Yeni nəşr: “Azərbaycanı dəyişən məhəbbət”
18.06.2020 [08:53]
Bakı Slavyan Universitetinin rektoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyevanın “Azərbaycanı dəyişən məhəbbət” kitabı yenicə çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitaba daxil edilmiş məqalələrin bir hissəsi Ulu Öndər Heydər Əliyevə, bir hissəsi dövlətçilik memarı Ulu Öndər olan müasir Azərbaycanın inkişafını şərtləndirən amillərə həsr edilib. Bu, həmçinin “Müasir Azərbaycan Cümhuriyyətin varisidir” tezisinin işığını mühafizə edən kitabdır.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə doğru gedirdi (“Xoşbəxt nəsil”). “XX əsrin 90-cı illərinin əvvəllərində həm xaricdən, həm də daxildən müstəqilliyimizə qarşı qəsdlər hazırlanmışdı, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında idi, vətəndaş müharibəsinin başlanması təhlükəsi var idi, ölkədə nəzarətdən çıxmış silahlı qruplaşmalar tüğyan edirdi. Tarixin gedişatını fəhmlə dərk edən uzaqgörən lider siyasi nüfuzuna, zəngin dövlətçilik təcrübəsinə və xalqın ona olan inamına güvənərək böyük iradə nümayiş etdirdi, respublikada sabitliyə nail oldu” (“Azərbaycançılıq - birləşdirici ideya”). Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət Azərbaycanda sağlam təfəkkürlü, milli-mənəvi dəyərləri mənimsəmiş, Vətəninə, xalqına bağlı, sədaqətli gənclər ordusunun yetişməsini təmin edib. Azərbaycan gəncliyi mütərəqqi dəyərləri mənimsəyib, milli maraqlara, həmçinin milli-mədəni dəyərlərə uyğun möhkəm əqidəyə sahibdir (“Azərbaycanda “Multikulturalizm ili”ndən sonra “İslam Həmrəyliyi İli”nin elan olunması dünyaya mühüm bir çağırışdır”) kimi tezislər kitabın mahiyyətinin dərkinin söz-yolgöstərəni kimi oxunur, dərk edilir.
Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış bir məhəbbət idi və Azərbaycanı dəyişdi - Azərbaycan dövlətçiliyi yaşadı.
Gənclərin, bu sıradan ordu gənclərinin vətənpərvərlik tərbiyəsinin istər məzmun, istərsə də forma baxımından genişləndirilməsi, zənginləşdirilməsi çağdaş ədəbiyyatımızın da yerinə yetirməli olduğu missiyadır. Professor Nurlana Əliyeva ədəbiyyatşünas kimi bu missiyanın mahiyyətini məqalələrlə təzahür edən vətəndaşlıq formatlı azərbaycançılıqla yerinə yetirib.
Azərbaycanın müxtəlif tarixi dövrlərini bir qədər qürurla, bir qədər təəssüflə xatırlayan (və xatırladan) professor Nurlana Əliyeva zaman anlamında tarixin dünəni ilə sabahı arasında mənəvi analogiyalar verir ki, bu da yeniyetmələrin və gənclərin vətənpərvərlik duyğularının pərvərişinə alim-vətəndaş sayğısıdır. Bu sayğı böyük inama söykənir, bu böyük inam dövlətçilikdir: “Azərbaycanın müstəqilliyi dönməzdir. İndi bu müstəqilliyin maddi, iqtisadi və dövləti bazası da, həmin bazanı möhkəmlətməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə dünən də var idi, bu gün də var, sabah da olacaqdır!” (“Xoşbəxt nəsil”).
“Azərbaycanı dəyişən məhəbbət” kitabında fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldtun bir fikri xatırladılır. Bu fikir ana dilinə vurğunluğun ifadəsi kimi deyilib, belə xatırladılır, belə də oxunur: “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eynilik təsəvvür etmək çətindir” (“Qloballaşma dövründə Azərbaycan dilinin qorunması obyektiv sosial zərurətdir”). Alman dilçisinin bu fikri təkcə Almaniyada deyil, əksər dövlətlərdə dövlətçiliyə münasibətdə dəyərli istinad olub. Professor Nurlana Əliyevaya görə, ana dili millətin mənəvi diriliyidir (“Ana dili: milli varlığımızın ruhu”). Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinə müqayisəyəgəlməz məhəbbəti də, gənclərin ana dilinə sevgisi də onun azərbaycançılığının fövqündə dayanırdı. Müəllif bu amili qürurla xatırladır, “Ana dilimizin Cümhuriyyətə qədər keçdiyi tarixi yol”unun Heydər Əliyev tərəfindən böyük azərbaycançılıq sevgisi ilə davam etdirildiyini, Prezident İlham Əliyevin Ulu Öndərin dil siyasətini də uğurla davam etdirdiyini Azərbaycanı dəyişən məhəbbət səviyyəsində bildirir.
“Azərbaycanı dəyişən məhəbbət” kitabında ayrı-ayrı məqalələr də, tezislər də həyatın sözlə təsviridir, bu təsvir sevgidir, təəssübkeşlikdir, Azərbaycanı dəyişən məhəbbətə məhəbbətin təzahürüdür: “Milli ruh özünüdərkin, vətənpərvərliyin, qədirbilənliyin, sədaqətin, xeyirxahlığın, humanizmin, iradənin və digər mənəvi keyfiyyətlərin nəticəsi kimi formalaşır”; “Təhsil dəyərləri həm yaradır, həm qoruyur, həm də təkmilləşdirir” (“Təhsil: milli ruh, milli mühit”). Bu tezislər haradan qaynaqlanır? - “Təhsilin bəşəri və dünyəvi məzmunu Heydər Əliyev üçün dövlətçiliyin, yüksəlişin fundamental prinsipi idi” (“Azərbaycanda multikultural dəyərlərin təşəkkülü”). Bu tezislər “...təqlidlə yaşamaq daha rahat və asandır, mənəvi və iradi axtarışlara, çətin seçimlərə ehtiyac qalmır, amma məhz bu axtarışlar və seçimlər insanların mənəvi dünyasını zənginləşdirir” kimi qənaətlərin arqumenti hesab edilməlidir.
Xəbər lenti
Hamısına baxSosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55

