtahanların qəbulu, müəssisə və təşkilatların əməkdaşları və digər şəxslər üçün informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kursların, o cümlədən distant kursların, seminar və konfransların təşkili işlərinin həyata keçirildiyini deyib. O, rəhbərlik etdiyi mərkəzin nəzdində fəaliyyət göstərən distant tədris mərkəzi və vikimərkəzin fəaliyyəti barədə də danışıb.
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, həmçinin institutun ən müasir texnologiyalarla təchiz edilmiş multimedia mərkəzi və “İnternet kafe”nin fəaliyyəti ilə də tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26

